Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
02.07.2025 [18:14]
İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını (“Yol xəritəsi”)” Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abduraxmonov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”i Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası ilə bağlı 2025-2027-ci illər üzrə Tədbirlər Planı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayət fəaliyyəti ilə əlaqəli mobil cihazlar üzrə məlumat mübadiləsinin təşkili haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi”ni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
Qeyd edək ki, səfər çərçivəsində, həmçinin “Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Qəbələ şəhəri ilə Nəvai şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin “İMKON” reabilitasiya mərkəzli dövlət çoxsahəli ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında “International Inclusive Hub” Beynəlxalq inklüziv peşə baza təhsili mərkəzi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

