İstanbulda ikinci görüşün nəticələri
12.04.2025 [09:16]
ABŞ və Rusiyanın bir-birinə ehtiyacı var
Vaşinqton və Moskva ikitərəfli diplomatik-siyasi münasibətlərin və əməkdaşlığın bərqərar olunması istiqamətində qarşılıqlı təmasları daha da gücləndirmək niyyətindədir. Yaxın zamanda Rusiyanın ABŞ-da, ABŞ-ın isə Rusiyada diplomatik missiyalarının fəaliyyəti tam şəkildə bərpa oluna bilər. Artıq bu prosesə start verilib. Qeyd edək ki, aprelin 10-da Rusiyanın İstanbuldakı baş konsulluğunda ABŞ və Rusiya nümamayəndələrinin ikinci görüşü keçirilib. Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev və Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə keçirilən görüşdə əsas müzakirə predmenti iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin bərpası ilə bağlı olub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, İstanbulda 4-5 saat davam edən görüşdə ikitərəfli münasibətlərin nizamlanması və normallaşdırılmasının perspektivləri barədə ətraflı müzakirələr aparılıb. “Rusiya XİN və Dövlət Departamenti arasında aparılan danışıqlar ikitərəfli münasibətlərin nizamlanması və normallaşdırılmasına yönəlmişdi. Bu danışıqlarda Ukrayna münaqişəsinin nizamlanması mövzusu müzakirə olunmayıb”, - deyə Kreml rəsmisi vurğulayıb.
Görüşdə hansı razılaşmalar əldə olunub?
Dövlət Departamenti və Rusiya XİN rəhbərliyi görüşün nəticələrini yüksək qiymətləndirib. Departamentin bəyanatında qeyd olunur ki, İstanbulda Rusiya ilə ABŞ arasında məsləhətləşmələr konstruktiv şəkildə aparılıb və tərəflər yeni təmas imkanlarını müzakirə ediblər. Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Darçiyev isə qeyd edib ki, ABŞ tərəfi ilə danışıqların ikinci raundu müsbət atmosferdə keçib. Onun sözlərinə görə, görüşdə tərəflər diplomatların gediş-gəlişini və onların vizasının rəsmiləşdirilməsini asanlaşdırmaq üçün gələcək tədbirlər görmək barədə razılığa gəliblər. Darçiyev, həmçinin vurğulayıb ki, diplomatik missiyaların fəaliyyətinin bərpası ilə bağlı məsələlərin müzakirəsi zamanı Rusiya tərəfi ABŞ tərəfindən müsadirə edilmiş diplomatik əmlakın geri qaytarılması üçün “yol xəritəsi” üzərində işləməyə hazır olduğunu, o cümlədən diplomatların maneəsiz bank xidmətlərinin təmin edilməsinə dair sazişi əks etdirən nota mübadiləsinin zəruriliyini qarşı tərəfin diqqətinə çatdırıb. Bundan başqa, tərəflər danışıqları davam etdirmək barədə də razılığa gəliblər.
ABŞ və Rusiya dialoqda maraqlıdır
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Vaşinqton və Moskva diplomatik-siyasi münasibətlərin bərqərar olunmasında maraqlıdır. Onun sözlərinə görə, yaxın zamanda ABŞ-Rusiya münasibətlərində müsbət proseslərin baş verməsinin şahidi ola bilərik: “İlk növbədə qeyd edim ki, hər zaman dövlətlərarası münasibətlərin qurulması, normallaşması və inkişaf etdirilməsində diplomatik nümayəndəliklər müstəsna və əhəmiyyətli rol oynayıb. Ümumiyyətlə, diplomatik nümayəndəliklərin tərkibində müxtəlif sahələr - siyasi, hərbi, elmi, mədəni, texnoloji və iqtisadi-ticari sahələrdə münasibətlərin qurulmasına cavabdeh olan diplomatlar var. Həmin şəxslər bu sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün səylər göstərirlər, əməli işlər görürlər. ABŞ-Rusiya münasibətlərinə gəlincə, hesab edirəm ki, yaxın dövrlərdə həm Dövlət Departamenti, həm də Rusiya XİN rəhbərliyi nəinki diplomatik-siyasi sahədə, hətta iqtisadi-ticari və digər müxtəlif sahələrdə əlaqələrin canlanması, habelə konsulluqların fəaliyyətinin bərpası üçün birgə addımlar atacağı istisna deyil. Rusiya ilə ABŞ arasında məsləhətləşmələrin mütəmadi hala çevrilməsi ikitərəfli münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək. Bu gün ABŞ və Rusiyanın istərsə regional, istərsə də beynəlxalq münasibətlərin koordinasiya olunmasında qarşılıqlı maraqlara söykənən əməkdaşlığa ehtiyacı var. Ağ Ev və Kremldə bunu çox yaxşı başa düşürlər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

