Regionlarda heyvandarlığın inkişafı istiqamətində mühüm addımlar atılır
09.05.2020 [12:48]
Bu sahəyə dövlət tərəfindən xüsusi diqqət göstərilməsi nəticəsində cari ilin ötən dövrü ərzində ət və ət məhsullarının istehsalının artımına nail olunub
Ölkəmizdə son 16 ildə aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektorda mühüm nailiyyətlər əldə olunub. Regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən müvafiq Dövlət proqramlarının uğurlu icrası kənd təəsrrüfatının inkişafına, həmçinin heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasına ciddi təsir göstərib. Vurğulamaq lazımdır ki, dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı bu sahənin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri də Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanmasıdır. "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair" Dövlət Proqramının əsas məqsədi ölkədə heyvandarlıq sahəsində yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır.
Bunun nəticəsidir ki, bu gün regionlarda heyvandarlığın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunur. Məsələn, Hacıqabul rayonunda heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Belə ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir, yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır. Hazırda heyvandarlıq təsərrüfatlarında 35 min 113 baş iribuynuzlu mal-qara, 130 min 11 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 311 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına güclü təsir göstərib. Cari ilin üç ayı ərzində rayonda 2 min 928,9 ton ət (diri çəkidə), 1191,9 ton süd istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 524,7, süddən isə 46,4 faiz çoxdur.
Bundan başqa, rayonda heyvandarlığın inkişafını daha da sürətləndirmək, mal-qara və qoyun-keçilərin baş sayını artırmaq məqsədilə ardıcıl işlər görülür ki, bu da öz növbəsində heyvandarlıq məhsullarının istehsalının artmasına təkan verir. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilərək artırılır, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 1144 baş inək və düyədən cari ilin üç ayı ərzində 546 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 177 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 54 min 600 manat subsidiya ödənilib. Rayonun Qarasu kəndində fəaliyyət göstərən fermer Qabil Əliyevin dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.
Bu ilin ilk rübündə Samux rayonunun təsərrüfatlarında isə 23185 baş iribuynuzlu mal-qara, 137459 baş qoyun və keçi qeydə alınıb. İribuynuzlu mal-qaranın 704 başı kənd təsərrüfatı müəssisələrində, 22481 başı əhali təsərrüfatlarında, qoyun və keçilərin 17150 başı kənd təsərrüfatı müəssisələrində, 120309 başı isə əhali təsərrüfatlarında olub. Bu ilin birinci rübündə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 3 ton artaraq 1505 ton, süd istehsalı 9 ton artaraq 8162 ton, yumurta istehsalı 52 min ədəd artaraq 2731 min ədəd olub. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 14487,8 min manat olub ki, bunun da 12740,5 min manatını və ya 87,9 faizini heyvandarlıq məhsulları təşkil edib.
Kürdəmir rayonunda da cari ilin ilk dörd ayında heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb. Aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda intensiv artım davam edir. İlin ilk dörd ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı isə 0,2 faiz artıb. Kənd təsərrüfatı müəssisələrində heyvandarlıq məhsullarının artım sürəti daha yüksək olub. Belə ki, heyvandarlıq məhsulları istehsalı ilə məşğul olan müəssisələrdə süd istehsalı 22,8 faiz, ət istehsalı isə 1,3 faiz çoxalıb.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində aqrar sektorda dinamik inkişaf qorunub saxlanılıb, daxili bazarda məhsul bolluğu yaradılıb. Muxtar respublikada yeni heyvandarlıq təsərrüfatlarının yaradılması və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əlverişli yem bazası, baytarlıq idarələrinin maddi-texniki bazasının gücləndirilməsi, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə subsidiyanın verilməsi və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafını sürətləndirib. Bunun nəticəsidir ki, 2020-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 26 milyon 806 min 500 manatlıq heyvandarlıq məhsulları istehsal edilib ki. Qeyd edək ki, 2020-ci ilin ilk rübündə diri çəkidə 6 min 330,5 ton ət, 13 min 60,7 ton süd, 27974,5 min ədəd yumurta istehsal olunub. Heyvandarlığın inkişafı istiqamətində cari ilin ilk rübündə 16 heyvandarlıq təsərrüfatının yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 12 heyvandarlıq təsərrüfatının yaradılması, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi hazırda davam etdirilir. Bu sahə ilə məşğul olan təsərrüfat subyektlərinə cari ilin ilk rübündə bank və kredit təşkilatları tərəfindən 3 milyon 152 min 600 manat kredit verilib.
Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb. Mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi hazırda davam etdirilir. 2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 2 min 543 baş inək, düyə və camış süni yolla mayalandırılıb, ötən ildə mayalandırılmış inək, düyə və camışlardan 3 min 246 baş sağlam bala alınıb. Həyata keçirilən dəstəkləyici tədbirlər iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının artımını təmin edib. Belə ki, 1 aprel 2020-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 123 min 51 baş, xırdabuynuzlu heyvanların sayı isə 767 min 814 baş olub ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəriciləri 16,3 və 19,6 faiz üstələyib.
Qeyd edilməlidir ki, heyvandarlığın inkişafında diqqət yetirilməli məsələlərdən biri də heyvanlara vaxtlı-vaxtında profilaktik peyvəndləmənin həyata keçirilməsidir. Bununla bağlı da mühüm addımlar atılmaqdadır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir. Artıq respublika ərazisində xüsusi təhlükəli xəstəliklərdən olan xırdabuynuzlu heyvanların xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən təsdiq olunan heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planına əsasən, Ucar rayonunda 13 baytar məntəqəsi tərəfindən 29 kənddə peyvəndləmə işləri aparılır. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, təkdırnaqlılarda qarayara, sahibli itlərdə quduzluq, ev quşlarında isə taun xəstəliklərinə qarşı peyvəndləmə uğurla davam etdirilir. İlin əvvəlindən 43700 baş iribuynuzlu, 38100 baş təkdırnaqlı heyvanda, 3237 baş sahibli itdə və 150 baş donuzda vaksinasiya işləri görülüb. Ev quşlarında da bu tədbir həyata keçirilib. Rayon ərazisində il ərzində 48000 baş iribuynuzlu, 58000 baş xırdabuynuzlu, 38100 baş təkdırnaqlı və 386000 baş ev quşlarında, 150 baş donuzda peyvəndləmə işlərinin görülməsi nəzərdə tutulub.
Xaçmaz rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanların infeksion nodulyar dermatiti, xırdabuynuzlu heyvanların qarayarası və quşların nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır. İlin əvvəlindən indiyə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 31474 baş iribuynuzlu, 30113 baş xırdabuynuzlu, 1818 baş təkdırnaqlı heyvanda və 200 baş donuzda qarayara, 19093 baş iribuynuzlu heyvanda dabaq, 8259 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 3423 baş itdə və 2100 baş vəhşi heyvanda oral yolla quduzluq, 150 baş donuzda taun, 1678 baş iribuynuzlu heyvanda (Şt-19) bruselyoz, 300000 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 100820 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri görülüb. Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya işləri, heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi həyata keçirilir. Cari ilin müvafiq dövründə Xaçmaz rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 47796 kvadratmetr ərazidə dezinfeksiya işləri görülüb. Eləcə də 9600 baş iribuynuzlu heyvanda ektoparazitlərə qarşı çimizdirilmə aparılıb.
Bütövlükdə, regionlarda heyvandarlığın inkişafı istiqamətində atılan addımlar öz nəticəsini verir. Belə ki, bu sahəyə xüsusi diqqət göstərilməsi nəticəsində cari ilin ötən dövrü ərzində ət və ət məhsullarının istehsalının artımına nail olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

