Regionlarda yeni meyvə bağlarının salınması davam edir
22.04.2020 [10:00]
Yerli təsərrüfatçılar yeni bağların salınması ilə yanaşı, yüksək məhsulvermə qabiliyyəti olan toxum və tinglərdən də istifadə edirlər
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı digər sahələr kimi, kənd təsərrüfatının da yüksək inkişafını təmin edib. Belə ki, 2004-cü ildən uğurla icra olunan və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramları aqrar sektorun bir sıra istiqamətləri üzrə yüksək göstəricilərin əldə olunmasına yol açıb. Bu mənada, kənd təsərrüfatının əsas gəlirli sahələrindən sayılan meyvəçiliyin inkişafı məqsədilə də mühüm addımlar atılıb.
Qeyd etmək yerinə düşər ki, son illərdə ixrac məhsulları arasında meyvəçiliyin göstəricilərinin yüksəlməsi bölgələrdə bu sahəyə olan marağın artdığını deməyə əsas verir. Bu baxımdan, meyvə bağları ildən-ilə artırılır, yeni, innovativ aqrotexniki qulluq vasitələrindən istifadə edilir. Artıq yerli təsərrüfatçılar yeni bağların salınması ilə yanaşı yüksək məhsulvermə qabiliyyəti olan toxum və tinglərdən də istifadə edirlər. Digər tərəfdən, yeni innovativ vasitələrə əsaslanan yerli fermerlər bir sıra bölgələrimizdə həmin region üçün ənənəvi sayılmayan meyvə bağları salır, ildən-ilə bu bağların sahələrini genişləndirirlər. Məsələn, verilən məlumata əsasən, Ağsu rayonunda da son illər meyvə bağlarının sahəsi genişlənir. Dağlıq, dağətəyi və düzən yerlərin təbii şəraitinə uyğun olaraq bölgədə fındıq, gilas, badam, xurma, şaftalı bağlarının salınmasına daha çox üstünlük verilir. Rayonda son bir ildə 126 hektarda yeni bağlar salınıb və beləliklə, bağların ümumi sahəsi 3280 hektara çatıb. Təkcə ötən il Ərəbmehdibəy inzibati ərazi dairəsində intensiv üsulla 21,2 hektarda gilas bağı salınıb. Habelə, Padar kəndində 5,5 hektarda, Kalvada 2 hektarda fındıq, Növcü, Padar və Qaraqoyunlu ərazilərində 60,5 hektarda badam tingi əkilib. Qeyd edək ki, rayonda meyvə bağlarının ərazisi genişləndikcə, məhsulun istehsalı da artır. Təkcə 2019-cu ildə rayonda 12 min 105 ton meyvə istehsal olunub ki, bu da əvvəlki ildəkindən 463 ton çoxdur.
İsmayıllı rayonunda da meyvəçilik kənd təsərrüfatının ənənəvi sahələrindən sayılır. Təsadüfi deyil ki, bu rayonda da bağların sahəsi ildən-ilə artır və təkcə son bir ildə bölgədə bu artım 165 hektara çatıb. Qeyd edilməlidir ki, İsmayıllının təbii iqlim şəraiti bir çox meyvə, xüsusilə alma, armud, qoz, fındıq, badam ağaclarının yetişdirilməsi və bol məhsul götürülməsi üçün əlverişlidir. Hazırda bölgədə 3711,6 hektar meyvə və giləmeyvə bağları vardır ki, bundan 287,9 hektarı intensiv giləmeyvə sahələridir. Təkcə son bir ildə Gəraybəyli kəndi ərazisində 28 hektarda, Qubaxəlillidə 7 hektarda badam, Kəlbənd kəndində 30 hektarda alma, Topçu kəndində 100 hektarda qoz, badam və digər ağaclar əkilib. Qeyd edək ki, bağların sahəsi genişləndikcə məhsul istehsalı da ildən-ilə artır. Təkcə ötən il bar verən 890 hektar meyvə bağından 9194 ton məhsul yığılıb ki, bu da əvvəlki ildəki göstəricidən 86 ton çoxdur.
Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi Təcrübə Bazasında isə 1,7 hektar ərazidə yeni növ ərik bağı salınıb. Ərik bağında Türkiyədən gətirilən "Orange ruby" ərik sortu becəriləcək. Yeni ərik sortunun məhsuldarlığı yüksəkdir və yerli şəraitə tez uyğunlaşır. Bağ sahəsində 5x4 və 4x2.5 sxemlərində 630 ədəd ting əkilib. Təsərrüfatda ağacların suvarılmasını həyata keçirmək üçün damcı suvarma üsulu tətbiq olunacaq. Bu da tinglərin lazım olan qədər su, həm də dərman və gübrələrlə təmin olunmasını asanlaşdıracaq.
Xaçmaz rayonunda isə 850 hektar sahədə yeni fındıq bağları salınıb. Bu barədə verilən məlumatda deyilir ki, hazırda rayondakı fındıq bağlarının ümumi sahəsi 9 min 703 hektar təşkil edir. İxrac qabiliyyəti yüksək olan və ölkəyə valyuta gətirən bu məhsula tələbatın çox olması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Qeyd edək ki, fındıq bağının az zəhmət tələb etməsi və məhsulun satış qiymətinin münasib olması isə fermerləri həvəsləndirən digər amillərdən sayılır. Rayondakı fındıq bağlarının 4 min 764 hektarı barverəndir. Ötən il təsərrüfatçılar fındıq bağlarından 6 min 627 ton məhsul yığıblar. Orta məhsuldarlıq hər hektara görə 14 sentner təşkil edib. Təsərrüfatçılar özləri də bildirirlər ki, son illər fındıqçılığa maraq xeyli artıb. Torpaq sahibləri əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdısa, indi daha çox fındıq bağlarına üstünlük verirlər. Məsələn, yarım hektara yaxın ərazidə fındıq bağı olan Mübariz Bəşirov KİV-ə açıqlamasında bildirib ki, ötən il məhsul bol, qiymətlər isə münasib olduğundan təsərrüfatçılar gəlir əldə edə biliblər. Rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar. Hazırda fındıq bağlarında suvarmaya hazırlıq və su arxlarının təmizlənməsi işləri görülür. Vurğulayaq ki, Xaçmazda fındıq bağlarında məhsul toplanmasına iyul ayında başlanılır və yığım avqustun sonunadək davam edir.
Yeni meyvə bağlarının salınması digər regionlarımızda olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da aktualdır. Muxtar Respublikada aparılan yaşıllaşdırma tədbirləri çərçivəsində Əshabi-Kəhf yolunun ətrafında və Naxçıvançayın sahilində yeni meyvə bağları salınıb. Yeni bağlarda 2 min müxtəlif meyvə tingi əkilib. Əkilən tinglər yerli şəraitə uyğun məhsuldar toxum sortlarından əldə olunub. Qeyd edək ki, bu il Muxtar Respublika ərazisində 262 hektar sahədə yeni meyvə bağları salınıb, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib. Aparılan yaşıllaşdırma tədbirlərində 109 mindən çox meyvə tingi, həmişəyaşıl ağac, bəzək və gül kolları əkilib.
Yeri gəlmişkən, muxtar respublikanın Şərur rayonunda növbəti ağacəkmə kampaniyası çərçivəsində Qarxun, Yuxarı Daşarx kəndlərində, Kürkənddə və digər yaşayış məntəqələrində 10 hektara yaxın yeni meyvə bağları salınıb. Kürkənddəki 1 hektarlıq meyvə bağına 400 nektarın ağacı əkilib. Yuxarı Daşarx kəndi ərazisində 1,6 hektara 630, Qarxun kəndinə 0,4 hektara meyvə tingi əkilib, Aşağı Daşarx kəndində ötən il salınmış "Gənclər bağı"nda bərpa məqsədi ilə 80 tingdən istifadə olunub. Şərur şəhərinin parklarına və yol kənarlarına yaşıllaşdırma məqsədilə xeyli meyvə və bəzək tingləri, dibçəklərdə yetişdirilmiş əlvan çiçək, həmişəbahar və qızılgül kolları əkilib.
Şərur rayonu ilə yanaşı, Sədərək rayonunda da yeni meyvə bağlarının salınması davam etdirilməkdədir. Belə ki, Sədərək rayonunda "Dəhnə" adlanan ərazidə 2 hektar sahədə yeni üzüm tingləri əkilib. Yeni salınan bağda xüsusən xəlili, hüseyni, ağ, qırmızı, sarı və qara kişmişi kimi üzüm növləri əkilib. Son dövrlər Sədərək rayonunda üzümçülük ənənələrini bərpa etmək məqsədilə uğurlu addımlar atılıb. Rayonda süfrə üzümünün əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalı dəstəklənib. Yeni üzüm bağlarının salınması, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin gəlirlərini daha da artıracaq.
Muxtar respublikanın meyvəçilik üçün əlverişli ərazilərindən sayılan Şahbuz rayonunda da yeni üzüm bağı salınıb. Şahbuz rayonunun Sələsüz kəndində salınan yeni üzüm bağının ərazisi 2 hektarı əhatə edir. Kənd ərazisindəki yamaclarda salınan bağda əkin aparılmazdan əvvəl aqrotexniki tədbirlər görülüb. Ərazi təmizlənərək yararlı hala gətirilib. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili və qara şanıdan istifadə olunub. Əkində üzvi gübrələrdən də istifadə edilərək, əraziyə 3 minə yaxın üzüm tənəyi basdırılıb. Qeyd edək ki, son dövrlərdə Şahbuz rayonunun ərazisində 12 hektara yaxın sahədə yeni üzüm bağı salınıb. Həmin bağlarda da aqrotexniki tədbirlər aparılıb, quruyan tənəklərin yerinə yeniləri əkilib.
Mütəxəssislərin bildirdiyinə görə, yeni meyvə bağlarının salınması məhsuldarlığın artırılmasında mühüm əhəmiyyət kəsb etsə də, həmin meyvə bağlarına, bağlardakı ağaclara və kollara yüksək aqrotexniki qulluq göstərilməsi də vacib şərtlərdən sayılır. Bu mənada, regionlarda yeni meyvə bağlarının salınması ilə yanaşı, həmin bağlara qulluq göstərilməsi məsələsi də diqqət mərkəzində saxlanılır. Məsələn, Xaçmaz rayonundan olan təsərrüfatçılar saldıqları şaftalı bağlarında məhsuldarlığın hava şəraiti və aqrotexniki qulluqdan asılı olduğunu bildiriblər. Bu baxımdan, təsərrüfat sahibləri şaftalı bağlarında növbəti dərmanlama və ilkin suvarma prosesini həyata keçirirlər. Vurğulayaq ki, Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tonadək şaftalı toplanır. Hazırda çiçəkləmə mərhələsində olan şaftalı bağlarında cərgəarası su arxlarının təmizlənməsi işləri həyata keçirilir. Rayonda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 800 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Nərəcan kəndi ilə yanaşı, Çinartala, Uzunoba, Çiləgir, Alekseyevka kəndlərində də şaftalı bağları üstünlük təşkil edir. Çiləgir kəndindən olan təsərrüfatçı Orxan Yusifov bildirib ki, artıq bağlarda ilkin dərmanlama və gübrələnmə işləri yekunlaşıb. Onun sözlərinə görə, iyun ayında dəriləcək məhsulun keyfiyyətli olması üçün bağlara bir neçə dəfə dərman səpilir. Bağlarda daha məhsuldar və tələbat çox olan şaftalı növləri artırılır və hər il bol məhsul əldə edilir. Təsərrüfatçı qeyd edib ki, bağlarda şaftalının əsasən "Fədai" və "Zalatoy" növləri becərilir və meyvələr əsasən yerli və Rusiya bazarlarında satılır.
İsmayıllı rayonunun üzüm bağlarında da yazlıq becərmə işləri aparılır. Vurğulanmalıdır ki, bağlarda cərgə aralarının şumlanması yekunlaşıb. Hazırda plantasiyalarda quru bağlama işləri görülür ki, bu tədbir də başa çatmaq üzrədir. Təkcə quru bağlamada 150 nəfərdən çox işçi qüvvəsi çalışır. Zərərvericilərə qarşı mübarizə məqsədilə üzüm gövdələrinin əhənglənməsi də davam edir. Qeyd edək ki, üzümçülük rayonda aqrar sektorun ənənəvi sahələrindəndir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

