“Mən tanıqlıq edirəm” kitabının imza günü keçirilib
24.05.2016 [10:00]
Əkbər Qoşalı: Bu kitab bir daha göstərdi ki, 20 Yanvar haqqında hələ yazılası, deyiləsi çox sözümüz var
Mayın 21-də Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin “Mən tanıqlıq edirəm” kitabının imza günü keçirilib. Tanınmış yazarların, mətbuat nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan kitabın redaktoru, şair-publisist Əkbər Qoşalı toplu barədə ümumi məlumat verib.
Qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar olaylarına işıq tutan əsərdə müəllif gördüklərini, yaşadıqlarını, eyni zamanda geniş ictimaiyyət tərəfindən bilinməyən bəzi gerçəkləri oxucuya təqdim edir: “Azər Həsrətin yazıları Azərbaycan oxucusuna yaxşı tanışdı. Özəlliklə, xalqımızın, Türk dünyasının həm ağrı-acılı, həm də sevincli günləri ilə bağlı qələmə aldığı yazılar həmişə diqqət çəkib. 20 Yanvar mövzusunun da Azər Həsrət qələmindən dəfələrlə keçdiyini bilirəm. Ancaq onun bu mövzunu bədii mətn şəklində qələmə aldığını bilmirdim. Bu kitab bir daha göstərdi ki, 20 Yanvar haqqında hələ yazılası, deyiləsi çox sözümüz var”.
Digər çıxışçılar da qanlı tariximizdən bəhs edən, ancaq fərqli şəkildə qələmə alınan “Mən tanıqlıq edirəm” kitabının mahiyyətindən, gərəkliliyindən söz açıb, müəllifə minnətdarlıqlarını ifadə ediblər.
Sonra kitabın yazılma səbəblərindən danışan Azər Həsrət sözügedən qanlı olayın şahidi kimi yaddaşında ilişib qalan hadisələri qələmə almağı özünə borc bildiyini vurğulayıb.
Əsərin qəhrəmanı rolunda çıxış edən müəllif deyib ki, 20 Yanvar ərəfəsində və sonrakı günlərdə etdiyi müşahidələri bir şahid kimi qələmə alıb: “Bu kitab vasitəsilə oxucu eyni zamanda yanvarın 17-dən başlayaraq ölkənin quzey qapısı sayılan Xaçmaz rayonunun Xudat dəmiryol stansiyasında yerli əhalinin Bakıya yeridiləcək əlavə əsgər qüvvəsi və hərbi texnika gətirən qatarı dayandırıb geri qaytarmasından xəbər tutacaq. Və təbii ki, həmin günlərdə insanların duyğuları, düşüncələri, yanaşmaları da bu kitabda öz əksini tapıb. Bir sözlə, bu bir şahid ifadəsidir. Yazdıq ki, gələcək nəsillər o günlərdə baş verənləri məhz həmin hadisələrin iştirakçılarının dilindən oxuya bilsinlər”.
Azər Həsrət sonda tədbirə gələn hər kəsə təşəkkürünü bildirib və “Mən tanıqlıq edirəm” kitabını imzalayaraq hədiyyə edib.
Qeyd edək ki, kitabın redaktoru şair, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, fotolarının müəllifi isə tanınmış fotoqraf, o günlərin canlı şahidi olmuş, baş verənləri lentin yaddaşına köçürmüş Rasim Sadıqovdur.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

