40 il əvvəl bu gün...
15.07.2023 [11:50]
ASALA-nın Fransada “tökdüyü qan”...
Y.SAHİB
Müasir tarixin bütün məqamlarında erməni terroru məsələsi aktuallıq daşıyıb. Ermənilər daima insanlıq əleyhinə qanlı cinayətlərin ya iştirakçısı, ya da bilavasitə dəstəkçisi olublar. Onların müxtəlif adlar altında yaratdıqları terror təşkilatları bir çox ölkələrdə minlərlə günahsız insanların həyatına son qoyub. Bu gün terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan haqlı səbəblərdən yalnız Cənubi Qafqaz üçün deyil, dünya üçün təhlükə mənbəyi sayılır. Uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar törədən ASALA terror təşkilatının Ermənistan hakimiyyəti ilə bağlılığı da kimsədə şübhə doğurmur. Bu gün də ASALA-nın ən qanlı teraktlarından birinin ildönümüdür - nə qədər də təəccüblü olsa da, bu terror aktını ermənilər “bacı” adlandırdıqları Fransada törədiblər...
Erməni terrorunun “ana” xətti - ASALA
Ümumiyyətlə, “Böyük Ermənistan” xülyasını özünə ideoloji məqsəd seçmiş radikal erməni təşkilatlarının yaranması 1885-ci ildən başlayır. Həmin vaxtdan fəaliyyətə başlayan əvvəl “Armenakan”, sonra isə “Hnçak” və “Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutublar. Bu sırada
ASALA terror təşkilatı olaraq xüsusilə seçilir. Məlumat üçün bildirək ki, “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” adlanan bu təşkilatın adının abreviaturası ingiliscə “Armenian Secret Army for the Liberation of Armenia” (yəni, ASALA) kimidir. Təşkilat ilkin olaraq “Böyük Ermənistan” dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı”nın dünya ölkələri tərəfindən tanınması üçün çalışıb. Həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində müxtəlif terror aktları həyata keçirməkdədir.
Bəzi məlumatlara görə, ASALA 1975-ci ildə, Livanda vətəndaş müharibəsinin getdiyi bir dövrdə Beyrut şəhərində yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır.
40 il öncə...
1983-cü ilin iyulun 15-də ASALA Parisin Orli beynəlxalq hava limanında qanlı terakt törədib. Bu terror aktı nəticəsində 8 nəfər həlak olub, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları olub. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs edir, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirilir və 6 nəfərə terror aktının təşkili ilə əlaqədar ittiham irəli sürülür. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alırdı. Karapetyan öz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrində bildirmişdi ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarənin içində təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmur və bomba vaxtından əvvəl partlayır...
Fransanın “ənənəvi” reaksiyası...
Bu gün erməni marağının əsirinə çevrilmiş, bu yolda hətta beynəlxalq hüququ belə tapdayan Fransa terror aktına qarşı eyni “həssaslıqla” yanaşır - o zaman iqtidarda olan və erməni terrorçularına simpatiyasını gizlətməyən sosialistkərin təşkil etdiyi hökumət Orlidəki terror aktından sonra, terrorçulara qarşı qəti tədbir görmək istəmirdi. Amma buna məcbur idilər - məhkəmənin qərarı ilə Karapetyan ömürlük həbsə məhkum olunur. Beynəlxalq mətbuatda isə Fransa hökuməti ilə terrorçular arasında sövdələşmənin olduğu barədə məlumatlar yayılır...
Ümumiyyətlə, 1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror aktları həyata keçiriblər. Bu terror aktlarının 100-dən çoxu isə ASALA terror təşkilatının “Orli”, “9 İyun” və “3 Oktyabr” qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilib.
Erməni terrorunun “Nemezis” üzü...
Erməni terrorunun qanlı və cinayətkar üzü ASALA ilə də məhdudlaşmır - son dövrlərdə yenidən “məşhurlaşdırılan” “Nemezis”i xüsusi qeyd etmək yerinə düşər. Bu vəhşi və qanlı “əməliyyat” Daşnaksütyun partiyasının keçirdiyi silsilə terror aksiyaları olub. Aksiyaların məqsədi qondarma erməni soyqırımını və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması - həm də İrəvanın və digər torpaqların onlara güzəşt edilməsinə “təşəkkür” cavabı idi. Qətlə yetirilən şəxslərin arasında həm Azərbaycan Demokratik Respublikasının, həm də Osmanlı imperiyasının keçmiş rəhbərləri var idi. Adı, qədim yunan intiqam ilahəsi “Nemezidan”ın adından götürülən əməliyyatın təşkili və keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınıb. Qondarma soyqırıma guya aidiyyatı olan insanların 650 nəfərlik siyahısı tutulur, onların içərisindən 41 nəfər, “əsas günahkarlar” elan edilir. Qətlə yetirilənlər arasında ilk şəxs ADR-in keçmiş baş naziri Fətəli xan Xoyski olur. Eyni tarixdə də Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, 19 iyul 1921-ci il tarixdə İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qətlə yetirilir. Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa da erməni terrorunun qurbanına çevrilir. Eləcə də, Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa, keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa, keçmiş Trabzon valisi Camal Əzim və “Təşkilati Məxsusə”nin yaradıcısı Bahəddin Şakir və bir sıra digər dövlət əhəmiyyətli şəxslər qətlə yetirilir.
Erməni terroru davam edir...
Təəssüfləndirici haldır ki, ermənilər yaşadığımız XXI əsrdə də terrordan əl çəkmir və bu qanlı aksiyanı fərqli spektlərdə davam etdirirlər. Bu ilin aprelin 25-də İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı keçirildi - bu, sıradan bir abidə deyil və tarixə nəzər salsaq, “Nemezis” terror əməliyyatının hansı faciələrə yol açdığının şahidi oluruq. Demək ki, terror Ermənistan üçün dövlət siyasətinin ən əsas predmetlərindən birinə çevrilib.
Ötən əsrin sonun Xocalıda bəşəri cinayət törədən, günahsız körpələri qətl edən erməni terrorçularının layiqli cavabı 2020-ci ilin Vətən müharibəsində verildi. 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda miqyası ölçüyəgəlməz dağıntılar törədən ermənilər bu gün də mənfur əməllərindən əl çəkmir, ekoloji terrorla yaşadığımız regionun inkişafına, sabitliyinə təhdid yaradırlar...
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

