Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
15.03.2025 [11:41]
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nizamnamədə aşağıdakı dəyişikliklər edilib:
1. 1.1-ci bənddən “habelə” sözü çıxarılsın və həmin bənddə “sahəsində” sözü “, eləcə də Şuşa şəhəri və Şuşa rayonu ərazisində əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 2.1.1-1 – 2.1.1-5-ci və 3.1.1-1 – 3.1.1-15-ci yarımbəndlər əlavə edilsin:
“2.1.1-1. Şuşa rayonu (bundan sonra – rayon ərazisində) və müvafiq ərazidə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək;
2.1.1-2. tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;
2.1.1-3. rayon ərazisində və müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;
2.1.1-4. rayon ərazisində və müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;
2.1.1-5. müvafiq ərazidə yerləşən, balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək;”;
“3.1.1-1. rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək, o cümlədən bu tikinti işləri üzrə sifarişçi funksiyalarını həyata keçirmək;
3.1.1-2. rayon ərazisində və müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaların qorunmasını və saxlanılmasını təmin etmək, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək bu binaları müvəqqəti idarə etmək;
3.1.1-3. idarə etdiyi çoxmənzilli binalarda quraşdırılmış liftlərin işlək vəziyyətdə saxlanılmasını, cari və əsaslı təmirini həyata keçirmək, onların istismarına nəzarət etmək;
3.1.1-4. rayon ərazisində və müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binalara və fərdi yaşayış evlərinə sakinlərin köçməsindən irəli gələn təşkilati və digər tədbirlər görmək;
3.1.1-5. rayon ərazisində və müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin yaradılmasını və idarə olunmasını təşkil etmək, mühəndis-kommunikasiya təminatı sistemlərinin saxlanılmasına, cari və əsaslı təmirinə, eləcə də istismarına nəzarət etmək, mənzil-kommunal infrastrukturunun inkişafını təmin etmək;
3.1.1-6. rayon ərazisində və müvafiq ərazidə əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirmək;
3.1.1-7. rayon ərazisində və müvafiq ərazidə içməli su, kanalizasiya, elektrik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək;
3.1.1-8. idarə etdiyi çoxmənzilli binaların və tikintisini təşkil etdiyi digər obyektlərin, habelə müvafiq ərazidə sosial-mədəni obyektlərin qış mövsümünə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;
3.1.1-9. rayon ərazisində və müvafiq ərazidə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini, eləcə də yaşıllıqların mühafizəsini təşkil etmək;
3.1.1-10. müvafiq ərazidə yerləşən, balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək;
3.1.1-11. rayon ərazisində və müvafiq ərazidə məhəllələrin, küçələrin, meydanların, parkların və yaşıllıq zonalarının işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işini təşkil etmək;
3.1.1-12. İdarəyə ayrılan məqsədli vəsaitlər hesabına Azərbaycan Prezidentinin tapşırığı əsasında müvafiq ərazidə sosial təyinatlı və digər obyektlərin tikintisinin təşkilini, onların tikintisi üzrə sifarişçi funksiyalarının yerinə yetirilməsini, habelə bu qaydada tikilmiş obyektlərin qorunmasını, saxlanılmasını və təyinatı üzrə istifadəsini təmin etmək;
3.1.1-13. rayon ərazisində və müvafiq ərazidə bayramlara və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş ictimai tədbirlər keçirmək, tərtibat işləri aparmaq və digər zəruri tədbirlər görmək;
3.1.1-14. rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar digər dövlət orqanlarının (qurumlarının) sifarişi ilə aparılan tikinti işlərinə zəruri təşkilati dəstək göstərmək;
3.1.1-15. rayon ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası işlərinə zəruri təşkilati dəstək göstərmək;”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

