/ / Azərbaycançılıq ideologiyası zəngin dövlətçilik ənənələrini özündə əks etdirən mütərəqqi milli məfkurə kimi
Azərbaycançılıq ideologiyası zəngin dövlətçilik ənənələrini özündə əks etdirən mütərəqqi milli məfkurə kimi
23.12.2020 [09:04]
Yaxud, xalqımızın milli dəyərlər sistemini qlobal çağırışlara uyğunlaşdıran, tarixiliklə müasirliyin vəhdətini yaradan azərbaycançılıq mükəmməl ideoloji konsepsiyasıdır
Məlum olduğu kimi, hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi ilk növbədə milli ideologiya ilə sıx şəkildə bağlıdır. Yəni milli ideologiya qlobal səciyyə daşımaqla hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir və cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir. Digər tərəfdən, hər bir insan üçün “Vətən” anlayışı onun daxili “mən”i ilə tamamlanan, düşüncə və hislərini, dünyagörüşünü, ictimai münasibətlər sistemində fərdi davranışını istiqamətləndirən başlıca amil kimi qiymətləndirilir. Bu reallıq getdikcə daha aydın dərk edilir ki, milli kimliyini dərk etməyən, milli özünüdərk hissindən uzaq düşən şəxs heç vaxt kamil insan və vətəndaş kimi formalaşa bilməz. Bütün bu gerçəkliklərin fonunda əminliklə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacib amildir. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycan Respublikasını özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır.
Ümumiyyətlə, müasir Azərbaycan dövlətinin müstəqilliyinin təməl sütunlarından biri təkmil, mövcud reallıqlara cavab verən, tarixi varisliyi və yeni dünyanın çağırışlarını özündə əks etdirən milli ideologiyaya sahib olmasındadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu milli ideoloji konsepsiyanın ən böyük üstünlüyü cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarını, eyni zamanda, müxtəlif siyasi baxışları vahid amal ətrafında birləşdirə bilməsindədir. Azərbaycançılıq ideologiyası milli dövlətçilik ənənələrini əks etdirməklə yanaşı, onu müasir siyasi reallıqlara uyğunlaşdıraraq, bütün azərbaycanlıların mənafelərini ifadə edə bilən milli maraqlar anlayışını ön plana çıxarır. Bu maraqlar sadə vətəndaşın sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşamaq hüququnu təmin edir və məhz buna görə də bütün sosial təbəqələrin mənafelərinin ifadəçisi kimi qavranılır.
Dünyada ciddi ziddiyyətlərlə müşayiət olunan mürəkkəb qlobal proseslərin getdiyi indiki dövrdə yeni müstəqillik qazanmış dövlətlərin bu tarixi nailiyyəti ağlasığmaz təhdidlərlə üz-üzə qalır. Bir qədər obrazlı ifadə etsək, kimsə təhlükənin nə vaxt və haradan gələcəyini öncədən proqnozlaşdıra bilmir. Bu həm də onunla bağlıdır ki, biz yeni bir transformasiya dövründə yaşayırıq - təkqütblü dünyadan çoxqütblü dünyaya keçidin astanasındayıq. Bu, elə bir mürəkkəb prosesdir ki, onun tarixi səbəblərini məhz indi qiymətləndirmək, mümkün sosial, iqtisadi, siyasi nəticələrini məhz indi proqnozlaşdırmaq olduqca çətindir. Lakin bir həqiqət tamamilə aydındır ki, dünya öz tarixinin yeni, əvvəlkilərdən az qala bütün komponentləri ilə fərqlənən bir dövrünü yaşamaqdadır. Belə bir dövrdə gənc dövlətlərin ayaqda qalması onların əsaslandığı ideoloji doktrinanın zamanın çağırışlarına nə dərəcədə adekvat reaksiya verə biləcəyindən çox asılıdır. Bu reallıqlara COVID-19 pandemiyasının doğurduğu yeni şərtləri də əlavə etsək, baş verən dəyişikliyin nə qədər böyük, mürəkkəb bir proses olduğunu daha aydın təsəvvür edə bilərik.
Azərbaycançılıq ideologiyasının ən üstün keyfiyyətlərindən biri zaman parametrləri ilə ölçülə bilməyən mükəmməl struktura malik olmasındadır. Bu, keçid dövrü üçün hesablanmış, qarşısına məhdud vəzifələr qoymuş siyasi baxışlar sistemi deyil. Azərbaycançılıq bütöv bir millətin tarixi təcrübəsini, dəyərlər sistemini, müasir dünyanın reallıqlarına uyğunlaşdıran mükəmməl dövlətçilik konsepsiyasıdır. Ulu Öndər Heydər Əliyevin böyüklüyü də məhz belə bir ideoloji sistemi yarada bilməsindədir. Ulu Öndər məhz qeyri-müəyyənliklərlə zəngin keçid dövründə ən çətin situasiyalarda belə dayanıqlı özünüqoruma sisteminə malik milli dövlətin ideoloji dəyərlər sistemini yaratmağa müvəffəq olan nadir tarixi şəxsiyyətlərdəndir. Yüzillər bundan sonra belə yaşamağa qadir olan bu ideoloji sistem Azərbaycan xalqının əsrləri əhatə edən arzularının ifadəçisinə çevrilə bilib.
Ötən əsrin əvvəllərində qısa müddət yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasının əsaslandığı ideyalar sistemi əslində daha dərin tarixi köklərə, daha böyük hədəflərə sahibdir. Heç şübhəsiz ki, azərbaycançılıq ideologiyasının cəlbediciliyini şərtləndirən əsas amillərdən biri tarixlə müasirliyin vəhdətini ifadə edən məfkurə kimi qavranılmasıdır. Bu mənada azərbaycançılıq müstəqil Azərbaycanda doğulmuş yeni nəslin üzərinə böyük vəzifələr qoyur. Əlbəttə ki, müstəqil bir dövlətin vətəndaşı kimi doğulmağın insana nə qədər əlavə üstünlüklər qazandırdığına dair onlarla arqument sadalamaq olar. Bu, müstəqil düşünməyi bacarmaq, öz milli dəyərləri, tarixi, ədəbiyyatı haqqında daha geniş məlumata, dünyada mənsub olduğu xalqın yeri, qlobal proseslərdə vətəndaşı olduğu dövlətin rolu barədə ətraflı təsəvvürlərə malik olmaq deməkdir. Bu, həm də milli qürur məsələsidir - çünki tarix çox az xalqa öz dövlətini qurmaq şansı tanıyıb. Lakin qeyd etdiyimiz kimi, bu, eyni zamanda, daha böyük hədəflər uğrunda yaşamaq məsuliyyəti doğurur. Azərbaycan gəncinin bu gün üzərinə düşən vəzifə müstəqil dövlətin layiqli vətəndaşı olmaq, onu dünyada daha yaxşı təmsil etmək, ölkənin ümumi inkişafına töhfə vermək üçün çalışmaqdır.
Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi, ölkənin tairixi və müsir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm ideoloji hədəflərin reallaşdırılmasında gənclərin rolu önəmlidir. Çünki onlar daha müstəqil və daha qlobal düşüncə tərzinə malik yeni nəslin təmsilçiləridirlər. Xatırlatmaq yerinə düşər ki, məhz Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə hələ sovet dövründə yüzlərlə azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etmişdi. Onların bir çoxu sonralar müstəqilliyin ilk illərində Azərbaycanda yüksək vəzifələrdə çalışaraq, milli dövlət quruculuğu prosesinin iştirakçısı olmuşdular. Prezident İlham Əliyev isə xaricdə təhsillə bağlı dövlət proqramları çərçivəsində azərbaycanlı gənclərə dünyanın ən mötəbər universitetlərində təhsil almaq şansı yaratmışdı. Bu gənclər indi müxtəlif dövlət vəzifələrində, fərqli peşələrdə ölkənin inkişafına töhfə verirlər. Bu iki fakt əslində azərbaycançılıq ideologiyasının müasir dövrün çağırışlarına reaksiyasına ən tutarlı dəlillər kimi qiymətləndirilməyə layiqdir.
Digər tərəfdən, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, dövlət idarəçiliyində təmsil olunması nəticə etibarilə Azərbaycanda nəsillərarası harmoniyanın, ənənə və varislik prinsiplərinin dövlət siyasətinin əsas istiqaməti olduğunu sübut edir. Bu siyasətin əsasında isə məhz azərbaycançılıq ideologiyası dayanır. Bu baxımdan, azərbaycançılıq ideologiyasının indi daha çox milli dövlətçilik konsepsiyasının təməl məfkurə sistemi kimi qiymətləndirilməsi daha doğrudur.
Azərbaycan dövləti indi tamamilə fərqli bir inkişaf mərhələsindədir. Güclü orduya, dayanıqlı iqtisadiyyata, beynəlxalq münasibətlər sistemində layiq olduğu yerə sahib olan Azərbaycan Respublikasının gələcək inkişafının əsas məsuliyyəti müstəqil Azərbaycan vətəndaşları kimi doğulmuş gənclərin üzərinə düşür. Məhz onlar əldə olunmuş tarixi nailiyyətləri inkişaf etdirərək ölkənin yeni bir mərhələyə çıxarılmasında iştirakçı olmaq imkanı əldə edəcəklər. Dövlət başçısının həyata keçirdiyi gənclər siyasətinin müxtəlif aspektlərdən təhlili göstərir ki, Azərbaycanda gənclərin dövlət idarəçilik sistemində son dərəcə mühüm rolları ifa etmələri üçün kifayət qədər geniş imkanlar mövcuddur. Bu imkanları layiqincə dəyərləndirməyin yolu isə daha yaxşı təhsil almaq, milli maraqların həqiqi müdafiəçisi kimi özünü təsdiq etmək, dünyada gedən proseslərin səbəb və nəticə əlaqələrini analiz etmək üçün daha dərindən düşünməkdən keçir.
İndi müxtəlif siyasi dairələr ən müxtəlif üsul və vasitələrdən istifadə edərək Azərbaycan gənclərinin şüuruna, düşüncəsinə, dünyagörüşünə təsir etmək üçün yollar axtarırlar. Bu, təbii ki, təkcə Azərbaycana münasibətdə deyil, bir çox ölkələrə qarşı yürüdülən ənənəvi siyasətin elementləridir. Məhz buna görə də gənclər üçün azərbaycançılıq ideologiyasının ideya-siyasi mahiyyətini, onu doğuran tarixi reallıqları, bu ideologiyanın qarşısında duran milli hədəfləri öyrənmək, mənimsəmək, və ən vacibi, öz fəaliyyətində tətbiq etmək olduqca böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycançılıq ideologiyası dövlət müstəqilliyini qorumağı, layiqli vətəndaş yetişdirməyi və onun bütün mənafelərini mümkün qədər müdafiə etməyi, xalqın milli maraqlarını tarixi reallığa çevirməyi, ölkəni dünyada nüfuzlu, güclü dövlət kimi tanıtmağı, möhkəm iqtisadiyyata, qüdrətli orduya sahib dövlət modeli qurmağı qarşıya məqsəd qoyub. Bütün bunlar, əlbəttə ki, hər bir Azərbaycan gəncini düşündürən ən müqəddəs vəzifələrdir. Azərbaycançılıq ideologiyasını gənclər üçün cəlbedici edən də məhz müqəddəs idealları ifadə etməsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

