Regionlarda yol infrastrukturu daha da müasirləşdirilir
24.04.2020 [10:51]
Avtomobil yollarının yenidən qurulması işləri bölgələrin inkişafında vacib rol oynayır
Azərbaycanda regionların sosial-iqtisadi inkişafına xidmət edən layihələr uğurla və vaxtında icra olunur. Elə sosial sahənin mühüm elementi olan yol infrastrukturunun müasirləşdirilməsi, respublikanın bölgələrində yol təsərrüfatının yenidən qurulması da bunun əyani göstəricisidir. Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması mühüm yer tutur. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir. Bildirmək yerinə düşər ki, Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə magistral və kənd yollarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı çoxlu sayda tədbirlər nəzərdə tutulub.
Beləliklə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq yenidən qurulan yollar bölgələrin simasını dəyişməklə, rayon və şəhərlərin inkişafı üçün yeni imkanlar yaradır. Bu işlər 2020-ci ilin arxada qalan ayları ərzində də davam etdirilib. Belə ki, regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Yevlax rayonu əarzisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrindən götürən Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmiş, çiyinlər sıradan çıxmışdı. Bu üzdən sözügedən yolun əsaslı şəkildə yenidən qurulması yolboyu yaşayan vətəndaşların ürəyincə olub. Avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilib. Belə ki, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri istiqamətində addımlar atılıb. Yol yatağı hazır olandan sonra qum-çınqıl qarışığından ibarət əsasın alt və üst layının tikintisi işləri də görülüb. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə edilib. Ümumilikdə sözügedən torpaq işləri 80 min kvadratmetrdən çox ərazini əhatə edib, 32 min kvadratmetrədək sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də aparılıb. Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri həyata keçirilib. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə müxtəlif diametrli dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılıb. Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq, iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 santimetr qalınlığında asfaltlanıb. Bu işlər 50 min kvadratmetrdək ərazini əhatə edib. Tikinti işlərinin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, yol nişanı və göstəricilər, siqnal dirəkləri quraşdırılıb, yolun xətlənməsi işləri görülərək ərazi boyu yeni yol infrastrukturu yaradılıb. Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub, 3 yaşayış məntəqəsinin 6 mindən çox əhalisinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrinə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşıb. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Şəki rayonunda da 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur. Belə ki, Şəki rayonunda Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Rayonun Aşağı Kəldək-Aşağı Daşağıl-Aydınbulaq-Əliyar-Şirinbulaq-Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28,1 kilometrdir. Bunlar respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü kilometrindən ayrılan və 18 kilometr uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10,1 kilometr olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq. Çınqıl, qara örtük və torpaq əsasdan ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdı. Üstəlik, bir çox yerdə yolun səviyyəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Buna görə də torpaq yatağının relyefdən layihə səviyyəsinə qaldırılmasına ehtiyac yaranmışdı. Bundan başqa, yolun bəzi hissəsində torpaq yolun orta eni 4-5 metr təşkil edir. Yağıntı olduğu zaman yolda nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, dayanır. Sadalanan problemlərin tam olaraq aradan qaldırılması üçün yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyacı nəzərə alaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolboyu təxirəsalınmaz tədbirlərin icrasına başlayıb. Qeyd olunanlar nəzərə alınaraq yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən bərbası, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq genişləndirilməsi ilə yenidən inşası, eyni zamanda, atmosfer sularını yoldan kənarlaşdırmaq və kənardan yağış sularının yola daxil olmaması üçün avtoqreyderlə küvetlərin qazılması, yaşayış məntəqələri daxilində zəruri yerlərdə “U” şəkilli beton küvetlərin çəkilməsi işləri həyata keçirilir. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kadratmetrə yaxındır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yol əsasın alt layının qum-çınqıl, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla bərkidilməsi nəzərdə tutulur. Bundan sonra əlaqələndirici bitum səpilməklə 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 44 yol birləşməsinin təmiri işlərinə başlanılacaq. Bundan başqa, avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə 54 yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, 2 yerdə dördbucaqlı su keçidinin inşası də layihədə nazərdə tutulmuş işlərdəndir. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur. Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 3 mindən çox əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası, yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.
Ağdaş rayonunda isə cari ildə Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli marşrutu üzrə 36 kilomert uzunluğa malik bir neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qara və çınqıl örtüklü IV texniki dərəcəli Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir edilmədiyindən yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdı. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla bir müddətdir ki, yenidənqurma işləri başlayıb. Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılır. Hazırda yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılır. Yolboyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yolboyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri də görülür. Yolun 200 min kvadatmetrdən çox sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdüyündən, həmçinin borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından istismar üçün yararsız vəziyyətə düşüb. Buna görə də yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 321 yerdə müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır, başlıqları dəmir-betonla inşa edilir, həmçinin mövcud 6 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılır. Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yolboyu zəruri yol nişanı və məlumatverici lövhə, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində yolboyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

