/ / Azərbaycanın liderliyi ilə reallaşdırılan enerji layihələri regional və qlobal əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır
Azərbaycanın liderliyi ilə reallaşdırılan enerji layihələri regional və qlobal əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır
19.11.2020 [08:37]
Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın inşasının tamamlanması ilə ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq
(Əvvəli ötən sayımızda)
Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Ancaq belə önəmli layihənin icrasına heç də asanlıqla nail olunmayıb. Başlanğıcda layihənin icrasına həm siyasi, həm də praktiki müstəvidə bir sıra əngəllər var idi. Layihə ətrafında müzakirələr bir neçə dəfə uğursuzluqla nəticələnmişdi. İnvestorlar az gəlirli “mavi yanacaq” layihələrinə sərmayələr yönəltməyə olduqca skeptik yanaşma ortaya qoyurdular. Belə olan halda qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərlərinə götürərək, həlledici qərarlar veriblər. Beləliklə, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimindəki çıxışında layihənin icrasında iki qardaş ölkənin həlledici rol oynadıqlarını bir daha nəzərə çatdıraraq vurğulayıb: “Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür”.
Azərbaycanın təbii qazını Avropaya daşıyacaq TAP üzrə kommersiya əməliyyatlarına başlanıb
Cənub Qaz Dəhlizinin dördüncü seqmentinin - Azərbaycanın təbii qazını Avropaya daşıyacaq TAP boru kəmərinin də tikintisi yekunlaşıb. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, tikinti işlərinə başlanmasından təxminən 4 il yarım sonra TAP boru kəməri əsaslı şəkildə tamamlanıb. TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbulu terminalına qədər təbii qazla doldurulub. TAP-ın inşasının tamamlanması ilə ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq.
Qeyd edək ki, cari ilin iyun ayında TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlanıb. Bu mərhələ “Saipem” şirkətinin “Castoro Sei” sualtı borudüzən gəmisi tərəfindən 36 düymlük boruların dənizdə quraşdırılması, qurudakı infrastrukturla dənizüstü bağlantının qurulması, həmçinin xəttin təhlükəsizliyi və əməliyyat üçün hazır olmasını təmin etmək məqsədilə hidrosınaqları əhatə edib. İtaliya və Albaniya sahillərini birləşdirən fəaliyyətlər bu il yanvar ayının ortalarında boruların “Castoro Sei” gəmisi ilə qaynaqlanması və sınaqdan keçirildikdən sonra İtaliya sahillərindən Albaniyaya doğru Adriatik dənizinin dibinə yerləşdirilməsi ilə başlayıb. COVID-19 pandemiyası nəzərə alınaraq TAP və onun podratçısı “Saipem” bütün əməkdaşlarının sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə geniş tədbirlər həyata keçirib.
Boru kəmərinin dəniz hissəsində ümumi çəkisi 100 min ton ağırlığında olan təxminən 9000 borudan istifadə edilib. Borular Adriatik dənizinin dibi ilə çəkilib. O cümlədən İtaliya sularında 25 kilometr, beynəlxalq sularda 43 kilometr, Albaniya sularında isə 37 kilometr boru düzülüb. TAP-ın ən dərindən keçən hissəsi dəniz səviyyəsindən təxminən 810 metrdir. “Castoro Sei” gəmisi orta hesabla gündəlik 1,2 kilometr və bir gündə isə maksimum 2,8 kilometr boru düzüb. Mayın 20-dən isə təbii qazın TAP-ın Albaniyadakı 4 kilometrlik hissəsinə - Yunanıstan-Albaniya sərhədində və Bilisht regionunun yaxınlığındakı ölçmə stansiyalarına nəqlinə başlanılıb.
TAP layihəsi çərçivəsində Yunanıstanda sınaq işləri də tamamlanıb. Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılmış, Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilmişdi. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsi olmuşdu. Daha sonra sınaq işləri boru kəmərinin Yunanıstan hissəsini bütünlüklə əhatə etmişdi. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etmək idi. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir.
Xatırladaq ki, üç ötürücü sistem operatoru - TAP AG, “Snam Rete Gas” və “DESFA” davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını elan edib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir. Ötən il iyulun əvvəlində TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verən bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyalarının tikintisi də yekunlaşıb.
Bu günlərdə TAP layihəsi ilə bağlı daha bir sevindirici xəbər gəlib. SOCAR-dan KİV-ə bildirilib ki, Trans-Adriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Verilən xəbərdə o da bildirilir ki, kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olan TAP-ın uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdən, ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Trans Adriatik Boru Kəməri Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır.
Cənub Qaz Dəhlizi mühüm geostrateji əhəmiyyətə malikdir
Bütün dünyaya açıq olan, özünün geniş imkanlarını təqdim edərək regional və qlobal miqyasda əməkdaşlığın genişlənməsinə və təhlükəsizliyin möhkəmlənməsinə sanballı töhfələr verən Azərbaycan gözəl ənənə formalaşdırıb. Bu ənənə ondan ibarətdir ki, ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan bütün layihələrdə, bir qayda olaraq, çoxsaylı tərəfdaşlar toplaşırlar. İstehsalçı ölkə olan Azərbaycan enerji amilinin siyasi təzyiq vasitəsinə çevrilməsinin qəti əleyhinədir. Respublikamız daim o mövqedən çıxış edir ki, icra olunan layihələrdə bütün iştirakçı dövlətlərin və şirkətlərin maraqları təmin olunmalıdır.
İştirakçı dövlətlərin və şirkətlərin maraqlar balansı, həmçinin Azərbaycanın liderliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsində də yüksək səviyyədə gözlənilib. Layihəyə çoxlu sayda tərəfdaş cəlb olunub. Avropa üçün bu yeni nəql marşrutu ölkələr arasında körpülər yaradacaq. Qeyd edək ki, ABŞ və Böyük Britaniya hökumətləri, o cümlədən Avropa İttifaqı Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan digər enerji layihələri kimi, Cənub Qaz Dəhlizinə də böyük dəstək verirlər. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Hersoqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarına Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələrin də qatılması bu layihəyə maraq göstərən dövlətlərin sayının getdikcə artdığını təsdiqləyir. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Bir neçə il bundan əvvəl Avropa ölkələrinin soyuq qış aylarında qaz təchizatçılarının təhdid xarakterli tələbləri ucbatından necə böyük çətinliklərlə üzləşdikləri yaddaşlardan silinməyib. Avropa belə vəziyyətin bir də təkrarlanmaması üçün enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə nail olmağa çalışır. Zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan Avropanın bu istəyini qarşılamağa hazır və qadir olan ölkədir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

