2024-cü ilin sonunadək
21.05.2024 [11:00]
Şuşaya...“Böyük Qayıdış” sürətlə davam edir
İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbədən sonra dövlətimizin qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasını və keçmiş məcburi köçkünləri doğma yurdlarına qayıdışının təmin edilməsidir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan dövləti tikinti meydanında də yüksək ruhla işlər həyata keçirir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Dövlətimiz tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrasturukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bir zamanlar dədə-baba yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımız indi doğma torpaqlarına ləyaqət və böyük fəxrlər qayıdırlar.
Hansı ərazilərə köç baş tutub?
İndiyə qədər beş yaşayış məntəqəsinə - Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi, Laçın şəhəri və rayonun Zabux kəndi, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsi yekunlaşıb.
Bu ilin sonunadək Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı, Şuşa şəhərlərinə təxminən 20 min nəfərin qayıdacağı planlaşdırılır. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə qayıdış isə 2025-ci ildə nəzərdə tutulur.
Bundan başqa, hazırda yüzdən çox şəhər və kəndin baş planı təsdiqlənib, bir çox şəhər və kənddə inşaat işləri aparılır, rəsmi məlumatlarda bildirilir.
Türk və İslam dünyası üçün əziz şəhər...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili Elman Məmmədov bildirib ki, 2024-cu ilin may ayı xalqımız üçün əlamətdar tarixlərdən biridir. Çünki məhz bu ayda “Qarabağın döyünən ürəyi” adlanan Şuşa şəhərinə yüzə yaxın ailə köçürüldü: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin 10 may 2024-cü il tarixində Şuşa şəhərinə növbəti tarixi səfəri baş tutdu. 32 ildən sonra Qarabağa həyat qayıdır və bu tarix Şuşanın yeni tarixinin başlanğıcıdır. Şuşa şəhəri ilə bərabər Qarabağın bütün bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri bu gün yüksək səviyyədə davam edir. 10 may tarixini Şuşa sakinləri üçün xüsusi və əlamətdar gün hesab etmək olar. Uzun illər ata-baba yurdlarından didərgin düşmüş sakinlər artıq ölkə başçısının uğurlu siyasəti nəticəsində öz torpaqlarında məskunlaşırlar.
Şuşa bütün azərbaycanlıların qürur mənbəyi, mədəniyyət paytaxtıdır. Şuşa həm də türk və İslam dünyası üçün əziz şəhərdir. Ona görə də Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi xalqımızın ləyaqətinin özünə qaytarılması və müharibədə zəfərimizin təntənəsi idi. Şuşanı işğaldan azad edən mərd oğullarımız dünya hərb tarixinə yazılan böyük igidlik göstəriblər. Ümumiyyətlə, Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurun azad edilməsində xalqımızın sarsılmaz ruhunu və əzəmətini nümayiş etdirib”.
Qarabağ dünyanın ən gözəl məkanına çevrilir
Deputatın sözlərinə görə, son 20 ildə vətənpərvər ruhda böyüyən və formalaşan oğullarımız olmasaydı, bu qələbəni qazanmaq mümkünsüz olardı: “Məhz bu qələbənin təməli onların qəhrəmanlığı, igidliyi və şücaəti sayəsində oldu. Bu gün bütün dünyada bizim qəhrəmanlarımızın göstərdiyi şücaət, cəsarət və vətənpərvərlik ruhundan danışılır. Bu da dövlət və millət olaraq hər birimiz üçün qürur, fəxr, sevinc mənbəyimizdir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı rəşadətli, müzəffər ordumuz xüsusi qəhrəmanlıq göstərmişdi. Şuşa şəhəri öz əvvəlki tarixi memarlıq görkəmini saxlamaqla bərabər ən müasir formada yenidən qurulur. Şuşada yeni yaşayış kompleksləri inşa edilir, ermənilərin təhqir etdiyi məscidlərimiz bərpa edilərək təmir olunur. Doğma ata-baba yurdlarına qayıdan Şuşa sakinlərinin məşğulluq məsələləridə öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir bu da dünyada Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının bariz nümunəsidir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” “ istiqaməti üzrə hazırlanmışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

