1-ci gün...
24.11.2023 [15:15]
Qəzzada müvəqqəti atəşkəsdir
NARDAR
Ötən gün İsrail və HƏMAS arasında dörd günlük müvəqqəti atəşkəs başlayıb. Əldə olunan razılaşmaya görə, atəşkəs dövründə Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək. Tərəflər 50 israilli girov və İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşağın azad edilməsi şərtləri daxilində bu atəşkəsə razılaşıb.
Qətər Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, israilli girovların ilk qrupu noyabrın 24-də saat 16:00 (Bakı vaxtı ilə 18:00) radələrində Qəzza zolağından çıxmalıdır, qrupa 13 qadın və uşaq daxildir. 4 gün ərzində ümumilikdə 50 nəfər israilli azad ediləcək. Bundan başqa, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə verilib. İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda sərbəst hərəkətini təmin edəcəyinə söz verib.
Bununla belə, İsrail ordusu qəzzalıları anklavın şimal hissəsinə qayıtmamağa çağırıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb. İDF həmçinin, dörd günlük humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Qəzza zolağının şimal hissəsinin müharibə zonası olaraq qalması ilə bağlı xəbərdarlıq edib və bu barədə havadan vərəqələr atılıb.
Qeyd edək ki, Fələstin rəsmiləri atəşkəs başlayan kimi Qəzzadan köçənlərin evlərinə qayıtmasına çağırış edib.
Yeri gəlmişkən, Qəzza zolağının şimalında gedən döyüşlər zamanı İsrail Silahlı Qüvvələri HAMAS-ın 12-yə qədər batalyonunu məhv edib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus bildirib ki, indiyədək Qəzzanın şimalında yaxşı, davamlı və metodik irəliləyiş əldə edilib: “Biz Qəzzanın şimalında onlarla HƏMAS batalyonundan 11-12-ni vurub sıradan çıxarmışıq. Bu, yaxşı irəliləyişdir. Hələ ki, onların hamısı sıradan çıxarılmayıb, lakin bizim fəaliyyətimiz nəticəsində əsas döyüş imkanlarına ciddi ziyan dəyib. Amma Qəzzanın mərkəzi və cənub bölgələrində HƏMAS-ın digər hissəsi və daha 12 batalyonu var. Təbii ki, hamı başa düşür ki, oktyabrın 7-də olduğu kimi Qəzzadan növbəti terror aktının qarşısını almaq üçün biz HƏMAS-ın bütün imkanlarının məhv edilməsini təmin etməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

