Rusiya, Çin və İran həmrəyliyi: Ərəb körfəzində əzələ nümayişi
14.03.2024 [11:00]
Xəbər verildiyi kimi, martın 12-də Ərəb körfəzində üç ölkənin - Rusiya, Çin və İran hərbi dəniz qüvvələrinin birgə təlimlərinə başlanıb. Təlimlər “Dəniz təhlükəsizlik kəməri - 2024” beynəlxalq dəniz təlimi çərçivəsində həyata keçirilir. Hərbi manevrlər Oman körfəzində, Ərəb dənizinin şimal-qərbində icra olunur.
Ölkəmiz ilk dəfə olaraq bu təlimlərdə müşahidəçi qismində iştirak edir. Azərbaycanla yanaşı, Pakistan, Qazaxıstan, Oman, Hindistan və Cənubi Afrikanın hərbi dəniz qüvvələrinin nümayəndələri də təlimlərə müşahidəçi qismində qatılıblar.
Dəniz təhlükəsizliyi əməliyyatları
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir: “Varyaq” mühafizəçi raket kreyseri və “Marşal Şapoşnikov” freqatından ibarət Sakit Okean Donanmasının döyüş gəmiləri dəstəsi İran və Çin hərbi dəniz qüvvələrinin gəmiləri ilə birgə beynəlxalq hərbi dəniz təliminin praktiki tapşırıqlarını yerinə yetirməyə başlayıb. Təlimin əsas məqsədi dəniz təsərrüfat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə təcrübə keçməkdir”.
Beləliklə, təlim zamanı üç ölkənin hərbi gəmiləri birgə manevrlər edərək yerüstü və hava hədəflərinə atəş açıb, dəniz quldurları tərəfindən əsir götürülən gəminin azad olunması tapşırıqlarını məşq edib.
Təlimlərə Rusiya hərbi dəniz qüvvələrinin, eləcə də İran və Çinin hərbi dəniz donanmasının 20-dən çox gəmisi, yardımçı gəmiləri və döyüş katerləri cəlb olunub. Məşqlərdə dəniz-aviasiya helikopterlərindən də geniş istifadə olunub.
Beynəlxalq Dəniz Təhlükəsizlik Kəməri təlimləri altı ildir keçirilir. 2018-ci ildə başlayan ilk təlim-məşq əməliyyatı da elə hazırkı məkanda - Ərəb dənizində keçirilib. Məlum olduğu kimi, hər il keçirilən təlimlərdə davamlı olaraq adı çəkilən üç ölkə iştirak edirdi. Bu il isə təlim əməliyyatlarına ilk dəfə müşahidəçi ölkələr də cəlb olunub. Azərbaycan da həmin müşahidəçi dövlətlər sırasındadır.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu il manevrlərdə Rusiyanın Sakit Okean Donanmasının flaqmanı “Varyaq” kreyseri və daha çox “Kalibr” raketlərinin daşıyıcısı olan “Marşal Şapoşnikov” freqatı iştirak edir.
Birgə məşqlər
Dediyimiz kimi, təlimlərə 20-dən çox hərbi gəmi, bundan əlavə, yardımçı gəmilər və döyüş katerləri, eləcə də hərbi helikopterlər cəlb olunub. Xatırladaq ki, ötən ilki təlimdə Rusiyanın dünyada ilk hipersəs raketlərinin tam ştatlı daşıyıcısı olan məşhur “Admiral Qorşkov” freqatı da iştirak edib. 2023-cü ildə Rusiya, Çin və İranın “Dəniz təhlükəsizlik kəməri” üçtərəfli təlimləri martın 16-dan 17-dək Ərəbistan dənizində, İranın Çahbehar limanı yaxınlığında keçirilmişdi.
Rusiya Hərbi Dəniz Qüvvələri Şimal Donanmasının mətbuat xidmətinin məlumatına görə, iştirakçılar hərbi gəmilərdən ibarət beynəlmiləl dəstənin formalaşdırılması, müxtəlif birləşmələrdə birgə taktiki manevrlər və döyüş əmrləri üzrə məşqlər ediblər. Bundan əlavə, gün ərzində dənizdəki hədəflərin artilleriya atəşinə tutulması, hava hədəflərinin gecə vaxtı artilleriya ilə vurulması, dəniz quldurları tərəfindən girov saxlanan gəmilərin azad edilməsi, eləcə də dənizdə qəza vəziyyətində olan gəmilərə yardım göstərilməsi üzrə təlimlər keçirilib.
Çin isə təlimlərdə “Urumçi” raket daşıyıcıları, “Lini” freqatı və “Dunpinxu” hərbi təchizat gəmisi ilə təmsil olunub. Çin Müdafiə Nazirliyi təlimlərin regional dəniz təhlükəsizliyini birgə təmin etmək məqsədilə aparıldığını bildirib.
Ərəb, Fars, yoxsa Kəngər körfəzi?
Dəniz təhlükəsizliyi təlimlərinin keçirildiyi Ərəb körfəzi tarixən ərəb dövlətləri ilə İran arasında çəkişmələrə səbəb olub. Ərəblər bu körfəzi “Ərəb körfəzi”, farslar isə “Fars körfəzi” adlandırırlar.
Qədim yunan qaynaqlarında körfəzin adı “Qırmızı dəniz” kimi çəkilir. Qədim Babil mənbələrində isə bura “Akkadın şimalında yerləşən dəniz” adlandırılıb.
Fars sülaləsi olan Əhəmənilər körfəzi “Pars dənizi” adlandırır, Osmanlı mənbələri onu “Bəsrə körfəzi” kimi tanıdırdılar. Bu mübahisəli coğrafi məkanın adı bir sıra tarixi mənbələrdə “Kəngər körfəzi” kimi də yazılır.
Son dövrlərdə körfəzin “Fars körfəzi”, ya “Ərəb körfəzi” adlandırılması məsələsi bəzi ərəb ölkələri ilə İran arasında ciddi mübahisə mövzusudur.
Beləliklə, körfəzin adı mübahisəli olsa da, orada keçirilən təlim əməliyyatlarının ünvanı konkret, məqsədi birmənalıdır. Analitiklərin fikrincə, bu təlimlər regionda təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq dəniz ticarətinin qorunması, dəniz quldurluğu və terrorizmlə mübarizə, dəniz əməliyyatları sahəsində təcrübə mübadiləsi baxımından vacib sayılır.
Azərbaycan beynəlxalq dəniz təlimində
Azərbaycan bu təlimlərdə ilk dəfə müşahidəçi qismində iştirak etsə də, gələcəkdə bu cür beynəlxalq layihələrin əsas iştirakçılarından biri olmaq potensialına malikdir. Bunun üçün ölkəmizin qalib ordusu, döyüş qüdrəti, eləcə də modern texnika ilə təchiz edilmiş hərbi donanması var. Bundan başqa, ölkəmiz Rusiya və Çinlə bir çox istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığını inkişaf etdirir. Bütün bunları nəzərə alsaq, növbəti illərdə keçiriləcək dəniz donanması təlimlərinə ölkəmizin də qatılacağını proqnoşlaşdıra bilərik.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

