Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Türk dövlətlərinin media birliyi yaradılır

Türk dövlətlərinin media birliyi yaradılır

20.12.2021 [14:21]

Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Əbubəkir Şahin Macarıstanın paytaxtı Budapeştdə RTÜK və Yunus Əmrə İnstitutunun birgə təşkil etdiyi “Rəqəmsal dövrdə media savadlılığı və türkçə seminarı”nın gedişində mühüm açıqlamalar verib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ə.Şahin bildirib ki, türkdilli ölkələr və türk dövlətləri tərəfindən Türk Yayım Tənzimləmə Qurumları Forumu (TBRAF) yaradılacaq.

İstanbul Zirvə toplantısında Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrildiyini və Macarıstanın sözügedən qurumda müşahidəçi statusuna malik olduğunu qeyd edən Ə.Şahin Türkiyə dövlətlərinin media birliyinin yaradılmasının əhəmiyyətindən danışıb: “Məqsədimiz qardaş ölkələrlə tarix və mədəniyyət, xüsusilə gözəl türkcəmizin yayılması sahəsində mühüm tərəfdaşlıq yaratmaqdır. Əminəm ki, türkdilli ölkələr arasında qurulacaq bu beynəlxalq platforma xalqlarımız arasında birliyi daha da möhkəmləndirəcək”.

Paylaş:
Baxılıb: 835 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30