/ / Azərbaycanın regionlarında alternativ su mənbələrindən istifadə olunması diqqət mərkəzində saxlanılır
Azərbaycanın regionlarında alternativ su mənbələrindən istifadə olunması diqqət mərkəzində saxlanılır
07.08.2020 [08:38]
Bu günlərdə İmişlidə yerləşən antropogen göllərdən birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb
(əvvəli ötən sayımızda)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev bildirib ki, müəssisə 1976-cı ildə Sərsəng və Madagiz su anbarlarının istifadəyə verilməsindən sonra yaradılıb. Tərtərçay hidroqovşağına Madagiz su anbarı, uzunluğu 92,6 kilometr olan beton üzlüklü Sağ və Sol Sahil magistral kanalları, 77 kilometr uzunluğunda beton üzlüklü paylayıcı kanallar, onların üzərindəki hidrotexniki qurğular və hidrometrik postlar aiddir. Bu su anbarı və kanallar zamanında Azərbaycanın iqtisadi inkişafında, xalqın rifahının yaxşılaşmasında böyük rol oynamış, Qarabağın kənd təsərrüfatı sürətlə inkişaf etmişdi.Təəssüf ki, respublikamız üçün böyük həyati əhəmiyyətə malik olan Sərsəng və Madagiz su anbarları, Sağ və Sol Sahil magistral kanalları və beton üzlüklü paylayıcı kanallar 1992-ci ildən işğal altındadır. Tərtərçay Hidroqovşağının İstismarı İdarəsi hazırda təsərrüfatların suvarılmasını Yuxarı Çaylı kəndi ərazisində Tərtərçaydan qidalanan 3 torpaq məcralı kanal - Xanarxı, Təley, Xoruzlu kanalları vasitəsi ilə həyata keçirməklə Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının 36 min 300 hektar əkin sahəsinə xidmət edir.İdarə rəisi qeyd edib ki, ermənilər torpaqlarımıza və cəbhəyanı rayonların əhalisinə zərər vermək üçün Sərsəng və Madagiz su anbarlarının suyunu payızın sonu və qış aylarında buraxır, suya ehtiyac olan yaz-yay aylarında isə qarşısını kəsirlər.Nəticədə əkin sahələrinin suvarma suyu ilə təminatında çətinlik yaranır.Su torpaq məcralı kanallar vasitəsi ilə nəql edildiyinə görə itkinin miqdarı həddindən artıq çox olur. Su itkisinin qarşısını almaq məqsədilə idarə vaxtaşırı torpaq kanalların lildən, kol-kosdan və digər çöküntülərdən təmizlənməsi işlərini həyata keçirir. 2020-ci ilin altı ayında torpaq kanallarda 145 min kubmetr, kollektor və drenlərdə 22,4 min kubmetr lildən təmizləmə, həmçinin daşqın və selə qarşı 14,5 min kubmetr torpaq işləri görülüb. 4 ədəd hidrotexniki qurğu, 10 ədəd hidrometrik post, 1 ədəd inzibati bina cari təmir edilib. İdarə tərəfindən Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarındakı əkin sahələrinə 69 min 125 kubmetr suvarma suyu verilib.
Bundan başqa, son illərdə torpaq kanalların beton üzlüyə alınmasına da başlanılıb. Belə ki, uzunluğu 3750 metr olan R-7-1 kanalına beton üzlüyün çəkilməsi 2015-ci ildə başa çatdırılıb. Uzunluğu 5670 metr olan R-8-1 kanalının beton üzlüyə alınmasına isə 2016-cı ildən başlanılıb.Bu günədək kanalın 5300 metr hissəsinə, o cümlədən cari ildə 400 metr hissəsinə beton üzlük çəkilib. Suvarma zamanı su itkisinin qarşısının alınması məqsədilə rayon ərazisindəki Mollalar kanalına beton üzlüyün çəkilməsi başa çatdırılıb. Uzunluğu 6 kilometr olan kanalın əvvəlki illərdə 4 kilometr hissəsi, 2020-ci ildə isə 2 kilometr hissəsi betonla üzlənib. Suvarma kanalı vasitəsilə Düyərli, Sarıcalı, Mollalar, İsmayılbəyli, Qaynaq, Azad Qaraqoyunlu, Küçərli kəndlərində 3500 hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Masallıda su təminatının yaxşılaşdırılması məqsədilə yeni layihələr reallaşdırılır
Respublikanın əksər bölgələrində olduğu kimi, Masallıda da su təminatının yaxşılaşdırılması məqsədilə yeni layihələr reallaşdırılır. Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı, əkin sahələrinin suvarılması üçün su bəndlərinin yaradılması ilə əlaqədar verdiyi Sərəncama uyğun olaraq hazırda Masallıda da 37 su bəndinin yaradılması və əsaslı təmiri davam etdirilir.2018-ci ilin noyabr ayından indiyədək rayonda olan 30 sututarda tikinti və təmir işləri başa çatdırılıb.
Masallı rayonunda mövcud olan 25 min hektara yaxın əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9892 hektar torpaq sahəsi (40 faiz) suvarma suyu ilə təmin edilir. Sahələrin 4500 hektarı qapalı şəbəkələr, 5392 hektarı isə açıq torpaq kanalları vasitəsilə suvarılır.
Ölkə başçısının göstərişi ilə hazırlanan yeni layihədə Viləşçay su hövzəsinin həcmi 132 milyon kubmetrə çatdırılacaq. Su anbarının ikinci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20 min hektardan çox əkin sahələri suvarma suyu ilə təmin ediləcək. Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq.
Qeyd edək ki, 1986-cı ildən istifadəyə verilən, ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsilə hazırda 10 min hektara yaxın əkin sahələri suvarılır. Yeni layihəyə əsasən, su bəndinin hündürlüyü daha 16 metr qaldırılacaq. Görülən tədbirlər Masallıda aqrar sahənin inkişafına böyük təkan verəcək, rayonda inkişaf etdirilməsi nəzərdə tutulan çəltik və tütün sahələrinin suvarılmasının həyata keçirilməsini, ümumiyyətlə, bütün kənd təsərrüfatı məhsullarının suvarılmasını təmin edəcək.
Respublikamızın bölgələrində suya olan tələbatın ödənilməsində subartezian quyuları da mühüm rol oynayır. Prezidenti İlham Əliyevin “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” aprelin 15-də imzaladığı Sərəncama müvafiq olaraq rayonda 10 subartezian quyu qazılacaq. Bu, 36274 nəfər əhalisi olan on yaşayış məntəqəsində suvarma suyu və içməli su ilə təminatın yaxşılaşdırılmasına imkan yaradacaq. Hazırda rayonun Ərkivan qəsəbəsində, Babaser, Bala Təklə, Əhmədli, Köhnə Alvadı, Qodman, Öncəqala, Sərçuvar, Şərəfə və Tüklə kəndlərində subartezian quyularının qazılması davam etdirilir. Qeyd edək ki, ötən il Masallı rayonunda 7 subartezian quyu qazılaraq sakinlərin ixtiyarına verilib.
Qəbələ rayonunda yeni subartezian quyuları qazılacaq
Subartezian quyularının şəbəkəsi ölkənin bütün regionları üzrə genişləndirilir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Qəbələ rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Qəbələ rayonunun əhalisi 14 min 880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.Subartezian quyularının rayonun Abrıx, Bayramkoxalı, Daşca, Hacıalılı, Mollaşıxalı, Siləyli, Sırt Yengicə, Soltannuxa, Uludaş, Yenikənd kəndlərində qazılması nəzərdə tutulur.
Mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi ən vacib məsələlərdən biridir
Bəhs olunan müşavirədə ölkə üzrə mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsinin zəruriliyi bütün ciddiliyi ilə gündəmə gətirilib. Prezident İlham Əliyev su təsərrüfatında hələ də böyük itkilərə yol verilməsini dözülməz hal kimi səciyyələndirərək deyib: “Sadəcə olaraq, əgər dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Müşavirədə bildirilib ki, hazırda məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü diqqət mərkəzində saxlanılır. Baş nazirin müavini Şahin Mustafayevin məlumatına əsasən, indiyədək 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub. Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq edilir. Yaradılmış proqram təminatı sayəsində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə su modulu kimi inteqrasiya olunan sudan istifadə qrafikləri növbəti mərhələdə əkin sahələrini və subsidiyalaşmanı optimal şəkildə planlaşdırmaq imkanı verir. Belə ki, tərtib olunmuş qrafiklər suvarma dövrü başlamamışdan əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan suyun sifarişini formalaşdırmağa, beləliklə əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının qurulmasına, digər tərəfdən isə məhdud su ehtiyatları və əkin növünün suya tələbatı nəzərə alınmaqla əkin sahələrinin optimal şəkildə planlaşdırılmasına şərait yaradır.
Müşavirədə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib ki, ölkənin su ehtiyatlarından səmərəli istifadə edilməsi məsələləri qurumun 2020-2030-cu illər üçün hazırladığı geniş proqramda da nəzərə alınıb. Bildirilib ki, həmin proqramda su itkilərinin azaldılması, su ehtiyatlarından istifadə olunması, müasir texnologiyaların tətbiqi, suyun idarə edilməsi üçün institusional dəyişikliklərin aparılması öz əksini tapıb. Sənəddə 22 magistral kanalın, eyni zamanda, Mil-Qarabağ kollektorunun və bir neçə su anbarının tikintisinə başlanması, əsasən də bu işlərin görülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması, müasir texnologiyalara uyğun işlənməsi nəzərdə tutulub.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 iyul 2020-ci il tarixində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə vurğulanır ki, həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir. Sərəncamda vurğulanır ki, məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir. Sənədə əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44

