70 il birgə...
17.12.2021 [11:04]
Müşfiqə BAYRAMLI
Mirzəbəyovlar ailəsinin xoşbəxtlik sirri
Ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də həssas qrupdan olan ailələrin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Prezident İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
Son 20 ildə 75 minə yaxın ailə qurulub
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 41067 nikah rəsmiləşib. Azərbaycanın müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə isə rəsmi nikahların sayı 74378 göstərilib.
Statistikaya görə, 2020-ci ildə nikah sayında kəskin azalma müşahidə olunur. Bu səbəb isə dünyanı bürüyən koronavirus pandemiyasıdır. Belə ki, Azərbaycanda toy mərasimləri həmin il martın 16-dan 2021-ci il iyulun 1-dək yasaq edilmişdi.
“Bu gün ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, onların firavanlığının təmin edilməsi, güclü ailələrin formalaşması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli məqsədilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb”.
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova qəzetimizə açıqlamasında deyib.
Bildirilib ki, Komitə tərəfindən nümunəvi ailə modellərinin tanıdılması və belə ailələrdəki münasibətlərdə uzunömürlülüyün sirri, ailədaxili birliyin təbliği məqsədilə “Ailələrimizi tanıyaq” layihəsi həyata keçirilir: “Layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarında yaşayan nümunəvi ailələr haqqında məlumatlar toplayıb, səhifəmizdə təqdim edirik. Düşünürəm ki, yaşlı nəslin xatirə və təcrübələrini, onların ailə münasibətlərinin düzgün qurulması istiqamətində verdiyi məsləhətləri oxucularımıza çatdırmaq əhəmiyyətli işdir”.
Mirzəbəyovlar ailəsinin 10 övladı, 34 nəvəsi, 60 nəticəsi və 34 kötükcəsi var
Azərbaycanda ailə hər zaman cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulan Azərbaycan ailəsi milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdır. Belə ailələrdən biri də 70 il birlikdə ömür sürən Mirzəbəyovlar ailəsidir. Quba rayonunda yaşayan Səbiyyə və Şirinbəy Mirzəbəyovlar 1951-ci ildə qurduqları ailənin uzunömürlü olmasının səbəbini qarşılıqlı hörmətdə, sevgi və sədaqətdə görürlər. Onlar beş oğul, beş qız tərbiyə edib, boya-başa çatdırıblar. Bu gün onların hər biri ailə başçısıdır. Nənə-babanın 34 nəvəsi, 60 nəticəsi və 34 kötükcəsi var.
Şirinbəy baba söhbət zamanı bildirib ki, ömür-gün yoldaşını özü görüb, bəyənib və elçi düşüb. Ailə qurduqdan sonra birlikdə kolxozda işləyiblər. Hər zaman halal zəhmətləri ilə ailəsini dolandıran Mirzəbəyovlar el-oba arasında da hörmət və izzət qazanıblar.
Uzunömürlü ailənin sirri nədir?
Şirinbəy baba deyir ki, ailənin möhkəm olması üçün sağlam bünövrə, sevgi və mehriban münasibət əsas şərtdir: “Ailədə qarşılıqlı hörmət olmalıdır. Hər çətinliyə birgə sinə gərmək lazımdır. Biz ailə quranda çox gənc idik. Həyatı birlikdə öyrəndik. Həyat həmişə asan və düz yoldan ibarət deyil. Çətinliklərin öhdəsindən birlikdə gəlməyə çalışdıq. Birgə mübarizə apardıq. Çünki bizi qarşıda daha uzun yolların gözlədiyini bilirdik. Daha sonra həyatımıza uşaqlar daxil oldu, qayğılar artdı. Amma bu, xoş qayğılar idi”.
Səbiyyə nənə isə deyir ki, ailəmizin uzunömürlülüyünün sirri də elə xoş günlərə birgə sevinib, çətində bir-birimizə arxalanmağımız, həyat yüklü məsələlərdə birgə qərar verməyimizdir: “Gənc ailələrə baxıram, xırda problem yaşanan kimi boşanmaq barədə düşünürlər. Sevgi üzərində qurulan ailəni dağıtmaq belə asandır? Sevirsən, bir könüldən-min könülə aşiq olursan. Sevdiyin üçün səbir etməyi öyrənirsən. Bilirsən ki, çətin günün ömrü az olar. 10 övladımız var. Aralarında heç bir ayrı-seçkilik etmədən, fərq qoymadan böyütmüşük”.
Şirinbəy müəllim və Səbiyyə xanım cəmiyyətə layiqli vətəndaşlar yetişdirmək üçün əllərindən gələni əsirgəməyiblər. Onlar sağlam, tərbiyəli, ağıllı, zəhmətkeş uşaqlar böyütdüklərinə görə özlərini dünyanın ən zəngin insanlarından hesab edirlər və övladları ilə fəxr etdiklərini deyirlər: “Övladlar ailənin güzgüsüdür. Bu güzgünün səni necə göstərəcəyi elə sənin özündən asılıdır. Mən öz 70 illik təcrübəmə güvənib deyirəm ki, əgər el-oba içində hörmətli bir ailənin sahibi olacaqsansa, birinci həyat yoldaşına hörmət edəcəksən. Çünki uşaqlar da böyüyə necə hörmət etmək lazım olduğunu elə sənin özündən öyrənir. Gəncliyimizdə hər əziyyətinə qatlaşdığımız balalarımız bu gün özləri böyük ailə sahibləri olub oğul-uşaqları ilə birgə hər sözümüzü qanun bilib, hər nazımıza dözürlər”.
70 il birgə ömür sürmüş Mirzəbəyovlar ailə dəyərlərinin müqəddəsliyindən danışaraq gənc ailələrə tövsiyələrini bildiriblər: Böyük ailə böyük də məsuliyyətdir. Əziz balalarım, ailənizin təməlini möhkəm qurun. Mehriban olun. Can deyib, can eşidin. Bir-birinizi başa düşməyə çalışın. Hər şey qarşılıqlı hörmətdən başlayır. Bir-birinizə güzəştə getməyi bacarın. Elə bizim kimi ailələrdən nümunə götürün. Dalaşıb ailənizi dağıtmayın ki, ahıl yaşınızda tək qalmayasınız”.
Xoşbəxtliyin rəsmini çəkə bilərsənmi?
Bu yaxınlarda Şirinbəy babanın 90 yaşı olacaq. Ailənin ən kiçik oğlu Elçin bəy deyir ki, valideynlərinin ad günlərində bütün ailə bir yerə toplaşar, bayram-bayrama qarışar. Bunu ailənin albomundakı fotolardan da aydın görmək olar: “Şəkillərdə gördükləriniz ailəmizin bir qismidir. Bütün ailə bir rəsmə sığımırıq (gülür). Valideynlərimiz bizə hər zaman nümunə, həyatımıza mayak olublar. Bizi alın təri, zəhmətlə böyüdüblər. Hər birimizə sənət öyrədiblər. Biz də övladları olaraq, onların əməyini itirməməyə çalışmışıq. Qeyd edim ki, ailəmizdə anamın adını daşıyan balaca Səbiyyə bala da var”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14

