Türkiyə Orta Şərqi terrorizmdən xilas etməyə çalışır
13.05.2023 [11:23]
Rəsmi Ankara strateji regionda stabilləşdirici faktora çevrilib
Yaxın Orta Şərq regionunda sülhün və təhlükəsizliyin formalaşması, terrorizmə qarşı qəti mübarizə mühüm yeniliklər və çağırışlarla müşayiət olunur. Təbii ki, bu çağırışlar region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də maraq dairəsindədir. Məsələn, Türkiyənin timsalında bəzi dövlətlər bu təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün səy göstərir, terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verir. Bu istiqamətdə inkişaf edən siyasi və hərbi formatlı danışıqlar isə regional problemlərin həllinin hər zaman diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda, Türkiyənin bu problemlərin həllində oynadığı rol artdıqca bu, daha aydın şəkildə üzə çıxır. Məsələn, 5 aydır ki, davam edən Rusiya, Suriya və Türkiyə arasındakı təmaslar regionda yeni şəkilləndirmənin başlayacağını deməyə əsas verir. Aprelin 25-də Moskvada Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri və Kəşfiyyat idarələrinin rəhbərlərinin görüşü bu dəfə fərqli formatda davam edib. Belə ki, mayın 10-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib. Görüşlə bağlı M.Çavuşoğlu tviterdə yazıb ki, həmkarları ilə terrorla mübarizə sahəsindəki əməkdaşlıq, Türkiyədəki suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunmasını müzakirə ediblər.
Yaxın Orta Şərqin gələcəyi...
Qeyd olunmalıdır ki, Yaxın Orta Şərq məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. İndiki halda isə Türkiyənin qlobal siyasi oyunçuya çevrilməsi Yaxın Orta Şərq regionunda da bu məsələnin həllinə ümid verir. Başqa sözlə, artıq şərtlər dəyişib - regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxıb. Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edir:
- Siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması;
- Siyasi sabitliyin əldə olunması;
- Hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması;
- İqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi.
Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını ortaya çıxarır. Təsadüfi deyil ki, aprel görüşünün ardından Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirmişdi ki, Türkiyə sərhədləri boyu terrorun varlığına qarşıdır. O qeyd edib ki, Türkiyə Suriya və İraqın ərazi bütövlüyünə hörmət edir və daha çox miqrantın ölkəyə daxil olmasını istəmir. Son görüşdə də M.Çavuşoğlunun həmkarları ilə terrorla mübarizə sahəsindəki əməkdaşlıq məsələsini müzakirə etdiyini bildirməsi bu istiqamətdə əsaslı addımların atılacağı ehtimalını gücləndirir.
Paralel inkişaf edən sülhyaratma missiyası
Türkiyənin prosesdəki aktiv iştirakı isə mühüm üstünlüklər formalaşdırır. O baxımdan ki, Yaxın Orta Şərqdə stabilliyin formalaşdırılması üçün paralel olaraq münasibətlərin tənzimlənməsi prosesi getməlidir - yəni, proses rəsmi Təl-Əvivlə də əlaqələrin inkişafını şərtləndirir. Bu baxımdan, Türkiyənin hazırda stabilləşdirici faktor kimi önə çıxması əsaslıdır. Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyması ilə seçilmişdi. Bu mənada, İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır, bu dövlətlər arasında əməkdaşlığın formalaşması Yaxın Orta Şərqdə dialoq mühitinin formalaşmasına əsas yaradır. Bu iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi formalaşdırır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirir. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi konfiqurasiyanın əsasını qoyur, terrorizmə qarşı mübarizənin effektiv mərhələyə keçidini rəsmiləşdirir.
Lavrovun xəbəri...
Bununla belə, Orta Şərq regionunda stabilliyin formalaşdırılması, terrorun sonunun gətirilməsi uzun prosesə bənzəyir. Belə ki, illərdir düşmənçilik edən, siyasi rəqabət aparan bəzi dövlətlərin Suriya ilə bağlı qarşılıqlı ittihamlar səsləndirməsi neqativ halların aradan qalxmasına kömək etmir, əksinə, bu halların davamlı şəkil almasını şərtləndirir. Məsələn, bəzi informasiya resursları Rusiya xarici işlər naziri Lavrovun Suriyada yeni ordu yaradılması ilə bağlı informasiyasını yayıb. Lavrovun sözlərinə görə, bəzi güclər Suriyanın Rakka şəhərinin ətrafında yerli ərəb qəbilələrinin nümayəndələri, İŞİD və digər terrorçu təşkilatların döyüşçülərinin iştirakı ilə “Azad Suriya ordusu” yaratmağa başlayıb: “Məqsəd aydındır. Bu döyüşçülərdən ölkədə vəziyyəti qeyri-stabilləşdirməkdən ötrü Suriyanın qanuni hakimiyyətinə qarşı istifadə etmək istəyirlər. Məlum məsələ bizim hərbi həmkarlarımız tərəfindən müzakirə olunub. Onlar bu istiqamətdə birgə fəaliyyət sxemi barədə razılığa gəliblər. Ümid edirəm ki, bütün görüləcək addımlar uğurla həyata keçiriləcək”.
Bu kimi münasibətlər isə regionun stabil inkişafı üçün təhdidlər yaradır. İndiki halda sülh və stabillik regiondakı bütün problemlərin əsas açarı kimi çıxış edir. buna nail olmaq üçün isə silahlar susmalı, bütün məsələlər masa arxasında öz həllini tapmalıdır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

