“Humanizm” torunun hörümçəkləri...
30.08.2023 [11:40]
Kandaryanın maliyyələşdirdiyi hücrə özünü ifşa etdi
Bütün mübarizələrdə, mübahisələrdə və müzakirələrdə Azərbaycana məğlub olan beynəlxalq erməni şəbəkəsi sonuncu varianta əl atıb. Bu dəfə ermənipərəstlərin içimizdəki “juçok”ları aktivləşdirilir. BMT TŞ müstəvisində acı məğlubiyyətlə üzləşən ermənipərəst şəbəkə “sülh göyərçinləri” vasitəsilə yalan, əsassız təbliğat maşınını “yenidən işə salmaq istəyir”. Amma budəfəki cəhd daha ağır nəticələrə yol açacaq kimi görünür - cəmiyyətin açıq qınağı və tənəsi ilə yanaşı, erməni mərkəzlərinə xidmətçilik edənlərin adları da tam olaraq ortaya çıxarıldı. Başqa sözlə, içimizdəki “erməni hücrələr” özü özünü ifşa etdi.
Stivenin “toru”
Məsələnin mahiyyətinə keçməzdən əvvəl vurğulamaq lazımdır ki, “Yeni Azərbaycan” qəzeti olaraq davamlı şəkildə beynəlxalq erməni şəbəkəsinin ifşası ilə bağlı araşdırmalar aparır, bu şəbəkənin nəzarətində olan şəxslər və ya təşkilatlarla bağlı yazılar dərc edirik. Son dövrlərdə bu istiqamətdə aparılan araşdırmalardan biri də ABŞ-da yaşayan erməni əsilli milyarder Stiven Kandaryanla bağlı olmuşdu. Stiven Kandaryanın fəaliyyətinin ən mühüm “istiqamətlərindən” birini onun anti-Azərbaycan fəaliyyəti, daha doğrusu bu fəaliyyəti “stimullaşdırması” təşkil etməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur. Dünyada şəbəkələşmiş formada fəaliyyət göstərən erməni lobbisi, terror təşkilatları, anti-təbliğat qrupları, hətta xəyanətkar fərdlər belə Kandaryanın diqqətindən kənarda qalmır, onun maliyyəsindən bəhrələnirlər. Hər il ABŞ və Avropadakı erməni xeyriyyə fondlarının hesablarına milyonlarla pul köçürən Kandaryanın əsas məqsədi anti-Azərbaycan təbliğatını gücləndirməkdən ibarətdir. Bütövlükdə prosesdə adının hallandırılmasını istəməyən Kandaryan bu kimi fəaliyyətləri başqa-başqa şəxslərin, hətta tanınmış siyasətçilərin, diplomatların, guya “humanizmi” təbliğ edən şəbəkələrin, təşkilatların və ya qrupların əli ilə “həyata keçirir”. Bəhsini açacağımız yeni “humanizm tor”u da məhz Kandaryanın maliyyəsi əsasında ortaya çıxıb. Bu torun “hörümçəklərinin” də aktiv şəkildə erməni pullarından qidalanmasına şübhə yoxdur...
“İştirak evi” platforması - erməni təbliğatının “yayım evi”...
Xatırladaq ki, avqustun 15-də “No War”çılar “İştirak evi” adlanan yeni strukturda “Liberallar Dərnəyinin aksiyası” kimi təqdim olunan “Niyə No War?” sloqanı ilə ictimai müzakirə keçirilib. Son dövrlər dövlət əleyhinə yönəlmiş bir neçə layihənin məhz “İştirak evi” platforması üzərindən həyata keçirilməsi də diqqət çəkir - qeyd edək ki, burada keçirilən layihələr Qərb dairələri - ABŞ səfirliyi və Avropa İttifaqı institutları tərəfindən maliyyələşdirilir. Dolayısı ilə həmin layhələrin məhz Kandaryanın və digər erməni əsilli maraqlı güclərin maliyyələşdirməsi əsasında maliyyələşdirilməsi böyük ölçüdə həqiqətə uyğundur. Keçirilən tədbirlərin təşkilatçıları kimi çıxış edən şəxslərin mütləq əksəriyyəti isə ultra-liberal, LGTB, feministlər, “No War”çılardır. Beləliklə, “İştirak evi” 44 günlük Vətən müharibəsinin əleyhinə fikirlər səsləndirən “No War”çıların iddialarını, LGTB fəallarının fikirlərini ictimailəşdirməyə, onların səsini ucaltmağa çalışan platforma kimi fəaliyyət göstərir.
Erməni tezislərinə əsaslanan müzakirələr
Avqustun 15-də keçirilmiş “müzakirələrə” gəldikdə isə, iştirakçıların siyahısı bütün reallığın göz önündə canlanmasına imkan verir - bu tədbirin də təşkilatçıları Orxan Allahverdiyev, Səməd Şıxı və Nemət Abbasov, iştirakçıları Afiyəddin Məmmədov, Əli Məlikov, Qiyas İbrahimov, habelə AXCP təmsilçisi Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov və Qubad İbadoğlunun qızı Jalə Bayramova olub. “Müzakirələr”də Azərbaycan dövlətinin və xalqının ünvanına ittihamlar səsləndirilib. Aygül Cəfərova “Azərbaycan müharibədə qalib gəldiyi üçün aqressiv, sərt və eqoist davranır” kimi ifadələr səsləndirib, Çinarə Hünərli “televizorda qazilərlə bağlı xəbərləri görən” şəhid anasını “lom” olmaqda günahlandırıb, Sənubər Heydərova isə “İkinci Qarabağ müharibəsində ölkəmiz, sadəcə, Şuşa ilə bağlı hərbi əməliyyatda uğura nail olub, o biri yeddi rayon razılaşma əsasında verildi” deyib.
Eyni mənbə, eyni koordinat - Əli Kərimli, Cəmil Həsənli, Qubad İbadoğlu...
Maraqlıdır ki, bütün koordinatlar yenə eyni ünvana, eyni şəxslərə, eyni maraqlara tuşlanır. Orada “təmsil olunanlar” ya Əli Kərimlinin, ya Cəmil Həsənlinin ya da Qubad İbadoğlunun “kurasiyasındadır”. Burada isə təəccüblənməli hal yoxdur. Adıçəkilən bu şəxslər, onların təmsil olunduqları təşkilatların əsas maliyyə qaynağı məhz Stiven Kandaryana bağlı gizli fondlardır. Məsələn, bu şəbəkənin ən “parlaq” nümayəndələrindən biri Altay Göyüşovdur ki, onu Azərbaycan cəmiyyəti yaxşı tanıyır. Ötən il “Şəxsən mənə İrəvan, Zəngəzur filan lazım deyil və Ermənistana qarşı təcavüzü birmənalı olaraq pisləyirəm” fikirləri ilə ictimaiyyətin qəzəbinə tuş gəlmişdi. Digər nümayəndə isə Qubad İbadoğlunun qızı Jalə Bayramovadır. Nəfəs isə LGBTİ Azərbaycan Alyansının hüquqşünasıdır. Zaman-zaman LGBTİ ilə bağlı keçirilən panellərdə moderatorluq edir. İsveçdə yaşayan, özünü siyasi bloger kimi təqdim edən Süleyman Süleymanlı isə Azərbaycanı “təcavüzçü” adlandırmaqdan utanmır. AXCP-nin, şəxsən Əli Kərimlinin “kadrı” sayvlan Qiyas İbrahimli haqqında isə əlavə şərhə ehtiyac yoxdur. Beləliklə, bu ermənipərəst şəbəkəyə diqqət yetirdikdə, birmənalı şəkildə məkrli Qərb dairələrinə bağlı olduqları və erməni mənbələrindən maliyyələşdirildikləri ortaya çıxır.
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 Sentyabr 20:45
İdman
14 Sentyabr 20:30
Formula 1
14 Sentyabr 20:15
Hadisə
14 Sentyabr 20:05
Xəbər lenti
14 Sentyabr 20:00
Xəbər lenti
14 Sentyabr 19:45
Sosial
14 Sentyabr 19:20
Xəbər lenti
14 Sentyabr 19:00
Xəbər lenti
14 Sentyabr 18:48
Hadisə
14 Sentyabr 18:30
Siyasət
14 Sentyabr 18:05
Xəbər lenti
14 Sentyabr 17:49
İqtisadiyyat
14 Sentyabr 17:26
Dünya
14 Sentyabr 16:14
Dünya
14 Sentyabr 15:41
Sosial
14 Sentyabr 15:16
Formula 1
14 Sentyabr 15:13
Siyasət
14 Sentyabr 15:09
Turizm
14 Sentyabr 14:29
Siyasət
14 Sentyabr 13:55
Sosial
14 Sentyabr 13:44
Gündəm
14 Sentyabr 13:22
Hərbi
14 Sentyabr 13:17
Formula 1
14 Sentyabr 13:11
Hadisə
14 Sentyabr 12:23
Hadisə
14 Sentyabr 12:08
İqtisadiyyat
14 Sentyabr 11:59
İqtisadiyyat
14 Sentyabr 11:09
Sosial
14 Sentyabr 11:06
Daxili siyasət
14 Sentyabr 10:39
Formula 1
14 Sentyabr 10:22
İqtisadiyyat
14 Sentyabr 10:16
Siyasət
14 Sentyabr 10:15
Sosial
14 Sentyabr 10:10
Gündəm
14 Sentyabr 09:43
Mədəniyyət
14 Sentyabr 09:37
Dünya
14 Sentyabr 09:17
Gündəm
14 Sentyabr 09:13
Dünya
14 Sentyabr 08:45
Dünya
14 Sentyabr 08:42
Siyasət
14 Sentyabr 08:22
MEDİA
14 Sentyabr 08:20
Siyasət
14 Sentyabr 08:15
Turizm
14 Sentyabr 07:52
Ədəbiyyat
14 Sentyabr 07:48
İqtisadiyyat
13 Sentyabr 23:55
Sosial
13 Sentyabr 23:45
İqtisadiyyat
13 Sentyabr 23:27
Mədəniyyət
13 Sentyabr 23:15
Sosial
13 Sentyabr 22:40
Siyasət
13 Sentyabr 22:20
Hadisə
13 Sentyabr 21:45
Xəbər lenti
13 Sentyabr 21:28
Siyasət
13 Sentyabr 21:15
Xəbər lenti
13 Sentyabr 21:00
Dünya
13 Sentyabr 20:38
İqtisadiyyat
13 Sentyabr 20:26
Elm
13 Sentyabr 19:45
Turizm
13 Sentyabr 19:17
İdman
13 Sentyabr 18:38
YAP xəbərləri
13 Sentyabr 18:31
YAP xəbərləri
13 Sentyabr 18:30
İqtisadiyyat
13 Sentyabr 18:24
Formula 1
13 Sentyabr 18:22
Hadisə
13 Sentyabr 18:15
Sosial
13 Sentyabr 18:11
Elm
13 Sentyabr 18:10
YAP xəbərləri
13 Sentyabr 17:45
Dünya
13 Sentyabr 17:25
Siyasət
13 Sentyabr 17:21