Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ağdaşda avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Ağdaşda avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

19.02.2025 [16:51]

Prezident İlham Əliyev Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 1,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30