2 trilyon avroluq büdcə layihəsi
18.07.2025 [09:13]
Avropa İttifaqı qarşıdan gələn iqtisadi-sosial problemlərlə mübarizə, əlavə maliyyə xərclərinin öhdəsindən gəlmək və gələcək böhranın qarşısını almaq üçün ciddi hazırlıq işlərinə başlayır. Aİ-nin yaxın gələcək üçün büdcəsinin rekord həcmə çatdırılması gözlənilir. Artıq bu istiqamətdə zəruri tədbirlərin görülməsinə başlanılıb. Belə ki, Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edəcək yeni çoxillik maliyyə planı təqdim edib. Almaniyanın “Bild” qəzetinin məlumatında qeyd olunur ki, təklif olunan büdcənin ümumi həcmi 2 trilyon avro təşkil edir. Bu, hazırk? büdcə dövrünü təxminən 700 milyard avro üstələməklə Aİ-nin tarixində rekord hesab olunur. Yeni sənəd Aİ-nin 27 üzv dövlətinin rəhbərlərinin və nazirlərinin görüşlərində, o cümlədən Avropa Parlamentinin növbəti iclaslarında müzakirə olunacaq. Xüsusi əhəmiyyət kəsb edən bu məsələ ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Zərurət nədən irəli gəlir?
Qeyd edək ki, 2028-2034-cü illər üçün təklif olunan büdcədə ən böyük xərclər kateqoriyası Milli və Regional Tərəfdaşlıq Fonduna aid olacaq. Həmin fonda 865 milyard avronun ayrılması düşünülür. Gələcəkdə ayrılacaq subsidiyalar məhz bu fond vasitəsilə yönləndiriləcək. Eyni zamanda müdafiə sahəsi kimi prioritet sahələrə kreditlərin ayrılması, üzv ölkələrin hərbi potensialının gücləndirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün 110 milyard avro dəyərində xüsusi fondun yaradılması da nəzərdə tutulub. Bununla yanaşı, pandemiya dövründə alınmış borclar üzrə 2028-ci ildən etibarən geri ödənişlərə başlanılacaq. Sözsüz ki, bu da büdcəyə əlavə təzyiqlər yaradır. Bu səbəbdən Avropa Komissiyası büdcə vəsaitlərinin səmərəli şəkildə xərclənməsini təmin edəcək, həmçinin böhranlara daha çevik cavab verəcək mexanizmlər tətbiq etmək qərarına gəlib. Komissiyanın təqdim etdiyi sənəddə gələcək böhrana qarşı mübarizə üçün 400 milyard avroluq fondun əsasının qoyulması ilə bağlı müddəa da əks olunub.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa İttifaqının 2028-2034-cü illər üçün təklif olunan 2 trilyon avroluq büdcəsi təşkilatın tarixi mərhələyə keçid niyyətini və qarşıda duran böyük geosiyasi, iqtisadi çağırışlara cavab axtarışını əks etdirir. Onun sözlərinə görə, bu büdcə layihəsi əvvəlkilərdən həm məbləğ, həm də məzmun baxımından fərqlənir.
“Bunun səbəbi ilk növbədə Avropa İttifaqının qarşısında dayanan qlobal rəqabət, Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükə, Avropa qitəsinin müdafiəsinin və iqtisadi dayanıqlığının zəruriliyi ilə bağlıdır. Aİ xeyli müddətdir ki, enerji asılılığını azaltmaq və texnoloji müstəqilliyə nail olmaq üçün mühüm addımlar atır. Yeni büdcədə iqlim dəyişikliyi ilə mübarizə, rəqəmsal texnologiyalarda liderliyə iddia, müdafiə və kibertəhlükəsizlik sahələrinə xüsusi diqqət ayrılır. Sənaye modernizasiyası Avropada iş yerlərinin qorunması və qlobal rəqabətə davamlılıq baxımından strateji məqam kimi öndədir. Həmçinin, 131 milyard avrodan çox vəsaitin məhz müdafiə və kosmik sənaye üçün ayrılması Aİ-nin təhlükəsizlik arxitekturasının yenilənməsinə işarədir. Əvvəllər Aİ-nin büdcəsində əsas ağırlıq kənd təsərrüfatına və struktur fondlarına yönələrdi. İndi isə prioritet dəyişib, Aİ özünü həm texnologiya, həm də müdafiədə qlobal oyunçu kimi möhkəmləndirməyə çalışır,” - deyə T.İsmayılov vurğulayıb ki, büdcənin təxminən 700 milyard avrosu iqlim və biomüxtəlifliyə, yaşıl keçidə, bərpa olunan enerjiyə ayrılıb: “Eyni zamanda, ciddi sosial və struktur dəyişikliklərin gözlənildiyi regionlarda böhranların qarşısını almaq və sosial stabilliyi qorumaq üçün sosial fondlara da əhəmiyyətli məbləğlər ayrılıb. Hesab edirəm ki, Aİ ölkələri üçün fundamental çətinliklərdən biri fərqli prioritetlərin ümumi çərçivədə uzlaşdırılmasıdır. Şərqi Avropa ölkələri kənd təsərrüfatına, inkişaf etmiş Qərb ölkələri isə texnologiya və iqlim layihələrinə daha çox maliyyə vəsaitinin ayrılmasını istəyirlər. Miqrasiya, sərhəd təhlükəsizliyi və yeni texnoloji çağırışlar hər bir ölkəyə fərqli formada təsir edir və bu, büdcənin məntiqində daxili kompromisləri şərtləndirir”. Ekspert əlavə edib ki, Aİ-nin Çin və ABŞ kimi iqtisadi nəhənglərlə texnoloji və iqtisadi rəqabətdə geridə qalmamaq üçün iri miqyaslı investisiyalara ehtiyacı var. “2 trilyon avro həcmini şərtləndirən səbəblərdən biri də məhz iqtisadi müstəqilliyi və dayanıqlığı təmin etmək məqsədi daşıyır. Büdcədə nəzərdə tutulmuş investisiyalar Avropanın enerji təhlükəsizliyinin, müdafiə qabiliyyətinin və qlobal rəqabət mövqeyinin güclənməsi üçün mühüm baza yaratmağı qarşıya məqsəd qoyur”.
Yeni büdcə geniş konsensus tələb edir
“Rusiya ilə münasibətlər, Ukrayna böhranı, eləcə də yeni texnoloji düzənə uyğunlaşma fonunda bu büdcə layihəsi Avropa İttifaqının transformasiya layihəsinə çevrilə bilər. Əgər bu layihə sürətlə və praqmatik şəkildə həyata keçirilərsə, gələcək onillikdə Avropanı daha dayanıqlı, güclü və rəqabətqabiliyyətli görmək mümkün olacaq. Bu baxımdan siyasi liderlik, ittifaq daxilində həmrəylik bu mərhələdə həlledici rol oynayacaq,” - deyə T.İsmayılov bildirib.
Layihə baş tutmaya da bilər
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov qəzetimizə şərhində bildirib ki, 2028-2034-cü illər üçün təqdim olunan 2 trilyon avroluq büdcə layihəsi əvvəlki dövrlərin büdcə layihələrinə nisbətən qat-qat çoxdur.
“Belə bir büdcəni təmin etmək üçün kifayət qədər resurslar lazımdır. Qeyd edim ki, hər il həm gömrük, həm də vergi sistemindən Aİ-nin büdcəsinə milyardlarla avro dəyərində vəsait gəlir. İndi də büdcəyə əlavə vəsaitlərin axını üçün yeni təkliflər irəli sürülür. Bu təkliflər arasında karbon emissiyalarının ticarətinin təşkilinə və iri biznes şirkətlərinin vergi yükünün artırılmasına xüsusi önəm verilir. Ancaq 2 trilyon avroluq büdcə layihəsini təmin etmək üçün sadaladığım resurslar kifayət etmir, daha çox resursların meydana çıxmasına ehtiyac var. Belə bir halda Brüssel bütün üzv ölkələrdən daha çox vəsait tələb etmək məcburiyyətində olacaq. İstər-istəməz bəzi üzv dövlətlər Brüsselin tələblərinə qarşı çıxacaq. Çünki hazırda Aİ-nin bir çox üzv dövlətləri öz milli büdcələrinin möhkəmlənməsinə və gələcək böhrandan xilas olmasına güc sərf edirlər. Böyük ehtimalla, Brüssel Aİ daxilində çox güclü etirazla qarşılaşacaq. Bu ölkələrin ön sırasında elə Almaniyanın özü dayanacaq. Hazırkı Almaniya hökuməti bəyan edir ki, onların öz daxili iqtisadi-sosial problemləri var və öz problemlərinin həllinə maliyyə ayırmalıdırlar. Rəsmi Berlin iri şirkətlərin vergi yükünün artırılmasını da birmənalı qarşılamır. Bu baxımdan yeni büdcə layihəsi ətrafında çox ciddi müzakirələr aparılacaq və hesab etmirəm ki, Aİ-nin bütün üzv ölkələri bu məsələdə yekun razılaşmaya gələcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

