Fransanın Ukrayna oyunu: Makronun qeyri-ciddi imici
06.03.2024 [10:43]
Qeyri-ciddi açıqlamaları ilə tez-tez gündəmə gələn Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərməyə hazır olması barədə bəyanatı dünya KİV-inin müzakirə mövzusuna çevrilib. ABŞ-ın nüfuzlu “Politico” nəşri yazır ki, Makronun məlum bəyanatı onun beynəlxalq geosiyasi oyunda süni xal qazanmaq istəyinin növbəti nümunəsidir.
Paris Moskvaya necə uduzdu?
Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü barədə ona yönələn suala “Heç nə istisna edilmir”, - deyə cavab verib. “Məqsədimizə çatmaq üçün işimizə yarayan hər şeydən istifadə edə bilərik” deyən Makron daha sonra “Bu savaşda Rusiya qalib gəlməməlidir” cümləsi ilə fikrini tamamlayıb.
Fransa prezidentinin Ukraynaya dəstəyin hansı formada veriləcəyi ilə bağlı Avropa liderlərinin birgə toplantısından dərhal sonra yaydığı gözlənilməz bəyanat təkcə Rusiya KİV-ində deyil, Qərbin sosial media platformasında da bomba partlayışı effekti verib. Ümumiyyətlə, Fransa prezidenti vaxtaşırı ritorik sensasiyalar etməyi xoşlayır.
Məsələn, bir vaxtlar Makron NATO liderlərinin London sammitinə az qalmış alyansın “beyin iflici” keçirdiyini iddia edirdi. Yaxud Ukrayna müharibəsi başlayandan üç ay sonra Qərbi “Rusiyanı aşağılamamağa” çağıran da Makron idi. Əlbəttə, Qərbin siyasi dairələrində Fransa liderinin bu məsuliyyətsiz bəyanatları narazılıqla qarşılanırdı. Makronun “Rusiyanı dayandırmaq” kimi ağır və hətta imkansız işə girişmək cəhdləri, Moskvaya səfəri, Vladimir Putinə mütəmadi zəngləri, müxtəlif vasitələrlə Rusiyanı zərərsizləşdirmək yönündə “fəaliyyəti” son nəticədə Fransanın Afrikada hərtərəfli məğlubiyyəti ilə nəticələndi.
“Yağmasaq da guruldayaq” siyasəti
Ümumiyyətlə, Makronun özünü Avropanın ağsaqqalı kimi aparmaq istəyi onun əvvəlki Fransa prezidentlərini yamsılamaq cəhdlərindən irəli gəlir. Məsələn, Şarl de Qoll Avropanın hücuma məruz qalacağı təqdirdə ABŞ-ın onsuz da onu müdafiə edəcəyini yaxşı bildiyi üçün Fransanı NATO-nun hərbi komandanlığından çıxararaq fərqli karyera qurdu. Daha sonra o, bütün cəbhələrdə “təhdidlərin qarşısını almaq” niyyəti ilə ölkəsində nüvə qüvvələrini yerləşdirmişdi. Onun bu hərəkətlərindən az qala belə çıxırdı ki, guya ABŞ və Böyük Britaniya da Fransa üçün Sovet İttifaqı qədər ciddi təhlükə yaradır.
İllər sonra Fransanın növbəti prezidenti Nikola Sarkozi də analoji addım atdı - Liviyadakı vətəndaş müharibəsini müzakirə etmək üçün Yelisey sarayında təcili toplantı keçirdi. Heç bir xəbərdarlıq etmədən Müəmmər Qəddafinin Benqazi şəhərini mühasirəyə alan qüvvələrini bombalamaq üçün Liviya səmasına Fransa qırıcıları göndərdiyini açıqladı. Həmin tədbirdə Sarkozi belə demişdi: “Nəhayət, Fransa tarixin bu mühüm missiyasını öz üzərinə götürməyə qərar verdi”.
Lakin onun bu bəyanatının üstündən bir neçə gün keçməmiş NATO həmin əməliyyatı öz üzərinə götürməli oldu. Çünki fransız qoşunlarının bunun öhdəsindən təkbaşına gəlməsi mümkün deyildi.
NATO Parisə “yox” dedi
İndi də Makron siyasi oyunların qrossmeysteri mantiyasını geyinməyə çalışır. Ötən il, NATO-nun növbəti sammitindən az öncə Fransa prezidenti Bratislavaya səfər edərək Şərqi Avropa liderləri ilə görüşmüşdü. O, həmin görüşdə Ukraynanın NATO-ya qəbulu prosesinə rəhbərlik edəcəyinə söz vermişdi. Ziddiyyət orasındadır ki, Makron bu fikri söyləyərkən Berlinin və Vaşinqtonun bu məsələyə razılıq verməyəcəyini yaxşı bilirdi.
Görünür, yersiz populyarlıq arzusu, şöhrətpərəstlik həm də Emmanuel Makronun xarakterindən irəli gəlir. Bu mənada analitiklər onun Ukraynaya qoşun yeritmək barədə son açıqlamasını geosiyasi xal toplamaq istəyinin növbəti nümunəsi kimi izah edirlər. Lakin Fransa lideri bu niyyətində ciddi görünməyə çalışır. Məsələn, bir neçə həftə öncə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Terri Burkhard NATO-dakı həmkarlarına Ukraynada müdafiə sistemlərinin quraşdırılması, hərbi personalın hazırlığı, kiber əməliyyatların həyata keçirilməsi, minaların təmizlənməsi, hərbi təlimlər də daxil olmaqla bir sıra əməliyyatların aparılmasını öz boynuna götürmək istəyən ölkələrdən ibarət koalisiya yaratmaq təklifi irəli sürüb.
Sözsüz ki, heç bir hərbi lider öz ölkəsinin ali siyasi rəhbərliyinin dəstəyi olmadan beynəlxalq qurum üzvlərinə bu cür müraciət göndərməz. Fransanın məktubla müraciət etdiyi NATO üzvləri isə bu təklifdən imtina ediblər. Amma Fransa prezidenti bu etirazı görməzdən gələrək NATO qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını açıq şəkildə gündəmə gətirib. Sonra Makron əvvəlki fikrini təkzib edərək öz çıxışında: “Bu gün NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı alyans üzvləri arasında konsensus yoxdur”, - söyləyib.
Bu arada Fransanın Cənubi Qafqazda yeritdiyi çirkin siyasət də Makron kursunun yanlış və qərəzli olduğuna əyani sübutdur. Parisin “yetimsevindirmə” jesti ilə İrəvanı silahlandıraraq Azərbaycanın üstünə qaldırmaq və Ermənistan vasitəsilə Rusiyanı Cənubi Qafqaz regionunda sıxışdırmaq planı da bəri başdan fiaskodur. Fransa ona uzaq olan bir regiona bu cür kobud müdaxilələr etməklə əslində öz irticaçı simasını, gerçək mahiyyətini beynəlxalq aləmə nümayiş etdirir. Elə bu səbəbdən də Fransanın daxil olduğu NATO, Aİ kimi qurumlar Parisin münaqişələrin həllinə dair təkliflərinə ciddi yanaşmır.
Makron NATO-ya qarşı
Bütün bunlara görə NATO liderlərinin Fransanın Ukraynaya koalisiya göndərmək təklifinə yox deyəcəyi gözlənən idi. Bu fikrə etiraz edənlər arasında ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolz, Polşanın baş naziri Donald Tusk, NATO-nun baş katibi Yens Stoltenberq və başqa rəsmi şəxslər yer alır. Ümumiyyətlə, NATO müharibənin başlandığı ilk vaxtlardan Ukraynaya qoşun yeritmək ssenarisini istisna edirdi. Qərb bu məsələdə həmişə aydın siyasət yürüdüb: Ukraynaya bütün mümkün vasitələrlə, lakin qoşun yeritmədən kömək göstərmək. ABŞ prezidenti Co Bayden bu məsələyə dair mövqeyini belə izah edib:
“Biz üçüncü dünya müharibəsi başlatmağın tərəfdarı deyilik!”
Olaf Şolz və bəzi Avropa liderləri dəfələrlə Makronla bu məsələni müzakirə ediblər. Mənbələrin bildirdiyinə görə, Almaniya kansleri hətta ABŞ prezident Co Baydendən də xahiş edib ki, Makronu bu məsələdəki gərəksiz mövqeyindən əl çəkməyə çağırsın.
Parisin xəsisliyi
Ümumi götürəndə Parisdən Ukraynaya göndərilən hərbi dəstək, məsələn, Almaniya ilə müqayisədə çox azdır. Fransa Ukraynaya indiyədək təxminən 6,8 milyard avro, o cümlədən 2024-cü il üçün vəd etdiyi 3 milyard avro, Almaniya isə son iki il ərzində 17,7 milyard avro civarında hərbi yardım göstərib. Buna baxmayaraq, Paris Berlindən daha çox hərbi resurslara malik olduğunu və Ukraynanı zaman-zaman hərbi vasitələrlə, o cümlədən uzaqmənzilli raketlərlə təmin edəcəyini bəyan edir. Lakin göründüyü kimi, Paris əməli iş görməkdən çox mənasız bəyanatlara üstünlük verir.
Bir məqam da var ki, Fransa prezidenti Emmanuel Makron Almaniya rəhbərliyi tərəfindən daim tənqid edildiyinə görə çıxışlarında almanların bostanına daş atmaqdan özünü saxlaya bilmir. Məsələn, bu günlərdə yerli KİV-ə verdiyi bir açıqlamada Fransa lideri qonşusu Almaniyanı nəzərdə tutaraq: “Bu gün Ukrayna barədə mənə qarşı çıxanların əksəriyyəti iki il əvvəl də “heç vaxt tank, heç vaxt təyyarə, heç vaxt uzaqmənzilli raketlər verilməyəcək” söyləyənlərdir”, - deyə ironiya ilə bildirib.
Makron daha sonra əlavə edib: “Xatırladıram ki, iki il əvvəl bir çoxları masa arxasında “biz Ukraynaya yalnız yataq çantaları və dəbilqələr təklif edə bilərik” deyirdilər”.
Ukrayna qurban statusunda
Reallıq isə ondan ibarətdir ki, Avropa İttifaqı Ukraynanın ehtiyac duyduğu maliyyə yardımlarını ödəməyə tələsmir. ABŞ Konqresi də yardım məsələsinin qəbulunu qeyri-müəyyən müddətədək uzadıb.
Ukraynanın böhrandan çıxarılması, müharibədən əziyyət çəkən insanlara yardımların göstərilməsi, savaşın bir şəkildə sonlandırılması Qərbin qarşısında duran əsas vəzifələrdəndir. Fransa rəhbərliyinin səsləndirdiyi ritorik sensasion çıxışlar isə Ukrayna məsələsini qeyri-ciddi vəziyyətə gətirir və bu məsələdə bilərəkdən sabotaj edilir. Hamıya aydındır ki, Ukrayna heç bir cəhətdən Rusiya ilə təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Ona görə də Qərb Rusiya ilə apardığı qlobal savaşda Ukraynanı qurban verməkdən vaz keçməli, bu qanlı müharibənin tezliklə dayandırılmasına əngəl törətməməlidir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

