/ / Payız mövsümündə də regionlarda tərəvəzçilik və kartofçuluq sahələrində yüksək məhsuldarlıq qeydə alınıb
Payız mövsümündə də regionlarda tərəvəzçilik və kartofçuluq sahələrində yüksək məhsuldarlıq qeydə alınıb
08.12.2020 [09:12]
Görülən tədbirlər və dövlət dəstəyi nəticəsində ölkəmizədə kartof və tərəvəz istehsalı sahəsində mühüm nailiyyətlər əldə edilib
Son 17 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sektorun inkişafında da ciddi uğurlar əldə olunub. Dövlət başçısının tapşırıqlarına əsasən, son illərdə aqrar sahədə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi öz növbəsində aqrar sektorun digər sahələri kimi, tərəvəzçiliyin və kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb. Yeri gəlmişkən, cari ilin fevral ayının 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyev tərəvəzçiliyin inkişafına da toxunub, bu sahənin inkişafına diqqətin artırılmasını tövsiyə edib.
Onu da vurğulayaq ki, son illər ölkəmizdə tərəvəzçiliyin və kartofçuluğun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Ötən ilin əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması bu yöndə icra olunan layihələrdəndir. Xatırladaq ki, əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Prezident İlham Əliyev də iştirak edib və bu sahə ilə bağlı mühüm göstərişlərini verib.
Beləliklə, görülən tədbirlər və dövlət dəstəyi nəticəsində regionlarda kartof və tərəvəz istehsalı sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu uğurların nəticəsidir ki, payız mövsümündə də əkin sahələrindən yüksək məhsuldarlıq qeydə alınıb.
Məsələn, tərəvəzçilik sahəsində ixtisaslaşmış fermerlərin geniş fəaliyyət göstərdiyi Salyan rayonunda da bu mövsüm 1385,4 hektar sahədə tərəvəz əkilib ki, bunun da 535,8 hektarı pomidor, 406,2 hektarı isə xiyar sahəsidir. Verilən məlumata görə, məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul bu il ötən ildəkindən qat-qat çox olub. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə ediblər.
Salyanda bostan məhsullarının yığımı da başa çatıb. Məhsul istehsalçıları əkdikləri 1007 hektar bostan sahəsindən indiyədək 16 min 632,9 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 520,8 ton çoxdur. Hər hektarın məhsuldarlığı 165,5 sentner olub. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən əkin sahəsindən gözlənildiyindən də çox məhsul yetişib. Fermerlər tədarük etdikləri məhsulları əsasən, Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndəriblər.
Mərkəzi Aran regionunda yerləşən Sabirabad rayonunda isə tərəvəz yığımı başa çatmaq üzrədir. Sabirabad Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ilin yazında sabirabadlı əkinçilər 3 min 437 hektar sahədə tərəvəz əkiblər. Sabirabadda bu mövsüm 3 min 437 hektar sahədə tərəvəz yetişdirilib ki, bunun da 1712 hektarını pomidor-xiyar təşkil edib. Rayon Statistika İdarəsindən onu da bildiriblər ki, pomidor sahəsinin hər hektarının məhsuldarlığı 205,7 sentner, xiyar sahəsininki isə 157,9 sentner olub. Yığılan pomidor-xiyarın 1255 tonu istixana komplekslərindən toplanılıb.
Regionun digər rayonu İmişlidə bu mövsüm 164,4 hektar sahədə tərəvəz əkilib ki, bunun da 42,8 hektarı pomidor, 46 hektarı isə xiyar sahəsidir. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul bu il ötən ildəkindən qat-qat çox olub. İmişli Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il imişlili əkinçilər erkən yazda ümumilikdə 88,8 hektar sahədə pomidor-xiyar bitkisi becəriblər. Hər hektar pomidor sahəsinin məhsuldarlığı 174,8, xiyar sahəsininki isə 93,5 sentner olub. Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il rayonda 48 hektar sahədə çuğundur becərilib. Torpaq mülkiyyətçilərinin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 207,9 sentnerə çatır.
Biləsuvar rayonunda da fermerlər tərəvəz sahələrindən bol məhsul əldə ediblər. Biləsuvar Rayon Statistika İdarəsindən verilən məlumata görə, biləsuvarlı əkinçilər cari ilin məhsulu üçün erkən yazda 1284,2 hektar sahədə tərəvəz əkiblər ki, bu da ötən ildəkindən 528,5 hektar çoxdur. Əkinçilər becərdikləri tərəvəz sahələrindən 591,4 ton məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 425 sentner olub. Yığılan məhsulun 4 min 414,2 tonunu xiyar, 46 min 825 tonunu pomidor, 298 tonunu badımcan, 166 tonunu bibər, 153 tonunu sarımsaq, 456 tonunu soğan, 1910 tonunu yaşıl noxud, 5,7 tonunu yaşıl lobya, 72 tonunu boranı, 292 tonunu isə digər tərəvəz məhsulları təşkil edib.
Qeyd edək ki, tərəvəz yığımında rayonun Xırmandanlı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər, xüsusilə fərqləniblər. Rayonda tərəvəz yığımı ilin sonuna qədər davam edəcək.
Hacıqabulda isə tərəvəz yığımı davam edir. Məhsul istehsalçıları becərdikləri sahələrdən indiyədək 7 min 532 ton tərəvəz tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 95,7 ton çoxdur. Hacıqabul Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ilin yazında hacıqabullu əkinçilər 518,3 hektar sahədə tərəvəz əkiblər. Tədarük olunan tərəvəzin 543 tonunu xiyar, 2 min 515,5 tonunu pomidor, 2 min 748 tonunu badımcan, 369,7 tonunu bibər, 31 tonunu kələm, 97 tonunu soğan, 48 tonunu sarımsaq, 16 tonunu isə sair tərəvəz təşkil edib. Qeyd edək ki, rayonda tərəvəz yığımı ilin sonuna qədər davam edəcək.
Ölkənin cənub regionunda yerləşən Masallı rayonunda tərəvəzçiliklə məşğul olan fermerlər və təsərrüfat sahibləri bu ilin məhsulu üçün 3222 hektar sahədə tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular əkiblər. Məhsul istehsalçıları bitkilərə yaxşı qulluq etdiklərinə görə sahələrdə bol məhsul yetişdiriblər. Masallı Rayon Statistika İdarəsindən bildirilib ki, rayonun tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumruların əkin sahəsindən 73659,1 ton məhsul yığılıb. Sahələrdən yığılan məhsulun 9351,7 tonunu xiyar, 17018,8 tonunu pomidor, 1457,8 tonunu sarımsaq, 2285,1 tonunu soğan, 15171,2 tonunu badımcan, 516,4 tonunu kələm, 2395,4 tonunu bibər və 669,3 tonunu qabaq və 4709,9 tonunu sair tərəvəzlər, 4780,4 tonunu qarpız-yemiş və 15303,1 tonunu isə kökümeyvəlilər və köküyumrular təşkil edib. Rayonda tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumruların yığımı başa çatmaq üzrədir.
Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 124 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul olub. Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov bildirib ki, bu mövsüm neftçalalı əkinçilər 124 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə məhsul bol olub. Hər hektarın məhsuldarlığı 115,8 sentner olub. Yığılan məhsulun 403,9 tonunu xiyar, 360,2 tonunu pomidor, 24,4 tonunu sarımsaq, 9 tonunu soğan, 402,6 tonunu badımcan, 8,4 tonunu kələm, 138,3 tonunu bibər və 37,8 tonunu boranı və 39,2 tonunu isə sair tərəvəzlər təşkil edib. Rayonda tərəvəz yığımı başa çatıb.
Qəbələ rayonunun torpaq mülkiyyətçiləri builki mövsümdə 401 hektar sahədə tərəvəz yetişdiriblər. Təsərrüfatlarda tərəvəz məhsullarının yığımı artıq başa çatıb. Fermerlər bu il 3 min 555 ton tərəvəz istehsal ediblər. Hər hektarın orta məhsuldarlığı 88,6 sentner olub. Qəbələ Rayon Statistika İdarəsindən bildirilib ki, rayonda kartof yığımı da başa çatıb. Torpaq mülkiyyətçiləri cari ildə 408 hektar kartof sahəsindən 3 min 125,6 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 76,6 sentner kartof tədarük olunub.
Balakən rayonunda isə tərəvəz əkilmiş 1943 hektar sahənin 1886 hektarında yığım başa çatdırılıb, 27 min 68 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 143,5 sentner təşkil edir. Məhsuldarlıq ötən illə müqayisədə hər hektara görə 13 sentner artıb. Balakən Rayon Statistika İdarəsindən bildirilib ki, təsərrüfatlarda kartof yığımı isə artıq başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə 607 hektar kartof sahəsindən 5 min 801 ton məhsul götürüblər. Hər hektarda məhsuldarlıq 95,6 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 205 ton artıb.
İsmayıllı rayonunda da kartof yığımı başa çatıb və sahələrdən 14 min 482 ton məhsul götürülüb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ildə 970 hektar sahədə kartof əkilib. Təkcə cari ildə əkinlərin 315 hektarı məhz sənaye üsulu ilə aparılıb. Yeri gəlmişkən, ilboyu bazarlarda kartofa ciddi ehtiyac olduğundan bu sahəyə maraq heç də az deyil və artıq kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsi hesab edilir. Son illər bir sıra ərazilərdə sahələr intensiv texnologiya əsasında əkilib-becərilir.
Sonda onu qeyd edək ki, ölkə üzrə məhsul yığımı başlanandan cari il noyabr ayının 1-nə kimi sahələrdən 1 milyon 602,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz çox tərəvəz və 982,1 min ton (1,6 faiz çox) kartof yığılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü ərzində 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları, 946,8 min ton (4,2 faiz çox) meyvə və giləmeyvə, 193,9 min ton (1,8 faiz çox) üzüm, 882,8 ton (1,3 faiz az) yaşıl çay yarpağı, 232,4 min ton (12 faiz az) pambıq, 24,7 min ton (28 faiz az) günəbaxan, 176,9 min ton (2,1 faiz çox) şəkər çuğunduru və 5,7 min ton (11,8 faiz çox) tütün toplanıb.
Beləliklə, payız mövsümündə də regionlarda tərəvəzçilik və kartofçuluq sahələrində yüksək məhsuldarlıq qeydə alınıb.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15

