Ukraynanın silahlandırılması...
07.06.2022 [10:13]
Müharibənin bitməsi planını istisna edir?
Pərviz SADAYOĞLU
Rusiya Ukrayna qarşıdurmasında yeni fazaya qədəm qoyulur. Belə ki, BMT-nin Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında sülhlə bağlı anlaşmanın yaradılması səyləri bəhrəsiz qalıb. Bunun qarşılığında isə, Qərb yenidən Ukraynanı silahlandırmağa qərar verib. Aprelin sonunda Ağ Evin “Lend-Liz” qərarını imzalamasının ardından ABŞ Prezidenti Co Bayden rəsmi olaraq Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. CNN-in yaydığı məlumata görə, 700 milyon dollarlıq paketdə Ukraynaya “HIMARS” uzunmənzilli reaktiv yaylım atəş sistemi və onların döyüş sursatlarının verilməsi də nəzərdə tutulub. Pentaqon rəsmiləri “HIMARS”ların Ukraynaya daha tez çatdırılması üçün əvvəlcədən Avropaya gətirildiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-dan əvvəl Böyük Britaniya da Ukraynaya döyüş helikopterlərinin göndərilməsi qərarını açıqlamışdı. Avropanın Rusiyaya qarşı davranışlarından məmnun qalmayan müttəfiqlər Kiyevin Kremlə qarşı müharibədə “əziyyət çəkməməsi” üçün bütün addımları atmaqdadırlar. Bu isə təbii olaraq, müharibənin dayanması ehtimalını minimuma endirir. Eləcə də, müharibəyə üçüncü dövlətlərin müdaxiləsi məsələsini yenidən aktuallaşdırır. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukraynanın Qərbdən reaktiv yaylım atəşi sistemləri almasını üçüncü ölkələrin münaqişəyə cəlb olunması riskini yaratdığı fikrindədir. Demək ki, rəsmi Kreml qarşıdakı dövrdə artıq yalnız Ukraynaya qarşı döyüşməyəcəyini anlayır və bəyan edir.
Ukrayna silahlandırılır - Moskva “qoz kimi qırır”
Amma rəsmi Moskvanın etirazlarının işə yarayacağı inandırıcı görünmür. Hər bir halda ABŞ tezliklə Ukraynaya 11-ci hərbi yardım paketinin təhvil verildiyini elan edəcək. Vurğulandığı kimi, Birləşmiş Ştatlar Ukrayna üçün növbəti silah paketinə təkərli yük maşınlarının şassiləri üzərində hərəkət edən “HIMARS” çoxsaylı buraxılış raket sistemlərini daxil etməyi planlaşdırır. Moskvanın bu yardımı “qırmızı xətt” adlandırması belə Vaşinqtonu qərarından döndərə bilmir. Belə olan halda, Rusiya da qarşısıalınmaz tədbirlər görmək niyyətini ortaya qoyub. Vladimir Putin jurnalist Pavel Zarubinin “Moskva. Kreml. Putin” müəllif proqramına açıqlamasında bildirib ki, Amerika MLRS Ukraynadakı vəziyyəti əsaslı şəkildə dəyişməyəcək. Putin qeyd edib ki, bu cür silahların verilməsində məqsəd Ukrayna hərbi texnikasının itkisini kompensasiya etməkdir. Prezident deyib ki, ABŞ Kiyevə 45-70 kilometr mənzilli raketlər ötürməyi planlaşdırır: “Əgər onlar bu silahlarla təchiz edilərsə, biz bundan müvafiq nəticə çıxaracağıq və hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün silahımızdan istifadə edəcəyik”.
Putin onu da deyib ki, Rusiya Silahlı Qüvvələrinin arsenalında olan “Buks”, “TOR” və “Pantsir”lər Ukrayna ordusunun xarici pilotsuz uçuş aparatlarına (PUA) qarşı son dərəcə effektivdir. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri üç növ PUA-ya malikdir: yalnız hərbi hava hücumundan müdafiə sistemlərinin olmadığı yerlərdə səmərəli istifadə olunan pilotsuz sistemlərə hücum; döyüş meydanında xarici istehsalı olan kəşfiyyat PUA-ları; strateji kəşfiyyat pilotsuz təyyarələri (onlar Qara dəniz və Ukrayna ərazisi üzərində Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl də istifadə olunurdu). Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri “Ukrayna pilotsuz təyyarələrini qoz kimi qırır”.
Verilən anonsların Ukrayna üçün hansı fəlakət və dağıntı vəd etdiyi ortadadır. Qərbin “arxasında” dayandığı Kiyevi hansı aqibətin gözlədiyi belə bəlli deyil. Rusiya dövlət başçısının açıqlaması da onu təsdiqləyir ki, Ukraynaya uzaqdan “qoxma” deyən, silahla təmin edən Qərb heç də Ukrayna dövlətinə və xalqına xoş gələcək vəd etmir...
Lokal torpaq savaşından qlobal dünya müharibəsinə
Görünən budur ki, müharibə ilə bağlı “səylər” ikitərəflidir. Yəni BMT-nin Türkiyə vasitəsi ilə sülhə nail olma səyləri ilə yanaşı, Qərbin müharibənin daha aktiv forma almasını istəməsi də göz önündədir. Təbii ki, müharibənin Ukrayna ərazisində getməsi hər bir halda Rusiyanı haqlı olmayan tərəf kimi göstərir. Bununla belə dünya siyasətinə yön verən dövlətlərin Ukraynanı tam silahlandırmaqla münaqişənin daha da alovlandırması yönündə addımlar atdığı da faktdır. Bu isə bir qədər fərqli standartlara yol açır. Məsələn, bu gün Ukraynanı “işğalçıya qarşı” hərbi və maddi cəhətdən stimullaşdıran Qərb bir zamanlar torpaqları 30 ilə yaxın işğal altında qalmış Azərbaycanı sülhə məcbur etməyə çalışırdı. Qərbdən Qarabağla bağlı səslənən bütün bəyanatların mahiyyətində silahlı yolla torpaqların azad edilməsi istisna olunurdu. Halbuki, həmin dövrdə Azərbaycan torpaqlarının 20 faizə yaxını Ermənistan tərəfindən faktiki işğal olunmuşdu. Bir zamanlar “sülhpərvər” qiyafədə Azərbaycanın hərbi gücdən istifadəsinə qarşı maneələr yaratmağa çalışan mərkəzlər bu gün Ukraynada fərqli mövqe tutur. Demək ki, praktiki cəhətdən proqnozlaşdırılan “gələcək” yalnız Rusiya Ukrayna savaşının nəticələri ilə reallığa çevrilməyə bilər. Başqa sözlə, plan yalnız Rusiyadan ibarət deyil. Bunun üçün isə müharibənin miqyası böyüməli, hətta bütün dünyanı öz ağuşuna almalıdır. Nəzərə alınmalıdır ki, Rusiya-Ukrayna qarşıdurması yaxın gələcək üçün dünyada həm də taxıl, ərzaq və digər böhranların maksimal həddə çatmasına səbəb olacaq. Nəticə etibarı ilə, lokal torpaq müharibəsi qlobal dünya müharibəsinin “qaranquşu”na çevrilməkdədir...
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

