Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün mühüm strateji əhəmiyyətə malikdir
25.12.2020 [09:16]
Dekabrın 18-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında tərəflərin enerji sahəsində strateji tərəfdaşlığı, Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması və digər mövzular üzrə geniş müzakirələr aparılıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktorlarından birinə çevrilib. Respublikamız ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə yanaşı, etibarlı tərəfdaş kimi regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Şübhəsiz ki, respublikamızın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı bu baxımdan xüsusi qeyd edilməlidir. Təbii ki, Azərbaycanın strateji mövqeyi, fəal və uğurlu xarici siyasəti də Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm faktor rolunu oynayır. Bunun nəticəsidir ki, Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir.Yeri gəlmişkən, bu əməkdaşlığın uğurla davam etdirilməsinin göstəricisi kimi, dekabrın 18-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasının baş tutmasını da xüsusi qeyd etmək olar. Belə ki, sözügedən iclasda Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti və Avropa İttifaqının Xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Aİ-nin nümayəndə heyətinin tərkibində, həmçinin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi də iştirak edib. İclasda tərəflər Əməkdaşlıq Şurasının son iclasından etibarən Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri və bu istiqamətdə əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, iclasda, həmçinin cari ildə pandemiyanın mövcud olmasına baxmayaraq, tərəflər arasında ticarət əlaqələrinin inkişaf etdiyi və Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu da vurğulanıb. İclasda, həmçinin tərəflərin enerji sahəsində strateji tərəfdaşlığı, Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması, eləcə də nəqliyyat və bağlılıq layihələri, Azərbaycanın bu sahədə böyük potensialı, sərmayə yatırımı və digər mövzular üzrə geniş müzakirələr aparılıb. Tədbirdə Azərbaycan-Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək, qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti də vurğulanıb.Onu da vurğulayaq ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Xarici İşlər naziri Ceyhun Bayramov sözügedən iclasda həmçinin regiondakı son vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. 44 gün davam edən Vətən müharibəsi, eləcə də bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc azərbaycanlı əhalinin məqsədli hədəfə alınması və digər məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb. Ali nümayəndə Cozef Borel hazırda bölgədə ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsinin vacibliyini və bu xüsusda Aİ-nin yardım göstərməyə hazırlığını qeyd edib. İclasda, həmçinin müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakının mümkünlüyü vurğulanıb.
Xatıraladaq ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi ilə ayrılıqda görüşü olub. Bu görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, o cümlədən ticarət, enerji, nəqliyyat, sərmayələr, münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişin işlənib hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bölgədə mövcud olan cari vəziyyətdən bəhs edən nazir Ceyhun Bayramov Vətən müharibəsindən sonra bölgədə yaranan yeni təhlükəsizlik çərçivəsi və əməkdaşlıq perspektivlərindən bəhs edib.
Yeri gəlmişkən, Avropa İttifaqı ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1993-cü ildə qoyulub. Həmin tarixdən sonra Azərbaycanın xarici siyasətində bu təşkilatla çoxşaxəli əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Belə ki, 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” Sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından kifayət qədər əhəmiyyətlidir. Xatırladaq ki, ölkəmizlə əməkdaşlığa önəm verən Aİ 1998-ci il tarixində Azərbaycana xüsusi səfir təyin edib, 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2008-ci ilin fevralından isə Bakıda Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi fəaliyyət göstərir.
Qeyd edildiyi kimi, Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də Avropa Qonşuluq Siyasətidir. Azərbaycan 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə daxil edilib. Eyni zamanda, Azərbaycan 2009-cu ildə Praqada keçirilən zirvə görüşündə Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) proqramına qoşulub.
O da xüsusi olaraq vurğulanmalıdır ki, Avropa İttifaqının rəsmi təmsilçilərinin ölkəmizə səfərləri də qurum ilə münasibətlərimizin möhkəmləndirilməsi və genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, 2017-ci ilin noyabrında Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı sammitində qəbul edilmiş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha dəstəklənməsi bu münasibətlərin qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslandığından xəbər verir. Belə ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi olaraq vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib. Sənədin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Eyni zamanda, Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib.
Digər mühüm məqamlardan biri budur ki, 2018-ci ilin iyulunda Brüsseldə Avropa İttifaqının mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi olub. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində rolu da Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, sözügedən sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti qeyd edilir və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də öz əksini tapıb.
Onu da vurğulamaq lazımdır ki, Avropa Qonşuluq Siyasətinin elan edilməsinin ardından bu vaxtadək mövcud olmuş Fəaliyyət Planlarının hər bir tərəfdaş ölkənin ehtiyaclarını nəzərə alan yeni “Tərəfdaşlıq prioritetləri” ilə əvəzlənməsi qərara alınıb. Belə ki, tərəflər arasında “2018-2020-ci illər üçün Azərbaycan - Aİ Tərəfdaşlıq Prioritetləri” sənədinin hazırlanması hədəfi qoyulub. Bu sənəd, tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə prioritetlərin müəyyən edilməsi və 3 il üçün (2018-2020) konkret layihələr şəklində həyata keçirilməsi məqsədini daşıyıb.
Bununla yanaşı, Azərbaycanın regiondakı tranzit mövqeyi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəmizi Aİ üçün cəlbedici edən faktorlardır. Belə ki, Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. İndiyə qədər Azərbaycan həm Aİ tərəfindən, həm də qurumun digər təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində müxtəlif sahələr, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı, regional inkişaf, iqtisadi, siyasi və institusional islahatlar üzrə çoxsaylı layihələr həyata keçirilib və proses davam edir. Eyni zamanda, yuxarıda qeyd ediliyi kimi, Azərbaycan-Avropa İttifaqı arasında ticarət əlaqələri daim inkişaf edir və Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

