Regionlarda tərəvəzçilik və kartofçuluğun inkişafında mühüm nailiyyətlər əldə olunur
07.05.2020 [10:54]
Fermerlər becərilən kartofu və tərəvəz məhsullarını həm daxili bazarlara çıxarmağa, həm də ölkə xaricinə ixrac etməyə başlayıblar
(əvvəli ötən sayımızda)
Adıçəkilən proqramın icrası çərçivəsində 2020-ci ildə muxtar respublikada kənd təsərrüfatının bütün sahələrində, eləcə də kartofçuluq sahəsində ixtisaslaşmış təsərrüfatların inkişafına diqqət artırılıb.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatları kənd təsərrüfatının əsas qolunu təşkil edir. Hazırda Naxçıvanda nümunəvi ailə təsərrüfatları mövcuddur. Onlardan biri də Culfa şəhər sakini Ümid Həsənlinin istixana təsərrüfatıdır. Hazırda təsərrüfatçı istixanada pomidor yetişdirir. Burada 1500-dən çox şitil əkilib becərilir. Ailə təsərrüfatçısı qeyd edib ki, istixanada əkilən məhsuldar pomidor sortları respublikanın digər bölgələrindən gətirilib və bir şitildən 4-5 kiloqram məhsul əldə etmək mümkündür. 20-25 gündən sonra istixanada ilk məhsul yığılacaq. O, gələcəkdə təsərrüfatını daha da genişləndirməyi planlaşdırdığını bildirib. İstixanada damcı üsulu ilə suvarma aparıldığını vurğulayan ailə təsərrüfatçısı qeyd edib ki, dörd ildir bu üsulla pomidor yetişdirməklə məşğuldur. Şitillərə yaxşı qulluq göstərildikdə hər il istixanadan 4 tona yaxın məhsul götürmək mümkündür. Əldə edilən məhsul rayon bazarı ilə yanaşı, muxtar respublikanın digər bazarlarına da çıxarılır.
Bərdə rayonunda payızlıq soğanın yığımı davam etdirilir
Aprel ayının ikinci yarısından Bərdə rayonundakı sahələrindən payızlıq soğanın yığımına başlanıb və məhsulların əsas hissəsi artıq ölkənin müxtəlif rayonlarına göndərilir. Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə, 1400 hektar sahədə payızlıq soğan əkilib ki, onun da 840 hektarı Bərdə rayonu ərazisindədir.
Bərdəli fermerlər əsasən payızlıq soğan becərirlər. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Son illərdə damcı suvarma üsulundan istifadə edilməsi nəticəsində məhsuldarlıq yüksəlib. Bu üsulla becərmə zamanı soğanın görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq hər hektara 10-15 ton yüksəlir.
Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq soğan yığımı davam etdirilir. “Məhsulun bazarlara daşınması təmin olunur. Alıcı sarıdan çətinlik yaşanmaması fermerlərin sevincinə səbəb olub. İşlərini xüsusi karantin rejiminin tələblərinə uyğun quran təsərrüfatçılar topladıqları məhsulu birbaşa sahələrdə satırlar. Bir kiloqram soğan sahədə 45-47 qəpiyə təklif olunur. Sahələrdən soğanın birbaşa bazarlara aparılması satış mərkəzlərindəki bahalaşmaya son qoyub. Payızlıq soğanı anbarlarda saxlamaq olmur. Odur ki, istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər daha çox mənfəət götürərlər”, - deyə V.Babayev bildirib. Xatırladaq ki, payızda əkilən soğanın yığımı aprel-may-iyun aylarında davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaq.
Onu da qeyd edək ki, fermerlərin becərdikləri məhsulların karantin rejimi dövründə bazarlara çıxarılmasında hər hansı bir məhdudiyyət yoxdur. Tələbat çox olduğundan məhsul sahələrdən birbaşa satış mərkəzlərinə daşınır. Təzə məhsulun bazarlara çıxışı bolluğa, bu isə öz növbəsində qiymətlərə təsirini göstərib. Belə ki, soğanın qiymətində 50 faiz ucuzlaşma qeydə alınıb.
Şəmkirdə istehsal olunan kartof və tərəvəz məhsulları həm respublika daxilinə, həm də xarici ölkələrə göndərilir
Ölkəmizin tərəvəz məhsulları ilə təminatında Şəmkir rayonunun böyük payı var. Burada əksər kəndlərdə, demək olar ki, istixana təsərrüfatları salınıb. Hər gün paytaxt Bakıya, eləcə də digər şəhər və rayonlara Şəmkirdən tərəvəz məhsulları daşınır. Eyni zamanda, Şəmkir rayonundan gündəlik olaraq xarici bazarlara müxtəlif tərəvəz məhsulları, o cümlədən pomidor göndərilir.
Fermer Elmir Hüseynov bildirib ki, istixanada çalışan işçilərin gündəlik iş yerlərinə gəlməsində çətinlik yoxdur. “Məhsuldarlıq da pis deyil. Əsas satışımız Rusiya bazarlarınadır. Satış zamanı bir problem yaşanmır. Alıcılar məhsulu gəlib birbaşa istixanadan götürürlər. Biz isə heç yerə getmirik və öz işimizlə məşğuluq. Yəni satışa vaxt sərf etmirik”, - deyə şəmkirli fermer qeyd edib.
Məhsulun satışına gəlincə, Şəmkir istixanalarında becərilən pomidora Rusiya bazarlarında geniş tələbat olduğundan bu ölkəyə ixrac edilir. Rayonun bir neçə tədarük məntəqəsinə toplanan tərəvəz yük maşınlarına yığılaraq göndərilir. Hər gün təxminən 400 tona yaxın, yəni 20-dək yük maşını yola salınır.
Qeyd edək ki, Şəmkirdə istixana şəraitində 950 hektar sahədə pomidor becərilib. Koronavirus pandemiyası bu tərəvəzin qiymətinə də təsirsiz ötüşməyib. Müqayisə üçün deyək ki, ötən il aprel-may aylarında bir kiloqramı 3-4 manata satılan pomidor, indi 1 manat 50 qəpiyə - 2 manata təklif edilir.
Onu da xatırladaq ki, Şəmkirli fermerlər istixana şəraitində becərdikləri kartofun yığımını da həyata keçirirlər. Əvvəlki illərdən fərqli olaraq bu il kartof yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Alıcı tələbatı isə kənd sakinlərinin ürəyincədir.
Sabirkənddən olan fermerlər məhsulu təbii üsulla, hər hansı istilik qurğusu və ya soba olmadan sadəcə örtük altında becəriblər. Rayonun əksər istixana təsərrüfatı da bu kəndin payına düşür. Yığdıqları məhsulun həm keyfiyyəti, həm də məhsuldarlığı fermerləri qane edir. “Biz örtükaltı kartofu noyabr ayında əkirik. Təbii formada yetişdiririk. Karantin rejimi tətbiq ediləndə hamımız düşünürdük ki, məhsullarımızı necə satacağıq, zay olub batmayacaq ki... Bu kimi çətinliklər artıq öz həllini tapıb. Hər hansı problem olmadan məhsulumuzu xaricə göndəririk. Dövlət tərəfindən aqrar sahədə istehsalın artırılmasına yönələn diqqət və qayğı fermerlərin ixrac imkanlarını da təmin edir. Sağ olsun, Prezidentimiz, bizlərə şərait yaradır, öz məhsulumuzu elə həyətimizdə xaricə satırıq. Alıcı məhsulu qapıdan nağd şəkildə 1 manat 30 qəpiyə alır, qablaşdırıb yük maşınlarına yığıb aparır”, - deyə fermer Sahib Xəlilov bildirir.
Kənd sakinləri istixana şəraitində 300 hektardan çox sahədə kartof yetişdiriblər. Hektardan təxminən 30-35 ton məhsul əldə olunur. Təsərrüfatçılar indi aylardır çəkdikləri zəhmətin bəhrəsini görürlər. Fermerlər yerli kartofun bir kiloqramını ilk günlər 2 manatdan satıblar. Hazırda isə qiymətlər bir qədər ucuzlaşıb. Ancaq mövcud satış qiyməti də təsərrüfat sahiblərini qane edir.
Sabirkəndin icra nümayəndəsi İdris Əbdülrəhimov isə deyir ki, karantin rejiminin tələblərini pozmadan kənd sakinləri sərbəst şəkildə təsərrüfat işləri ilə məşğuldurlar. “Kəndimizdə istehsal olunan kartofun hamısı xarici bazarlara göndərilir. Keçənilkinə baxanda, bu il məhsuldarlıq da yaxşıdır. Torpaq sahibləri hər hektardan 30-35 sentner məhsul əldə edirlər”, – deyə İ.Əbdülrəhimov əlavə edib.
Artıq kənddə becərilən kartofun 50 faizı yığılıb. Yığılan məhsullar satış üçün xüsusi şəkildə qablaşdırılaraq Rusiya və Ukraynaya yola salınıb. Əlverişli şərait və müştəri bolluğu istixana sahələrinin genişləndirilməsi üçün fermerlərdə maraq yaradır.
Qeyd edək ki, istixana şəraitində kartofun becərilməsi əlavə xərc tələb etmir. Çünki polietilen örtüyün altında ərsəyə gələn məhsulun yetişməsində istilik üçün yanacaqdan istifadəyə ehtiyac qalmır.
Cəlilabadda örtük altında becərilən kartofun kütləvi yığımına start verilib
Artıq bir həftədir ki, ölkəmizin cənub bölgəsində istixana şəraitində yetişdirilən kartofun yığımına başlanıb. Cənub bölgəsinin ən böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda sahələrdən yığılan faraş məhsul yerli bazarlara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac edilir. Lakin builki mövsümdə kartof məhsulunun daşınma xərcləri xeyli bahalaşıb. Bu, birbaşa məhsulun maya dəyərinə çəkilən xərcləri artırır. Əvvəllər hər hansı bir avtomobil kartof məhsulunu xaricə ölkəyə 1700 ABŞ dollarına daşıyırdısa, hazırda bu rəqəm 2700 dollara qalxıb. Əcnəbi sürücülər bunu məhsulun xarici bazarlardakı qiymətindən asılı olması ilə əlaqələndirirlər.
Rayonda açıq sahələrdə əkilmiş kartofun kütləvi yığımına hələ başlanmayıb. Fermerlərin qənaətinə görə, mövcud qiymətlər stabil olarsa, bu, açıq sahələr üçün gəlirli sayılır.
Qeyd edək ki, təkcə Cəlilabad rayonunda bu mövsüm 5490 hektar sahədə kartof əkilib. Ölkəmizdə kartof yığmınına başlanması xaricdən idxal aslılığını da xeyli azaldıb.
Onu da xatırladaq ki, Cəlilabadda qış fəslində örtük altında becərilən kartofun kütləvi yığımına start verilib. Qısa vaxtda 2500 tona yaxın yerli məhsul Rusiya bazarlarına göndərilib.
Bu il Cəlilabadda yazlıq məhsul üçün 5300 hektara yaxın sahədə kartof əkilib. Bunun 500 hektara yaxını örtük altında becərilən kartof sahələridir. Hazırda hər hektardan 14-15 ton kartof götürən fermerlər məhsuldarlıqdan razıdırlar. Torpaq-iqlim uyğunluğu nəzərə alınaraq, əkin zamanı bol məhsul verən və bazarda yaxşı qiymətə satılan “Udaçi” və “Kembirov” sortlarına üstünlük verilib.
Təcrübəli fermer Xanlar Mirzəyevin sözlərinə görə, bu il daxili bazarla yanaşı, xarici tələbatı ödəmək üçün də bol məhsul var: “Örtük altında əkilən kartofumuz artıq yetişib, xarici bazara ixraca da başlamışıq. Məhsuldarlıq da yüksəkdir. İşçilərimiz karantin rejiminin qaydalarına uyğun fəaliyyət göstərirlər. Hər bir işçi tibbi maska və dezinfeksiyaedici məhlulla təmin olunub”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il fermerlərin istehsal etdiyi məhsulun 70 faizə yaxını Rusiya bazarlarına göndərilib və 20 milyon manatdan çox xalis gəlir əldə olunub. Hazırda mövcud karantin rejiminə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı prosesində hər hansı problem yoxdur. Fermerlər öz sahələrində müvafiq işləri ilə məşğul olur və heç bir çətinliklə üzləşmirlər.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

