/ / Aqrar sahəyə göstərilən diqqət və qayğı ölkəmizin ixrac potensialının artmasında da mühüm rol oynayır
Aqrar sahəyə göstərilən diqqət və qayğı ölkəmizin ixrac potensialının artmasında da mühüm rol oynayır
30.06.2021 [09:58]
Bu ilin may-iyun aylarında da regionlarda çayçılıq və tütünçülük istiqamətində uğurlu nəticələr əldə edilib
Məlum olduğu kimi, həyata keçirilən genişmiqyaslı və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə bütün sahələr inkişaf edib. Həmçinin Azərbaycanda prioritet istiqamətlərdən biri kimi elan edilən kənd təsərrüfatının inkişafı istiqamətində də davamlı addımlar atılıb. Ötən illər ərzində dövlət tərəfindən bu sahəyə sistemli dəstək tədbirləri həyata keçirilib və hazırda bu proses davam edir.
Ekspertlərin vurğuladıqları kimi ölkəmizin regionlarında aqrar sahənin inkişafından bəhs edərkən çayçılığın və tütünçülüyün inkişafını, bu sahəyə dövlətin göstərdiyi diqqət və qayğını xüsusi olaraq qeyd etmək yerinə düşər. Məhz bu diqqət və qayğının nəticəsində bu ilin may-iyun aylarında da regionlarda sözügedən sahələrdə uğurlu nəticələr əldə olunub. Onu da vurğulayaq ki, bu gün adıçəkilən sahələrin inkişafı, eyni zamanda, ölkəmizin ixrac potensialının artmasında, xarici bazarlarda yer tutmasında mühüm rol oynayır. Ümumiyyətlə, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlik Fərman və sərəncamlarına əsasən, fermerlərin fəaliyyətinin stimullaşdırılması, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsi nəticə etibarilə bütövlükdə, kənd təsərrüfatının inkişafına, o cümlədən strateji və gəlirli aqrar məhsulların ixracına yönəlik tədbirlərin gücləndirilməsinə yol açıb.
Sözügedən sahələrdə ötən iki ayda regionlarda əldə edilən uğurlarla bağlı konkret rəqəmlərə keçməzdən öncə qeyd edək ki, çayçılıq həm ağır, həm də gəlirli təsərrüfat sahəsidir. Ümumiyyətlə, çay çox zəhmət tələb edən bitkidir. Strateji əhəmiyyət daşıyan, insanların gündəlik məişətində istifadə edilən bu bitki əkiləndən 7 il sonra tam məhsul verir. Ancaq bir dəfə əkilən çay bitkisindən 100 ildən çox müddətdə, ildə 4 dəfə məhsul yığılır.
Ölkənin cənubunda, Astara rayonunda fəaliyyət gösətrən fermer Sadıx Əzimov KİV-ə açıqlamasında bildirib ki, bu il də Astaranın çay plantasiyalarında bol məhsul var. May ayının ikinci yarısından başlayaraq plantasiyalarda birinci çay yığımına başlanılıb. Ötən il çay plantasiyalarından 50 tona yaxın yaşıl çay yarpağının yığıldığını söyləyən fermer, bu il yazın əvvəlində havaların quraq keçməsinə baxmayaraq, sahələrdə məhsulun bol olduğunu diqqətə çatdırıb.
Cənub bölgəsinin digər rayonu Lənkəranda da çayçılığın inkişafı diqqət mərkəzindədir. Belə ki, verilən məlumata əsasən rayondakı “Yaşıl çay” MMC-nin çay plantasiyalarında may ayında birinci məhsul yığımına başlanılıb. Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 50 hektar çay plantasiyasında birinci yığım kampaniyasında 60 nəfərə yaxın könüllü də iştirak edib. “Yaşıl çay” MMC-nin rəhbəri, fermer Araz Yaqubovun sözlərinə görə, ilboyu çay plantasiyalarına düzgün aqrotexniki qulluq göstərilərsə və havalar əlverişli keçərsə, oktyabr-noyabr ayına qədər hər hektardan 5 ton çay tədarük etmək mümkün olacaq. Bildirilib ki, keyfiyyətli çay əldə etmək üçün düzgün aqrotexniki qulluqla yanaşı, emal prosesini də günün tələblərinə uyğun həyata keçirmək lazımdır.
Ölkənin şimal bölgəsində, Zaqatalada da çayçılıq gəlirli və ixrac qabiliyyəti güclü olan sahə kimi diqqət mərkəzindədir. May ayında Zaqatala rayonunun çay plantasiyalarında mövsümün birinci yığımı başa çatıb. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus plantasiyalardan yaz yığım dövründə 11 tonadək yaşıl çay yarpağı tədarük edilib. Yaz mövsümündə plantasiyalardan toplanmış yaşıl çay kütləsindən 2 tonadək quru çay istehsal edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal olunan məhsul satış üçün əsasən, daxili bazara çıxarılır.
Ölkəmizdə ixrac qabiliyyəti yüksək məhsullar sırasında yer alan tütünçülüyün inkişafı istiqamətində də davamlı addımlar atılmaqdadır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası ölkədə tütünçülüyün inkişaf etdirilməsində, tütün məmulatları istehsalının artırılmasında, emal müəssisələrinin yaradılmasında, tütün məmulatlarının ixracının təşviq edilməsində və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarının genişləndirilməsində əhəmiyyətli rola malik olub.
Ötən müddət ərzində atılan addımlar, həmçinin regionlarda tütün tədarükünün artımı Bakı və Sumqayıt şəhərlərində emal müəssisələrinin də fəaliyyətini şərtləndirib. Belə ki, tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradılıb, Bakı siqaret fabriki yenidən qurulub. Bu isə öz növbəsində, daxili tələbatın tam ödənilməsi ilə yanaşı, ixracın da inkişafına şərait yaradır. Belə demək mümkündürsə, regionlarda tütünçülüyün inkişaf etdirilməsi ilə paralel olaraq emal müəssisələrinin də fəaliyyətə başlaması bu strateji məhsuldan yüksək gəlir əldə olunmasına imkan verir.
Tütünçülüyün inkişaf etdiyi şimal bölgəsində may-iyun aylarında da uğurlu nəticələr əldə edilib. Bölgədəki Şəki rayonunun təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi prosesi davam edir. Mayın sonundək rayonda 960 hektar sahədə tütün əkilib. Bu barədə KİV-ə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib. Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 1210 hektarda tütün əkilməsi proqnozlaşdırılır. Şəkili fermerlər cari mövsümdə 400 hektarda “Virciniya botaniki” növlü, 810 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 58 min kvadratmetr sahədə sadə istixanalar hazırlanıb. Fermerlər indiyədək 325 hektar sahəyə “Virciniya botaniki”, 635 hektara isə digər növ tütün şitilləri köçürüblər. Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3835 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 193 ton artıb.
Yeri gəlmişkən, Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Zaqatala, Qax və Şəki rayonlarının təsərrüfatlarında 636 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır. Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi artıq başa çatıb. Şirkətlə müqavilə bağlayan fermerlər proqnoza artıqlaması ilə əməl edərək, 679,76 hektar sahədə tütün əkiblər.
“Zaqatala AGRO İndustry” MMC-nin direktoru İsrafil Səfərovun sözlərinə görə, tütün istehsalı ilə bağlı bu rayonlarda 52 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Tütün istehsalçılarını şitillə təmin etmək üçün fərdi təsərrüfatlarla yanaşı, məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. Ümumiyyətlə, “Zaqatala AGRO İndustry” MMC tərəfindən cari mövsümdə Qax rayonunda 347 hektar, Zaqatalada 293,76 hektar, Şəki rayonunda isə 39 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Hazırda tütün sahələrində aqrotexniki tədbirlərə başlanılıb. Əkin sahələrində cərgələrarası becərmə işləri aparılır, bitkiyə yemləmə gübrəsi verilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür.
Bu il Balakən rayonunun təsərrüfatlarında 300 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 243 hektar sahədə “Virciniya botaniki”, 57 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdirirlər. Artıq rayonun bəzi kəndlərində yerli sort tütünün yarpağının dəriminə başlanılıb. Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, rayonda ilk olaraq tütün yığımı Gərəkli kəndindən olan Ələddin Xıpıyevin təsərrüfatında aparılıb. Fermer yığım mövsümünün ilk günündə “İmmuniy” növlü tütün əkilmiş sahədən 3 tonadək yaşıl kütlə tədarük edib. Təsərrüfatlarda “Virciniya” növlü tütünün yığımına isə yaxın günlərdə başlanılacaq.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 425 hektar sahədən 786 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 273,7 ton artıb.
Masallı rayonunun təsərrüfatlarında tütün əkini kampaniyası mütəşəkkil qaydada davam etdirilir. Fermerlər indiyədək 16,4 hektar sahəyə tütün şitilləri köçürüblər. Builki mövsümdə rayonda 53 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Bu barədə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, rayonda tütün yetişdirilməsi ilə əlaqədar fermerlərlə müqavilələr bağlanılıb. Cari mövsümdə sahələrə əsasən, “Virciniya botaniki” növlü tütün əkilir. Rayonun Ərkivan qəsəbə, Banbaşı, Hişkədərə, Qızılağac, Mahmudavar, Həsənli kənd ərazi icra nümayəndəliklərinin fermerləri və məhsul istehsalçıları tütün əkini kampaniyasında fəallıq nümayiş etdirirlər.
Sonda qeyd etmək yerinə düşər ki, bu il “Azərtütün ASK” MMC tərəfindən şimal-qərb rayonlarında 875,2 hektar sahədə tütün əkilib. “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında tütün əkini kampaniyası başa çatıb. Builki mövsümdə cəmiyyət tərəfindən həmin rayonlarda 875,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bu barədə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib. Qurumun rəsmisi bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 130 fermerlə müqavilə bağlanılıb. Hazırda tütün sahələrində becərmə işləri davam etdirilir. Fermerlər tərəfindən indiyədək 700,2 hektar sahədə birinci suvarma, 505,1 hektarda birinci kultivasiya, 870 hektarda isə birinci kətmənləmə işləri aparılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

