ABŞ-da “TikTok”ofobiya...
16.03.2024 [10:50]
Konqres sosial şəbəkəni qadağan edəcəkmi?
Birləşmiş Ştatlarda milyonlarla istifadəçisi olan məşhur “TikTok” sosial şəbəkəsinin qadağan ediləcəyi ilə bağlı xəbər bir neçə gündür dünya gündəminin müzakirə mövzusuna çevrilib. Son xəbərlərə görə, ABŞ Konqresinin aşağı palatası ölkədə “TikTok” sosial şəbəkəsinin qadağan olunmasına icazə verən sənədi dəstəkləyib. Qanun layihəsi qısa videolar xidmətinin altı ay ərzində “Çin nəzarətində olan istənilən qurumla” əlaqələri kəsməsini tələb edir. Belə anlaşılır ki, “TikTok”un sahibi olan Çin şirkəti “ByteDance” bu müddət ərzində onu hansısa ABŞ şirkətinə satmalıdır. Əks halda, ABŞ-dakı internet provayderlərinə “TikTok”a xidmət göstərmək və bu tətbiqi onlayn platformalarda yerləşdirmək yasaqlana bilər. Sosial platformanın ABŞ şirkətinə satılmasını tələb etmək, əslində, onun yayımına qadağa qoymaq deməkdir. Konqresin alt palatasının bu qərarı ölkə ictimaiyyətinin etirazına səbəb olub.
“TikTok”çular Ağ Evin qərarına etiraz edirlər
Gündəlik fəaliyyətində “TikTok”dan istifadə edən ictimai fəallar, sahibkarlar, müəllimlər və digər peşə sahibləri qanun layihəsinin müzakirəyə çıxarıldığı gün ABŞ Konqresinin qarşısında etiraz aksiyası keçirərək, bu qadağanın onların işgüzar fəaliyyətinə zərər verəcəyini bildiriblər. “TikTok” rəhbərliyi ABŞ konqresmenlərini bu addımın nəticələri barədə düşünməyə çağırıb. “TikTok”un baş ofisi bu qərarın ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib. Çünki bu sosial şəbəkədən təxminən 170 milyon amerikalı və 7 milyon yerli kiçik müəssisə istifadə edir. Bundan əlavə, sosial şəbəkənin rəsmi açıqlamasında qeyd olunduğu kimi, bu qadağa ABŞ-ın müdafiə etdiyi söz azadlığı prinsiplərini pozacaq: “ABŞ hökuməti 170 milyon amerikalını konstitusion ifadə azadlığı hüququndan məhrum etməyə çalışır”.
İlon Maskın şərhi: “Troya atları...”
Amerikalı milyarder, “Tesla X” və “Space X” şirkətlərinin sahibi İlon Mask da “TikTok” administrasiyasının bu fikirləri ilə razılaşıb. Maskın dediyinə görə o, X sosial şəbəkəsini (keçmiş Twitter) məhz liberal senzuranın hökmranlığından xilas etmək üçün il yarım əvvəl satın alıb: “Bu qanun layihəsi təkcə “TikTok”a aid deyil, əslində, bu layihə hökumətin sosial şəbəkələrə nəzarət etmək, yaxud senzura qoymaq istəyindən irəli gəlir”, - deyə biznesmen X sosial şəbəkəsində respublikaçı konqresmen Tomas Massinin paylaşımını şərh edib. İlon Maskın fikrincə, ABŞ hökuməti “TikTok” kimi xarici platformaları ölkənin internet məkanına yerləşdirilən “Troya atları” hesab edir.
Şərhçilərin fikrincə, ABŞ-da Çin əleyhinə artan əhval-ruhiyyə səbəbindən Konqresə təqdim olunan sənədin qanuna çevrilməsi tam reallaşa bilər. Beləliklə, Nümayəndələr Palatasının 352 nəfər deputatı bu qanunun qəbulunu dəstəkləyib, 65 nəfər isə əleyhinə çıxıb. Sənədin qəbul edilməsi üçün növbəti mərhələdə layihə Senatda müzakirəyə çıxarılacaq. Ağ Ev isə qanun layihəsinin qəbulunu israrla gözlədiyini bəyan edib.
Çin texnologiyasının xofu
Xatırladaq ki, qanun layihəsinin ortaya çıxarılması ABŞ hakimiyyət orqanlarının Çinə qarşı atdığı ilk addım deyil. Ağ Ev administrasiyasının nəzarətində olan bütün aparıcı KİV-lər illərdir “Çin təhlükəsi” haqqında tezislər irəli sürür, Çin əleyhinə təbliğat aparır. Hətta ABŞ mediasının apardığı antiçin propaqandası bəzi hallarda Rusiya əleyhinə səsləndirilən çıxışlardan daha kütləvi olur.
ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haines “TikTok” qalmaqalı ilə bağlı açıqlamasında “Çin ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə üçün “TikTok”dan istifadə edə bilər”, - deyib. Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vrey isə sosial şəbəkəni ABŞ-ın “milli təhlükəsizliyinə təhdid” kimi qiymətləndirib. Əlavə edib ki, sözügedən sosial şəbəkə FTB əməkdaşlarının istifadə etdiyi bütün cihazlarda qadağandır. Ümumiyyətlə, ABŞ rəhbərliyi ölkə vətəndaşlarını müxtəlif vaxtlarda dəfələrlə qorxudub ki, “TikTok” onların şəxsi məlumatlarını Çin kəşfiyyatı üçün toplayır.
Ağ Evin mətbuat katibi Karen Jan-Pyer bildirib ki, qanun layihəsi hər hansı onlayn platformanın qadağan edilməsi ilə bağlı deyil. Onun təfsirinə görə, məlum sənəd “sadəcə, bu kimi xidmətlərin ABŞ-a zərər verə biləcək şəxslərin mülkiyyətində olmamasını təmin etmək üçündür”.
Ağ Ev sözçüsü hesab edir ki, nəzərdə tutulan qadağanı Vaşinqton və Pekin arasındakı münasibətlər kursunun dəyişməsi kimi qiymətləndirmək olmaz. Çünki bu cür addımlar ölkənin təhlükəsizliyi ilə bağlıdır, odur ki, ABŞ Konqresinin qərarı iki ölkə arasında münasibətlərə təsir göstərməyəcək.
Çin rəsmisi: “ABŞ söz azadlığını və beynəlxalq qaydaları pozur”
Ancaq Çində fərqli düşünürlər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin əmindir ki, ABŞ hakimiyyətinin bu hərəkətləri xarici investorların etimadını sarsıdır. Onun sözlərinə görə, qanun layihəsi “ədalətli rəqabətdə qalib gələ bilməməkdən” yaranan aqressiv davranışın təzahürüdür. “Bu addımlar özəl müəssisələrin fəaliyyətinə zərbə vurur, beynəlxalq investorların etimadını sarsıdır, iqtisadi və ticari nizamı pozur”, - deyə diplomat bildirib. Çin rəsmisi onu da vurğulayıb ki, sözügedən qanunun qəbulu ABŞ-ın özünə də zərbə vuracaq.
Xarici ekspertlər ümumilikdə hesab edirlər ki, böyük ehtimalla ABŞ hakimiyyəti internet təhlükəsizliyi ilə bağlı “əməliyyatlarını” təkcə “TikTok”la yekunlaşdırmayacaq. Vaşinqton isteblişmenti Çinlə yanaşı Rusiya, İran, Şimali Koreya və digər ölkələrin “düşmənlər tərəfindən idarə olunan internet tətbiqləri” üçün də oxşar məhdudlaşdırıcı tədbirlər həyata keçirə bilər. Amerikalı “TikTok” tərəfdarları isə bildirirlər ki, ABŞ-da belə bir qanun qəbul olunarsa, onun ölkə konstitusiyasına uyğun olub-olmaması məsələsi də ortaya çıxa bilər.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

