Rusiya “Talibanı” “siyahı”dan çıxardı...
22.04.2025 [09:06]
Mərkəzi Asiyanı nə gözləyir?
Aprelin 17-də Rusiyanın Ali Məhkəməsi Baş Prokurorluğun “Taliban”ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib və hərəkatın terror təşkilatları siyahısından çıxarılması barədə qərar verib. Hakim Oleq Nefedov bildirib ki, qərar dərhal icra olunmalıdır. Qeyd edək ki, iclas bağlı qapılar arxasında keçirilib və nəticədə iddianın təfərrüatları məlum olmayıb. Qeyd edək ki, Rusiyada ötən il “Terrorizmlə mübarizə haqqında” federal qanuna edilmiş dəyişiklikdən sonra “Taliban” terror təşkilatları siyahısından çıxarılan ilk analogiyadır. Qanunda edilmiş dəyişikliyə görə, terrorizmin təbliğinə, bəraət qazandırmağa, dəstəkləməyə yönəlmiş fəaliyyətinə və ya bu kimi cinayətlərin törədilməsinə xitam verən təşkilatın fəaliyyətinə qoyulan qadağa məhkəmənin qərarı ilə dayandırıla bilər.
“Taliban”ın sözçüsü Zəbihullah Mücahid isə Ali Məhkəmənin qərarını alqışlayıb. “Rusiya regionda mühüm ölkədir və Əfqanıstanın onunla yaxşı və diplomatik cəhətdən etibarlı əlaqələri var. Ticarət əlaqələri də müsbət inkişaf edir”, - deyə Mücahid bildirib.
Rusiya ilk deyil...
Taliban 2003-cü ildən Rusiyanın terror təşkilatları siyahısına salınıb. Ali Məhkəmənin onun fəaliyyətini qadağan edən qərarında hərəkatın Çeçenistandakı qeyri-qanuni silahlı qruplarla əlaqə saxladığı və terror üsullarından istifadə etdiyi bildirilirdi. Qeyd edilirdi ki, “Taliban” Usamə bin Ladenin dəstəyi ilə Özbəkistan, Tacikistan və Qırğızıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlətlərində islami hərəkatların hakimiyyəti ələ keçirməsi üçün imkanlar axtarışında olub. 2021-ci ilin avqustunda ABŞ qoşunlarının Əfqanıstandan çıxması fonunda “Taliban” ölkədə hakimiyyətə gəlib. Əfqanıstan İslam Respublikasının əvəzinə hərəkat üzvləri tarixdə ikinci dəfə Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan ediblər. Ötən ilin yanvarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin “Taliban”la təmasda olduğunu, lakin siyasi öhdəliklərini yerinə yetirməyənə qədər hərəkatın yaratdığı hökuməti tanımayacağını bəyan etmişdi. 2024-cü ilin mayında isə Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Rusiya prezidentinə “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat vermişdi.
Xatırladaq ki, “Taliban” 2023-cü ildə Qazaxıstanda terror təşkilatları siyahısından çıxarılıb, 2024-cü ilin sentyabrında isə Qırğızıstanın Baş Prokurorluğu respublikada qadağan olunmuş təşkilatların reyestrini yeniləyərək “Taliban”ı oradan çıxarıb. Özbəkistan isə “Taliban”la iqtisadi və siyasi qarşılıqlı əlaqə baxımından ən fəal ölkələrdən sayılır. 2024-cü ilin avqustunda Özbəkistanın baş naziri Abdulla Aripovun Əfqanıstana səfəri zamanı tərəflər ümumi dəyəri 25 milyard dollar olan layihələrin icrasını nəzərdə tutan 35 sənəd imzalayıblar.
Kreml “Talilban”dan “istifadə edir”?
Siyasi ekspertlərin fikrincə, əgər Rusiya üçün “Taliban”ın qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılması bir çox cəhətdən simvolik addım kimi görünsə də, daxili legitimliyin kəskin çatışmazlığı şəraitində “Taliban” üçün bu, son dərəcə mühüm siyasi addımdır. Bu, Kabildə mövcud siyasi hakimiyyətin tanınma arealının daha da genişlənməsi müstəvisində əsaslı bir fəaliyyətdir.
Vurğulanır ki, “Taliban”ın tanınması Rusiyanın iqtisadi planları daxilində tənzimlənir - belə ki, Ali Məhkəmənin qərarından sonra böyük layihələr, o cümlədən trans-Əfqan dəmir yolu və bəlkə də hətta 2010-cu illərdə planlaşdırılan, lakin ləğv edilən TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsi üçün imkanlar yaranır.
Məsələdə daha fərqli nüansların olduğu da gizlədilmir - belə ki, Əfqanıstan üzrə beynəlxalq ekspert Sadiq Amini xarici KİV-ə müsahibəsində qeyd edib ki, Rusiya “Taliban”ı öz geosiyasi maraqlarının təminində istifadə etmək üçün də terrorçular siyahısından çıxara bilər. Onun fikrincə, rusiyalı diplomatların bu hərəkatla əlaqə yaratmasına baxmayaraq, Rusiya xüsusi xidmət orqanları “Taliban”a terror təşkilatı kimi baxmaqda və ona uyğun davranmaqda davam edəcək.
Plan fərqli idi...
Vurğulayaq ki, beynəlxalq aləmin ayrı-ayrı subyektləri hələ illər öncə “Taliban”la əlaqələr qurmaq üçün hərəkətə keçmişdi - 2020-ci ilin fevralında ABŞ və “Taliban” Qətərin paytaxtı Dohada Əfqanıstanda sülh prosesini başlatmalı olan saziş imzalamışdılar. Bu razılaşmalara əsasən, Qərb öz qoşunlarını ölkədən çıxaracaq, “Taliban” isə “Əl-Qaidə” ilə əməkdaşlığı dayandıracaq, Əfqanıstanın ozamankı rəsmi hökuməti ilə danışıqlara başlayacaqdı. Amma danışıqlar prosesi heç başlamadı belə - 2021-ci ildə “Taliban” ölkəyə nəzarəti ələ keçirəndə prezident Əşrəf Qani BƏƏ-yə qaçdı. Beləliklə, proses fərqli məcrada davam etməyə başladı.
“Tanısa” belə sanksiyalar qüvvədə qalacaq...
Qeyd etmək lazımdır ki, Ali Məhkəmənin qərarına baxmayaraq, Rusiya BMT Təhlükəsizlik Şurasının 1999-cu ildə “Xüsusi iqtisadi tədbirlər və məcburiyyət tədbirləri haqqında” qanununa uyğun davranmalıdır - Kreml “Taliban”a qarşı qəbul edilən məcburi tədbirlər rejiminə (sanksiyalara) əməl etməyə borcludur. Xüsusilə, Rusiya Federasiyası BMT-nin konsolidə edilmiş sanksiya siyahısında olan şəxslərin aktivlərini dondurmalı, onların ölkəyə daxil olmasını qadağan etməli (istisnasız) və belə şəxslərə silah və hərbi yardımın verilməsini əngəlləməlidir.
Yeri gəlmişkən, məsələ ilə bağlı BMT də öz mövqeyini açıqlayıb. BMT-nin sözçüsü Stefan Dujarrik Rusiya Ali Məhkəməsinin Talibanın “terrorçu təşkilat” kimi tanınması qərarını ləğv etməsinə münasibət bildirərkən deyib ki, “Taliban”ın BMT-dəki statusu üzv dövlətlər tərəfindən müəyyən olunur və dəyişməz olaraq qalır. Sözçü əlavə edib ki, bu, Rusiya Federasiyasının suveren qərarıdır.
P.İSMAILOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

