Antifransa hərəkatı qitəyə yayıla bilər
02.08.2023 [11:15]
Murad Köhnəqala
Məlum olduğu kimi, Nigerdə Fransa əleyhinə etirazlar səngimək bilmir. Ölkədə 27 iyuldan başlanmış antifransa dalğası getdikcə genişlənməkdədir. Minlərlə nigerli fransız qoşunlarının ölkədən çıxarılması, ölkənin təbii sərvətlərini sümürən Fransa şirkətlərinin qovulması tələbi ilə küçələrə axışıb. Bundan başqa, ölkədə Fransa əleyhinə baş qaldıran etirazlardan ruhlanan hərbçilər, təhlükəsizlik qüvvələri fransızyönlü hökuməti devirərək idarəçiliyi ələ keçiriblər. Nigerdə baş verən proseslər dünya mediasının gündəmindən düşmür.
Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, aksiya zamanı bəzi etirazçılar Fransanın bayrağını yandıraraq bu ölkənin səfirliyini daşa basıblar, Makron əleyhinə şüarlar səsləndiriblər.
Hadisəyə aqressiv reaksiya verən Fransa prezidenti Emmanuel Makron isə etirazçıları hədələyərək Nigerdə Fransa hökumətinə qarşı istənilən etiraz dalğasının yerindəcə yatırılacağını, radikalların sərt cəzalandırılacağını bildirib.
Nigerdə baş vermiş dövlət çevrilişindən sonra paytaxt Niameydə minlərlə sakin bir sıra qərbyönümlü Afrika dövlətlərinin müdaxiləsinə qarşı təşkil edilən etiraz aksiyasına qoşulub. Bu aksiyanın səbəbi isə Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOVAS) və bir sıra region dövlətlərinin Nigerdəki vəziyyətlə bağlı Nigeriyada təcili toplantı keçirməsidir. Nigerli aksiyaçılar hesab edirlər ki, həmin dövlətlər Qərbin tapşırığı ilə Nigerin daxili işlərinə qarışmağa çalışırlar.
Ümumən, ölkədəki antifransa hərəkatı, demək olar, ictimai-siyasi həyatın bütün sahələrinə nüfuz etməkdədir. Niameyin küçələrində, ictimai binaların, məktəblərin divarlarına “Rədd olsun Fransa!”, “Cəhənnəmə get, Fransa!”, “Rədd olsun Makron!” yazılan plakatlar yapışdırılıb. Fransanın “AFP” xəbər agentliyi yazır ki, nümayişçilərdən bəziləri aqressiv davranaraq Fransa səfirliyinin girişindəki bildiriş lövhəsini qırıb dağıdıb, həmin lövhənin yerinə Rusiya ilə Nigerin bayraqlarını asıblar.
Uran daşıyan Paris, taxıl “verən” Moskva
Nigerdə hakimiyyəti ələ keçirən hərbi xuntanın rusiyameyilli olması Afrikada ilk və yeganə hal deyil. Qonşu Mali və Burkino-Fasoda eyni ssenari ilə hakimiyyətə gələn liderlər də üzlərini Rusiyaya tutublar.
Niger qiyamçıları Fransa başda olmaqla Qərb əleyhinə sərt çıxışlar edir, Rusiyaya isə rəğbət göstərirlər. Afrikada rusiyameyilli qüvvələrin fəaliyyəti Putinin son “taxıl toplantısından” sonra daha da artmağa başlayıb. Ümumiyyətlə, tarix boyu Qərbin istismarından əziyyət çəkmiş isti qitə üçün soyuq Rusiya ilə anlaşmaq daha zərərsiz və cəlbedici görünməkdədir. Afrikalıların ABŞ və Avropaya nifrətini göydə tutan Rusiya hakimiyyəti hazırkı tarixi fürsətdən yararlanmaq niyyətindədir. Kremlin bu taktikasının ruslar üçün yaxşı nəticə verdiyini, hətta onların arzuladığı kimi alındığını da söyləmək olar. Loru dillə desək, ruslar mövcud situasiyada “yaxşı oğlan” kimi görünmək imkanından gen-bol istifadə edirlər.
Xarici media yazır ki, Makronun barmaq silkələməsindən sonra etirazçılar Fransanın həddini aşdığını bildirərək Rusiyanı “hadisələrə müdaxilə etməyə” çağırıblar.
Devrilmiş prezident Mohamed Bazum isə “Vətənin xilası naminə Milli Şura” adlandırılan hərbçilər birliyi tərəfindən öz iqamətgahında girov saxlanır. Ölkənin ali hərbi rəhbərliyi üsyançılara hərtərəfli dəstək verir. Vəziyyətlə əlaqədar ölkə sərhədləri bağlanıb, komendant saatı tətbiq edilib, konstitusiya ləğv olunub, ölkədəki bir sıra xarici təşkilatların fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, Niger “Əl-Qaidə” və “İŞİD” terror qruplaşmalarının fəal olduğu qaynar Sahel bölgəsində Qərb ölkələrinin əsas müttəfiqlərindən biridir.
BMT-nin baş katibi Antonio Quterreş də üsyançıları Məhəmməd Bazumu azad eləməyə çağırıb. Əlavə edək ki, son hadisələrə görə BMT-nin humanitar missiyası bu ölkədəki fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Avropanın maliyyə blokadası
Niger üsyançılarını hədələyən təkcə Makron deyil. Yeni rejimi tanımayan Avropa İttifaqı da ölkəyə ayrılan yardımları kəsəcəyini bəyan edib. Aİ-nin xarici siyasət komissarı Cozep Borrell artıq Nigerlə təhlükəsizlik sahəsində əməkdaşlığın və ölkəyə maliyyə dəstəyinin dayandırılması barədə qərar qəbul edildiyini açıqlayıb.
Əvvəllər yardım adı ilə Fransa da Nigerə dəfələrlə yüksək faizli kreditlər verib. Nəticədə, ölkə iqtisadiyyatı dirçəlmək əvəzinə borc içində boğulacaq duruma düşüb. Ərazisinin böyük hissəsi quru, susuz səhra olduğundan Niger əhalisi ərzaq və su qıtlığından əziyyət çəkir. Fransa tərəfindən müstəmləkə ölkəsinə çevriləndən indiyə kimi Nigerin olan-qalan təbii sərvəti də Fransa şirkətləri tərəfindən sümürülərək talan edilib. Bir sözlə, imperializm erası sözdə başa çatsa da, Fransa kimi neoimperialist ölkələr hələ də yağmaçı siyasətlərindən əl çəkmək istəmirlər. Bu səbəbdən də Afrikada siyasi təsirini artırmaq istəyən Rusiya ilə Qərb və Avropa ölkələri kəllə-kəlləyə gəlməli olurlar.
Təbii sərvətlərdən söz düşmüşkən, Nigerin ən böyük təbii resursu uran və qızıl yataqları sayılır. Bu yataqlar illərdir ki, Fransa şirkətləri tərəfindən istismar edilib bu ölkəyə daşınır. Nigerin qazancı isə radiasiyadan çirklənmiş ekologiya, radioaktiv qalıqların təmizlənmədiyi təhlükəli ərazilər olur.
Son məlumata görə, burnunu hər yerə soxmağa adət eləmiş Makron hakimiyyəti girov götürülmüş prezident Mohamed Bazumu azad etmək məqsədilə hərbi əməliyyata başlamağa məcbur olacağını bildirib. Özünü ölkə rəhbəri elan etmiş “Vətənin xilası naminə Milli Şura”nın lideri general Əbdürrəhman Tiani isə Fransa və digər ölkələri Nigerdəki yeni rejimi tanımağa, bu rejimlə əməkdaşlıq etməyə çağırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

