/ / Tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə görülən tədbirlər fermerlərin bu sahəyə marağını artırıb
Tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə görülən tədbirlər fermerlərin bu sahəyə marağını artırıb
08.05.2020 [10:41]
Regionların tütünçülük təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə start verilib
Son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində aqrar sektorun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişafı istiqamətində də mühüm addımlar atılır. Ona görə ki, Azərbaycanın bir çox rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və geniş potensial mövcuddur.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etməkdir. Bu məqamda vurğulamaq yerinə düşər ki, cari ilin fevral ayının 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev tütün məmulatları istehsalını artırmaq və emal müəssisələri yaratmaq sahəsində görülən işlərə toxunub: “...Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür”.
Beləliklə, ixrac potensialı yüksək olan tütünçülük sahəsi dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yenidən inkişaf edir. Yuxarıda qeyd edildiyi kimi, son illərdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə görülən tədbirlər fermerlərin də bu sahəyə marağını artırıb.
Yeri gəlmişkən, Tovuz rayonu üçün ənənəvi sahə olan və gəlir gətirən tütünçülüyün son illərdə yenidən dirçəldilməsi fermerləri daha səmərəli üsulları tətbiq etməyə həvəsləndirir. Tovuzlu tütünçülər təklif edirlər ki, yaş tütün yarpağı yerlərdə təhvil götürülərsə, onda hər hektarın məhsuldarlığı daha da yüksələr və bu sahənin rentabelliyi arta bilər. Həmin təşəbbüs nəzərə alınaraq, kənd təsərrüfatı istehsalçılarına kömək məqsədilə rayonda tütün qurutma məntəqəsi yaradılacaq. Hazırda “Tovuz Agro Sənaye” MMC nəzdində tütün qurutma məntəqəsinin tikintisinə başlanılıb.
Tütünçülükdə sağlam və standart şitil yetişdirilməsinin böyük əhəmiyyəti var. Rayonun Qovlar şəhərində, Xatınlı, Aşağı Mülkülü, Aşağı Öysüzlü kəndlərindəki istixanalarda bu sahədə yaxşı nəticələr əldə olunub və bu yerlərə uyğunlaşmış “Virciniya” sortlu tütün şitili yetişdirilib. Bu il rayonda 50-60 hektar sahədə tütün plantasiyası salınması nəzərdə tutulub. Hazırda tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Fermerlərin özlərinin yetişdirdikləri şitillərlə yanaşı, “Oğuz Aqro İndustry” MMC əlavə olaraq tütünçüləri daha məhsuldar tütün şitilləri ilə təmin edir.
Fermerlər xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə yaz-tarla işlərini aqrotexniki qaydada və vaxtında həyata keçirirlər. Hazırda tütün sahələrində qızğın iş gedir. Basdırılan şitillər suvarılır və onlara aqrotexniki qaydada qulluq göstərilir.
Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 500 hektaradək sahədə tütün əkini proqnozlaşdırılır. Bir neçə gündür ki, fermer təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər Şotavar, Qarabaldır və Tasmalı kəndlərinin ərazilərindəki təsərrüfatlarda 30 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün ASK” MMC tərəfindən 41 fermerlə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, həmin fermerlər 306 hektar sahədə “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Bundan əlavə, builki mövsümdə torpaq mülkiyyətçiləri tərəfindən fərdi qaydada 189 hektar sahədə tütün əkilməsi də nəzərdə tutulur.
Bu il Qəbələ rayonunun təsərrüfatlarında 35 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Məhsul istehsalçıları indiyədək 15 hektar sahədə tütün əkiblər. Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov bildirib ki, cari ildə rayonda “Oğuz Aqro İndustry” MMC tərəfindən 15 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 20 hektarda yerli tütün sortları yetişdiriləcək.
Zaqatala rayonunun təsərrüfatlarında da istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk olaraq fermerlər Akif Kələşov və Vaqif Şabanova məxsus təsərrüfatda tütün əkininə start verilib. Maqov kəndi ərazisində yerləşən bu təsərrüfatda mövsümün ilk günündə 2 hektaradək sahəyə tütün şitili köçürülüb. Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov bildirib ki, cari ildə Zaqatalada tütün əkini sahələrinin keçən ilə nisbətən 74,8 hektar artırılaraq, 700 hektara çatdırılması nəzərdə tutulur. Əkin sahələrinin 400 hektarına “Virciniya botaniki”, 15 hektarına “Berley”, 285 hektarına isə digər növ tütün sortları əkiləcək. Sektor müdirinin sözlərinə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunsa da, fermerlərə təsərrüfat işləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılıb və onlar fəaliyyətlərini müvafiq qaydalar çərçivəsində, sərbəst şəkildə, heç bir problem olmadan davam etdirə bilirlər.
Bunlarla yanaşı, Şəki rayonunun təsərrüfatlarında da istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Cari mövsümdə rayonda 1065 hektarda tütün əkilməsi nəzərdə tutulur. İlk günlər rayonun Suçma, Cumakənd, Şorsu, Baş Göynük və Aşağı Göynük kəndlərinin ərazilərindəki təsərrüfatlarda 50 hektaradək sahəyə tütün şitili köçürülüb. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib ki, proqnoza əsasən, builki mövsümdə şəkili fermerlər 562 hektarda “Virciniya botaniki” növlü, 503 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər. Tütünün əkini, becərilməsi və yığılması işlərinə 2 min 200-dən çox kənd sakini cəlb olunub. Ötən il tütünçülüklə məşğul olan 189 fermerə istehsal etdikləri 2 min 247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 112 min 347 manat məbləğində subsidiya ödənilib.
Bu il Balakən rayonunun təsərrüfatlarında 420 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Balakənli fermerlər cari ildə 356,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 60,5 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 102 hektar sahəyə tütün şitilləri köçürüblər. Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirovun sözlərinə görə, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, təsərrüfatçılar insanların sağlamlığının qorunması məqsədilə hələlik sahələrə məhdud sayda işçi çıxarır, texnikadan istifadəyə üstünlük verirlər.
Naxçıvan Muxtar Respublikasında da tütün əkininə start verilib. Artıq istixana şəraitində yetişdirilən tütün şitilləri əraziyə köçürülür. Bundan öncə isə muxtar respublikanın Kəngərli rayonunun ərazisindəki istixanalarda 50-55 gün ərzində əkilən toxumlar şitil halına gətirilib. 2,6 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Mərkəzində şitil yetişdirmək üçün 2200 kvadratmetr sahəsi olan 5 istixana, 10 min kvadratmetrdən çox sahədə tütün qurutma yeri yaradılıb. istixanalarda tütün şitillərinə qulluq edilib, mütəmadi olaraq suvarılıb. Əkin zamanı yerli iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunub. Beləliklə, Kəngərli rayonunun Xıncab və Təzəkənd ərazisində 5 hektar sahədə “İzmir” və “Virciniya” sortundan olan tütün əkilib. Ərazinin relyefi nəzərə alınaraq, tütün əkilməsi üçün əvvəlcədən torpaq hazırlıq işləri görülüb. Əkin işləri mexaniki üsulla həyata keçirilir. 25 kənd sakini burada mövsümi işlə təmin olunub. Qeyd edək ki, “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən il muxtar respublikada 50 hektar sahədə tütün əkini aparılıb. Sahələrdən 96 ton quru tütün əldə olunub. Bu il də muxtar respublikada 50 hektar sahədə tütün əkinlərinin aparılması nəzərdə tutulub.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

