9 fəsil, 78 maddə...
10.02.2022 [10:36]
Media haqqında Qanunun qüvvəyə minməsi hansı keyfiyyət dəyişikliklərinə və yeniliklərə yol açacaq?
Nurlan QƏLƏNDƏRLİ
İctimai rəydə müzakirə predmetinə çevrilən mühüm məsələlərdən biri Prezident İlham Əliyevin Media haqqında Azərbaycan Respublikası Qanununu təsdiqləməsidir. Ekspertlər bu addımı siyasi təkamül yolu ilə inkişaf edən - öz milli gücünü artıran Azərbaycanda islahatlar kursunun mühüm tərkib hissəsi kimi dəyərləndirirlər.
Bəs Media haqqında Qanunun qüvvəyə minməsi hansı keyfiyyət dəyişikliklərinə və yeniliklərə yol açacaq? Sualı aydın və əhatəli cavablandırmaq üçün Qanunda əksini tapan bir sıra vacib məqamlara xüsusi diqqət yetirmək lazımdır.
Əvvəla qeyd edək ki, Qanun ölkə Konstitusiyasına uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
İlk növbədə, 9 fəsil, 78 maddədən ibarət olan Qanunda əsas anlayışlara aydınlıq gətirilib. Media haqqında qanunvericilik, Qanunun tətbiq dairəsi, media sahəsində dövlətin vəzifələri, media azadlığı, jurnalist fəaliyyətinin təminatı, informasiyadan istifadə edilməsi, mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər, informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar və digər məsələlər öz əksini tapıb.
Media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək, respublikada hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək, media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq, ölkənin media məkanının təhlükəsizliyini təmin etmək və digər bu kimi məsələlər dövlətin əsas vəzifələri kimi müəyyənləşdirilib. Qeyd olunub ki, jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər. Bununla yanaşı, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Qanunda əksini tapan mühüm məsələlərdən biri informasiyadan istifadə edilməsi ilə əlaqədardır. Məlumdur ki, internet resurslarının inkişafı bu sahədə bir sıra sui-istifadə hallarına zəmin yaradıb. Ona görə də məsələnin qanun çərçivəsində və konkret qaydalar əsasında tənzimlənməsi zərurətdir. Qanunda qeyd edilib ki, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Diqqəti cəlb edən məqamlardan biri mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblərdir. Bəs hansı informasiyalar dərc edilə, yayımlana bilməz? Əvvəla, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışların edildiyi informasiyanın dərci və ya yayımlanmasına yol vermək olmaz. Digər tərəfdən, dövlət dili normalarına riayət edilməli, irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalı, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməli, əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə, şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, respublikanın dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir. Bununla yanaşı, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması, böhtan, təhqir və nifrət çıxışları da yolverilməzdir. Sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmaması da tələblər sırasında yer alır. Önəmli nüanslardan biri də parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməsidir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə, yayımlanmasına yol vermək olmaz.
Eyni zamanda, informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar da Qanunda əksini tapan və bilinməsi zəruri olan məqamlardan biridir. Sənədə əsasən, şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir. Həmçinin məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanması yolverilməzdir. Buna bənzər digər nüanslar da informasiyanın yayılması, informasiya mənbəyinin açıqlanması məsələlərinə aydınlıq gətirir.
Daha bir vacib məsələ məlumat almaq hüququ ilə əlaqədardır. Qanunda qeyd edildiyi kimi, media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz. Bəhs olunan qurumlar və vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər. “İnformasiya əldə etmək haqqında” Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir.
Qanunda gizli audio və (və ya) vizual məlumatlar haqqında təfərrüatlara da yer verilib. Bəs hansı hallarda gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yol verilir? Əvvəla, barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə, məhkəmənin qərarı ilə nümayiş etdirilirsə, o zaman gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yol verilir.
Qanunun qüvvəyə minməsi ilə həllini tapacaq mühüm məsələlərdən biri də Media Reyestrinin yaradılmasıdır. Bu, respublikada media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədinə xidmət edir. Bəs Media Reyestrinə daxil edilmək üçün jurnalistlər hansı tələblərə cavab verməlidirlər? Əvvəla, ali təhsili və fəaliyyət qabiliyyətli olmalıdır. Həmçinin ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdırlar. Əgər jurnalist Reyestrə daxil edilmək istəyirsə, məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır. Bununla yanaşı, media subyekti ilə əmək müqaviləsinin olması lazımdır. Fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin isə azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır. Digər tərəfdən, işlədiyi media subyektinin Media Reyestrinə daxil edilmiş olması və davamlı fəaliyyət göstərməsi (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla), jurnalistika sahəsi üzrə 3 ildən az olmayaraq iş stajının olması və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 ildən az olmayan müddətdə fəaliyyət göstərməsi və digər bir sıra məsələlər Reyestrə daxil edilmək üçün müəyyənləşdirilmiş tələblər sırasındadır.
Beləliklə, bütün bu və digər məqamlar deməyə əsas verir ki, Media haqqında Qanunun qəbul edilməsi milli mətbuatın inkişafı ilə bağlı mühüm keyfiyyət dəyişikliklərinə, əhəmiyyətli yeniliklərə yol açacaq. Xüsusilə, milli informasiya mühitinin sağlamlaşdırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, jurnalistlərin ictimai imicinin möhkəmləndirilməsi, sosial şəraitinin yaxşılaşdırılması, qeyri-peşəkarlıq və sui-istifadə hallarının aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir. Qanunun qəbulu ilə yanaşı, dövlətin jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verməsi isə bu təbəqədən olan insanların layiqli həyat şəraitinin təmin olunması üçün atılmış vacib addımlardan biridir.
Nəticə etibarilə, Azərbaycan Prezidenti mediaya inam - güvən ifadə etməklə yanaşı, milli mətbuatın inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısının siyasi iradəsinin nəticələri ortadadır: bu gün medianın inkişafı istiqamətində çox mühüm addımlar atılır - müasir tələblərə və çağırışlara uyğun mütərəqqi islahatlar həyata keçirilir. “Media haqqında” Qanunun qəbul olunması isə yeni dövrün tələblərindən və reallıqlarından irəli gələn zərurətdir. Yeni qanun media üçün ictimai-hüquqi yol xəritəsi olacaq. Bunu “media məcəlləsi” də adlandıra bilərik. Çünki orada əksini tapan məsələlər milli maraqların informasiya müstəvisində qorunmasına imkan verməklə yanaşı, ictimai münasibətlərin tənzimlənməsi baxımından da əhəmiyyətlidir. Şübhəsiz ki, yeni hüquqi baxış milli medianın hakimiyyətin dördüncü qolu kimi yeni ictimai münasibətlər formalaşdırmasını təmin edəcək. Bu, sıravi jurnalistdən tutmuş media subyektlərinə, sadə vətəndaşdan başlamış vətəndaş cəmiyyəti təsisatlarına qədər - bütövlükdə bütün cəmiyyət və dövlət üçün faydalı, zəruri və önəmli məsələdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

