Regionlarda yeni yollar çəkilir
24.06.2021 [09:00]
Respublikamızda həm ölkə, həm də yerli əhəmiyyətli yolların yüksək standartlar əsasında yenidən qurulması üçün davamlı addımlar atılır
Ötən il 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni acınacaqlı məğlubiyyətə uğratdı və torpaqlarımızı işğaldan azad etdi. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması istiqamətində addımlar atılır. Yeri gəlmişkən, qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər intensiv şəkildə davam etdirilir.
Məlumat üçün bildirək ki, 4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq. Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində körpü inşa edilir. Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Tunelin texniki göstəriciləri kifayət qədər yüksəkdir. Yol üzərində, ümumilikdə, iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr təşkil edəcək.
Bu məqamda vurğulamaq yerinə düşər ki, regionlarda yeni yolların çəkilməsi ölkə üzrə yüksəksəviyyəli infrastruktur quruculuğunun tərkib hissəsidir. Prezident İlham Əliyev respublikamızda həm ölkə, həm də yerli əhəmiyyətli yolların yüksək standartlar əsasında yenidən qurulmasına güclü siyasi iradə nümayiş etdirir.
Məhz bu kontekstdə regionlarda yeni yolların çəkilməsi, həmçinin mövcud yolların təmir və bərpası hazırda da davam etdirilir. Məsələn, ötən ay Ağstafa rayonunda 5 kilometr uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan 2,6 kilometr uzunluqda yol 2 yaşayış məntəqəsinin 2 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsi 6 metr, çiyinlərinin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.
O da qeyd olunub ki, 2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı tərtib olunmuş tədbirlər planına əsasən, Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən 32 kilometr uzunluğa malik II texniki dərəcəli yeni avtomobil yolunun da inşası davam etdirilir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 38-ci kilometrindən götürür. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metr təşkil edəcək.
Ağstafa rayonunda həyata keçirilən hər iki layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur. Tərtib olunmuş qrafikə uyğun aparılan işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə agentlik tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Tərtər rayonunda 5 yaşayış məntəqəsinin 11 kilometr uzunluğa malik avtomobil yolları da yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Məlumatda qeyd olunur ki, texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilir. Bura 6 metrlik hərəkət hissəsi və 2 metrlik çiyinlər daxildir.
Mərkəzi Aran regionunda da yol tikintisi işləri uğurla davam etdirilir. Belə ki, Hacıqabul rayonunun Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi işlərinə başlanılıb. Uzunluğu 39 kilometr olan avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun olaraq, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır, qum-çınqıl qarışığından əsasın üst layının tikintisi işləri görülür. İki hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir. Aparılan genişləndirmə işləri öz növbəsində, bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Marşrutboyu yararsız hala düşmüş müxtəlifdiametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri yerlərdə isə müxtəlifdiametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.
Bununla yanaşı, layihə çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzinə yeni dəmir-beton körpünün inşası nəzərdə tutulub. Artıq bu istiqamətdə köhnə körpünün sökülməsi işləri yekunlaşıb və yeni avtomobil körpüsünün inşasına başlanılıb. Layihənin sonuncu mərhələsində yolboyu hərəkətin normal təşkili üçün kilometr göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq. Sözügedən avtomobil yolu 12 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Bu baxımdan yolun yenidən qurulması ilə bu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
Şimal bölgəmizdə, Qusar rayonunda 4 yaşayış məntəqəsinin - Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Bununla bağlı məlumatda deyilir ki, hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilərək IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bura 6 metrlik hərəkət hissəsi və 2 metrlik çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində, bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Sözügedən yolboyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Layihə çərçivəsində əks-dolğu və kipləşdirmə işləri həyata keçirilir. Həmçinin tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə yol əsasının alt və üst layının inşası işləri görülür. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri yerlərdə müxtəlifdiametrli yeni boruların tikintisi işləri aparılır. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Asfaltlanma işlərinin 75 min kvadratmetr sahədə aparılması nəzərdə tutulur. Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minədək əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdıracaq.
Yol tikintisi Goranboy rayonunda da davamlı xarakter daşıyır. Məsələn, rayonun Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidənqurma işləri davam etdirilir. 31 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun tikintisi Xan Qərvənd kəndini əhatə edən istiqamət və Tapqaraqoyunlu kəndinə qədər olmaqla 2 istiqamət üzrə aparılır. Avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Layihə çərçivəsində yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün genişləndirmə işləri aparılıb, torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Artıq layihənin Əlirzalı və Xan Qərvənd ərazilərini əhatə edən hissələrində işlər yekunlaşıb. Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə düzbucaqlı su keçidlərinin, müxtəlifdiametrli dəmir-beton suötürücü boruların tikintisi işləri də aparılıb. Qeyd edilən işlərin yekunlaşdığı ərazilərdə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri görülür. Bu çərçivədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənərək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir. Layihəyə uyğun olaraq, Səfikürt və Əlirzalı kəndləri ərazisində istismar müddətini başa vurmuş iki mövcud dəmir-beton körpünün bərpası işləri də artıq yekunlaşıb. Yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək. Məlumat üçün bildirək ki, sözügedən yolun yenidən qurulması yolboyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56

