Azərbaycan - İran: Münasibətlərdə dönüş nöqtəsi
06.06.2025 [11:36]
Ölkələrimiz arasında əlaqələrin dinamik surətdə inkişafına böyük ümidlər var
Yerləşdiyi geocoğrafiyanın lider ölkəsi olan Azərbaycanın inkişaf tempi, bölgənin gələcək inkişafı ilə bağlı yaratdığı reallıqlar beynəlxalq aləmdə yaxın tərəfdaş qismində qəbul olunmamızda böyük əhəmiyyət daşımaqdadır. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən, beynəlxalq təşkilatlar ilə ikitərəfli əlaqələrə malikdir. Bakı xüsusilə region ölkələri ilə münasibətlərə olduqca həssas yanaşır - bu mənada İran ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə inkişafı yeni yaranan iqtisadi-ticari situasiyanı daha da gücləndirən amillər sırasında qeyd olunur, siyasi əlaqələrin stabilliyinə xidmət edir. Tehran ilə Bakı arasındakı yaxın qonşuluq münasibətlərinin dərinləşməsi regional inkişaf tempinə müsbət təsirlərini göstərir. Yeri gəlmişkən, iyunun 4-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Müqəddəs Qurban bayramı münasibətilə bir-birini və iki ölkənin dost, qardaş xalqlarını səmimiyyətlə təbriki edən dövlət başçıları Məsud Pezeşkianın respublikamıza rəsmi səfərini xatırlayaraq aparılan səmərəli müzakirələri yüksək dəyərləndiriblər.
Tarixi bağlara əsaslanan əlaqələr
Bəhs edilən münasibətlər həm yaxın qonşuluq prinsiplərinə, həm də tarixi bağlara əsaslanır. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya rəsmi səfəri zamanı dövlət başçılarının bir-birinə “əziz qardaşım” deyə xitab etmələri, ikitərəfli əlaqələri qardaşlıq münasibətləri kimi səciyyələndirmələri xüsusi diqqət çəkir. Bu, iki dövlət və xalq arasındakı yaxınlığın, səmimiyyətin necə yüksək səviyyədə olduğunun əyani təsdiqidir. Azərbaycan ilə İranı çoxəsrlik qonşuluq əlaqələri birləşdirir. Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi və Prezident İlham Əliyev tərəfindən yüksək qonaqpərvərliklə qarşılanması ona dəlalət edir ki, hər iki tərəf həm dövlətlər, həm də cəmiyyətər səviyyəsində qonşuluq münasibətlərinin bundan sonra da dərinləşməsində və daha da möhkəmlənməsində maraqlıdır.
Xudafərin dostluq körpüsüdür
Azərbaycan-İran münasibətləri regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər fonunda uğurla davam etdirilir. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki ölkənin rəhbərliyi regional əməkdaşlığı dəstəkləyir. Eyni zamanda Azərbaycan və İran rəhbərliyi 3+3 platformasının səmərəliliyinin artırılması ilə bağlı güclü siyasi iradə nümayiş etdirir. Xatırladaq ki, bəhs olunan format çərçivəsində Tehranda da görüş keçirilib. M.Pezeşkianın ölkəmizə səfəri çərçivəsində baş tutan tədbirlərdə liderlər bu mövqeyə sadiq olduqlarını bir daha vurğulayıblar. Yeri gəlmişkən, onu da qeyd edək ki, İranın 12 dövlətlə quru sərhədləri var. Ən etibarlı sərhəd isə Azərbaycanladır. Xatırladaq ki, 44 günlük müharibədən sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev sərhəd bölgəsində səfərdə olub və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırıb. Xudafərin adi bir körpü deyil. O, əbədi olaraq dostluq, qardaşlıq körpüsü kimi qalmalıdır.
Dostluğun, yaxın qonşuluğun əyani təsdiqi...
İki Prezident arasında baş tutmuş telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.
Son illərdə Azərbaycanla İranın birgə reallaşdırdıqları layihələr dostluğun, yaxın qonşuluğun əyani təsdiqidir. İndiyədək nəqliyyat sahəsində fəal əməkdaşlıq formalaşıb. Hər iki ölkə Şimal-Cənub Dəhlizində öz səylərini birləşdirib. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. O cümlədən indiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir. Hazırda, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir seqmentidir.
Bənzərsiz su diplomatiyası
Azərbaycan və İran qonşu dövlətlər olaraq Araz çayı vasitəsilə bənzərsiz su diplomatiyası həyata keçirirlər. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.
Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək. Yaxın vaxtlarda Azərbaycanın İrandakı səfirliyinin açılması da gözlənilir. Artıq səfirliyimizə hücum edən şəxs cəzalandırılıb. İyuldan səfirliyimiz yeni binada fəaliyyət göstərəcək. Yerin tapılması, uyğunlaşdırma işləri vaxt tələb edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

