Azərbaycançılıq!
17.08.2024 [10:45]
Milli ahəngdarlığımızı təmin edən ideologiya
Yeganə BAYRAMOVA
İdeologiya bir xalqın adət-ənənəsini, həyat tərzini və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. Bir sözlə, bu sistem hər bir xalqın həyatında oynadığı əhəmiyyətli və vacib rolla onun milli-mənəvi dirçəlişinə, siyasi varlığını isbatlamağa və dövlətçiliyini möhkəmləndirməyə şərait yaradır.
Tarixi təcrübə də göstərir ki, cəmiyyətdə müəyyən inkişaf vektorlarını müəyyənləşdirən ideologiya olmadıqda dövlətin siyasi, iqtisadi və sosial siyasətində boşluqlar yaranır. Bu isə öz növbəsində cəmiyyət daxilində birbirinə zidd, ənənəvi sosial-mənəvi dəyərlərlə vəhdət təşkil etməyən yad ideyaların yaranmasına gətirib çıxarır.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən BDU-nun tarix fakültəsinin müəllimi, tarix elmləri doktoru Nuru Məmmədov bildirib ki, xalqımızın kimliyini, mənsubiyyətini özündə ehtiva edən azərbaycançılıq ideologiyası hər şeydən əvvəl ölkəmizdə milli ahəngdarlığı təmin edir: “Xalqımızı mənəvi olaraq dirçəldən, soydaşlarımızın kreativ potensialını reallaşdıran, kütləvi şüuru uğurlu dövlət quruculuğunun başlıca amilinə çevirən ideoloji sistem 1993-cü ildə Heydər Əliyevin siyasətində öz əksini tapdı. Bununla da, cəmiyyəti vahid ideya və məqsəd ətrafında birləşdirən milli idelogiyamız-azərbaycançılıq ideologiyası yarandı. Bununla da, azərbaycançılıq ideologiyası şovinizm əvəzinə cəmiyyətə vətənpərvərlik gətirməklə, etnoeqoizmi məhv etdi və Azərbaycanda kütləvi şüurun transformasiyası üçün məqbul olan ilkin amili formalaşdırdı. Bu məqamda Heydər Əliyevin 2001 -ci il noyabr ayının 9-da Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi fikirləri qeyd etmək yerinə düşər: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur duymalıdır və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyevin bu fikirləri azərbaycançılığın cəmiyyətimizin bu günü və gələcəyinin müasir ideoloji qavrayışı ilə üst-üstə düşdüyünü nümayiş etdirdi. Bu mənada, azərbaycançılıq ideologiyası azərbaycanlılarda kosmopolit və xəyal düşüncələrini sıxışdıraraq, konkret rasional ideyalar formalaşdırdı. Artıq dövlətin maraqları həm də cəmiyyəti düşündürür və xalq firavan həyat naminə ölkənin gələcəyi üçün hakimiyyətlə sıx işləyir”.
Tarixçi qeyd edib ki, bu gün də azərbaycançılıq ideologiyası cəmiyyətdə perspektiv inkişaf vektorları haqqında düşünmək və ümumi mənafe naminə birgə hərəkətetmə vərdişləri yaradıb: “Beləliklə də, aydın olur ki, azərbaycançılıq ideologiyası xalqımızın kütləvi siyasi şüur, kütləvi siyasi mədəniyyət və kütləvi siyasi davranış kimi sosial-tarixi və siyasi faktorlara sahib olmasını şərtləndirdi, həmçinin uğurlu transformasiya prosesinə təkan verdi.
Bununla da, azərbaycançılıq ideologiyası Azərbaycan xalqının siyasi-ictimai və sosial bütövlüyündə mühüm faktor kimi çıxış edir. Onun həm Azərbaycanda, həm də ölkənin sərhədlərindən kənarda təbliği, təşviqi kompleks və sistemli şəkildə həyata keçirilməlidir.
Vətən təəssübünü, qeyrətini və vətəndaş həmrəyliyini hər şeydən, bütün hisslərdən uca tutmağı təlqin edən və insanları buna inandırmağı bacaran ideologiya olmalıdır. Bir sözlə, ideologiya Azərbaycan reallığının özünü əks etdirməli, yəni Azərbaycanın özü olmalıdır. Məhz Ulu Öndər əvvəlki lokal yanaşmalardan fərqli olaraq, regional və qlobal mövqedən çıxış edərək müxtəlifmillətli, müxtəlifdinli, müxtəlifdilli və müxtəlifəqidəli insanların yaşadığı Azərbaycan reallığının özündən irəli gələn azərbaycançılıq ideologiyası ilə cəmiyyətdə yaranan boşluğu aradan qaldırmağa nail oldu. Azərbaycançılıq - hansı dini cərəyana, milli mədəniyyətə və milli tarixə mənsub olmalarından asılı olmayaraq, Azərbaycan sakinlərinin əksəriyyətinə xas ən ümumi cəhətlərin sintezidir. Bu ideyanın parametrlərini Heydər Əliyev kompakt şəkildə ifadə etmişdi: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas ideya olub”. Deməli, müxtəlif ənənələr cəmiyyətdə təcrid olunmuş qaydada deyil, bir-biri ilə həmahəng formada təzahür edir. Bu ideologiya insanın özünə, daxili aləminə, imkanlarına və əməllərinə əsaslanmaqla milli mədəniyyət və meyillərin, dini və iqtisadi münasibətlərin, müxtəlif siyasi-iqtisadi formasiyalarda cəmiyyətin inkişafının spektrlərini özündə saxlayır. Bu ideologiyanın həyat qabiliyyətli olmasının əsas səbəbi Azərbaycan ənənələrinin geniş tarixinə əsaslanması və baş verən dəyişikliklərə dərhal münasibət bildirməklə çevik adaptasiya olunmasıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

