Atəşkəs niyə pozuldu?
15.09.2022 [10:37]
Ermənilər dinc əhalini hədəfə alıb
N.PAŞA
Artıq bir neçə gündür Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət gərgindir. Buna səbəb isə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsidir.
Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Bir gün sonra, sentyabrın 13-ü saat 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə olunmaqla sərhəd boyunca atəşkəs intensiv şəkildə yenidən pozulub.
Dünən isə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulub.
Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edib. Dövlət başçısı buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Azərbaycan Prezidenti Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini vurğulayıb.
Hərbi ekspert Şair Ramaldanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistan danışıqlarda əldə olunmuş bütün nəticələri minimuma endirmək üçün, delimitasiya və demarkasiya və sülh müqaviləsinin bağlanmasını ləngitmək və ümumilikdə sülhə gedən yollara maneə olmaq üçün təxribatlar törədir: “Azərbaycan diplomatiyasının uğuru olaraq danışıqlarda əldə olunan nəticələrə əsasən gözlənilirdi ki, sülh müqaviləsi imzalanacaq, artıq belə bir düşmənçiliyə son qoyulacaq. Ancaq reallıqda biz başqa şeyi görürük - Ermənistan sülhə gedən bütün yolları bağlamaqla məşğuldur. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə edirlər. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu təxribatın qarşısını almaq üçün adekvat cavab verərək, düşmənə zərbələr endirdi. Beləliklə də, düşmənin hərbi infrastrukturu, texnikası və çoxsaylı canlı qüvvəsi məhv edildi. Düşünürəm ki, bu, belə də davam edəcək”.
Ş.Ramaldanov hazırda baş verən hərbi əməliyyatları Qisas əməliyyatının davamı kimi qiymətləndirib: “Əlbəttə, həmişə olduğu kimi, bu dəfə də atəşkəsi pozan Ermənistan tərəfi oldu. Düşünürəm ki, Azərbaycan Ordusu atəş açılan nöqtələri susdurana kimi adekvat cavab tədbirləri görəcək. Dəmir Yumruq düşmənlərin başını əzib, əzir və bundan sonra da əzəcək. Bu gərginlik şəhidlərimizin qisasının alınması və düşmənə ağır itkilər verməklə nəticələnəcək. Azərbaycan Ordusu şəhidinin qanını yerdə qoymayacaq, qisasını alacaq. Bunu Qisas əməliyyatının davamı kimi qəbul etmək olar”.
Ermənistan həmişə olduğu kimi, bu dəfə də müharibə qanunlarını kobud şəkildə pozaraq dinc əhalini hədəfə alıb. Bunun nəticəsində iki vətəndaşımız xəsarət alıb. Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb: “Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar”.
Məlumatda qeyd olunur ki, hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.
Hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli bildirib ki, Ermənistan həm Birinci Qarabağ Müharibəsi dövründə, həm Vətən müharibəsində Azərbaycanın mülki vətəndaşlarına qarşı hər zaman olduqca amansız davranıb: “Biz Xocalını, Qaradağlını, Kərkicahanı, Malıbəylini, Quşçuları misal çəkməklə bu faktları açıq şəkildə təqdim edə bilərik. Eyni zamanda, Vətən müharibəsində müharibəyə ümumiyyətlə aidiyyəti olmayan yaşayış məntəqələrinin - Tərtərin, Bərdənin, Gəncənin - raket zərbələrinə məruz qalması və hətta Azərbaycanın digər şəhərlərinə də raket atılması faktları var”.
Ekspert qeyd edib ki, ermənilər bununla müharibə qaydalarını pozurlar, bütün beynəlxalq konvensiyalara zidd addım atırlar: “Əslində, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı açıq mövqe ortaya qoymalı idilər və Ermənistan qınanılmalı idi. Sadəcə olaraq, Ermənistana olan rəğbət hissi buna imkan yaratmadı. Və indi də ermənilər hər bir addımda mülki şəxslərə qarşı terror törətmək, onlara xəsarət yetirmək kimi məsələlərdə olduqca maraqlıdırlar”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

