“Sputnik Azərbaycan” bağlanır?
02.03.2022 [10:17]
Avropa İttifaqından media orqanlarına qadağa...
Günel ABBAS
Nicat DİLQƏMLİ
Avropa İttifaqı “Russia Today” telekanalının yayımını və “Sputnik” agentliyinin üzv ölkələrdə fəaliyyətini qadağan edəcək. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu barədə Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib. Bildirilib ki, Aİ-də Kremlin media maşını - dövlətə məxsus “Russia Today” və “Sputnik”, eləcə də onların törəmə şirkətlərinin fəaliyyətini qadağan ediləcək. Qeyd edilib ki, şirkətlərin fəaliyyətlərinə qoyulan qadağanın əsas məqsədi Avropada zəhərli və zərərli dezinformasiyanın yayılmasının qarşısını almaqdır. “Sputnik”in bir sıra ölkələrdəki şöbələrinin bağlanması bu agentliyin Azərbaycandakı bürosunun fəaliyyəti ilə bağlı bəzi suallar yaradır.
Bu qadağanın əyani şəkildə tətbiq olunması nə dərəcədə realdır? Məsələ ilə bağlı ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının rəhbərlərinə müraciət etdik.
“Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Yeni Azərbaycan”a açıqlamasında “Sputnik”in ölkəmizdəki ofisinin bağlanacağı halda orada çalışanların bir hissəsini rəhbəri olduğu media orqanına dəvət etdiyini bildirdi: “Hesab edirəm ki, “Sputnik” və “Russia today”in yayımlanması Azərbaycanda da dayandırılmalıdır. Həm Avropa Birliyi bunları müharibənin propoqandisti kimi ləğv edib, həm də bizim çıxarlarımıza uyğundur. Marqarita Simonyanın rəhbərlik etdiyi bu yayım orqanları rus, ingilis və başqa dillərdə Azərbaycana qarşı illərdir əks-təbliğat aparır. Müharibə dövründə Azərbaycan Ordusuna, Azərbaycanın haqq davasına münasibətdə tərs və yalan yayımlar həyata keçiriblər. Çox təəssüf ki, onların Azərbaycanda da redaksiyaları var və mən bunu nonsens kimi qəbul edirəm. Hesab edirəm ki, Azərbaycan dövləti yaranmış bu fürsətdən istifadə edərək bu yalançı və müharibə ideologiyasını dəstəkləyən, yayan media quruluşlarının, xüsusilə də “Sputnik” agentliyinin ölkəmizdəki ofisini bağlamalıdır, ofisin bizdə fəaliyyət göstərməsi doğru deyil. Orada çalışan yerli azərbaycanlı jurnalistləri isə işlə təmin etmək bizim dövlətimizə o qədər də yük verməz. Ən azı bir neçə nəfəri bizim redaksiya işlə təmin edər. Məncə, bu bölgünü aparıb, işi həll etmək lazımdır”.
“APA” holdinqin rəhbəri Vüsalə Mahirqızının sözlərinə görə, Azərbaycan hazırda sanksiyalara qoşulmayıb: “Həm bu səbəbdən, həm də Aİ-yə üzv olmadığına görə düşünmürəm ki, “Sputnik Azərbaycan”ın ölkəmizdə fəaliyyəti qadağa oluna bilər. “Sputnik Azərbaycan”ın indiki halda apardığı siyasət də daha çox öz təsis olunduğu ölkənin maraqlarına xidmət edir. Amma orada çox dəyərli azərbaycanlı jurnalistlər çalışırlar. Hansı ki, onların bir çoxu bizim tanıdığımız insanlardırlar və obyektivlikləri ilə fərqlənirlər. Ancaq “Sputnik Azərbaycanın” bağlanacağı halda heç nə baş verməz, informasiya mühitimizin böyük bir şey itirəcəyini düşünmürəm”.
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev sözügedən müzakirənin başlamasına güman edilmədiyini düşünür: “Azərbaycan rəsmi sürətdə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, bizim ikitərəfli müqaviləmiz var. Bu yaxınlarda da müttəfiqlik deklarasiyası imzalanıb. Azərbaycan sanksiyalara qoşulmayıbsa, hesab etmirəm ki, bu məsələ hazırda Azərbaycanda müzakirə olunar. Çünki bunun müzakirə olunması üçün Azərbaycan sanksiyalara qoşulmalıdır və təbii ki, Rusiyaya qarşı sanksiyalara qoşulmaq Azərbaycanın milli maraqlarından irəli gələn məsələ deyil. Bu baş verə biləcəyi halda ikitərəfli müqavilələr, ikitərəfli əməkdaşlıq məsələsi ortaya çıxa bilər”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd etdi ki, media orqanlarının fəaliyyətinin məhdudlaşdırılması heç bir halda yol verilməyən yanaşmadır: “Şəraitdən və vəziyyətdən asılı olmayaraq media orqanlarının fəaliyyətinin məhdudlaşdırılması heç bir halda yol verilməyən yanaşmadır. Çünki bu gün Ukraynanın ətrafında baş verənlərin Rusiya və Qərbin münasibətlərində geosiyasi maraq toqquşmasından başqa bir şey deyil və həmin toqquşma üçün Ukrayna bir arena kimi seçildi. Ancaq media orqanlarının fəaliyyəti dünyanın harasında olmağından asılı olmayaraq bu cür konfliktlər, proseslər, inkişaf hadisələri və tənəzzül prosesləri ilə bağlı informasiyanı obyektiv şəkildə toplamaqdan və yaymaqdan ibarətdir. Bir halda ki, medianın missiyası döyüş meydanında vuruşan texnikadan və əsgərlərdən tamamilə fərqlidir, onda Avropa Birliyinin Rusiyaya bağlı media orqanlarının fəaliyyətini dayandırması qərarını qəbul etməsi şəraitə və prinsiplərə uyğun deyil. Ona görə ki, Qərbin özünün də müəyyən media orqanları geosiyasi qarşıdurma məqamlarında mənsub olduğu ölkələrin və geosiyasi qütblərin marağından çıxış edir. Bu “CNN”ə, “BBC”yə və digər media orqanlarına da aiddir. Ona görə dünyada dövlətlərin və qütblərin arasında bu cür qarşıdurma hallarında medianın ziyan görməsi heç bir halda doğru yanaşma deyil və əgər Avropa İttifaqı belə bir addım atarsa, düşünürəm ki, bu, müharibənin maraqları içərisində medianın inkişafına zərbə vurmaqdan başqa bir şey deyil. Əgər “Sputnik Azərbaycan”ın da fəaliyyətinə bu nöqteyi-nəzərdən yanaşsaq, onun fəaliyyətinə, yayımına Azərbaycanda hər hansı bir maneə yoxdur. Çünki “Sputnik Azərbaycan” həmin agentliyin Azərbaycanda fəaliyyət göstərən bir şöbəsi olaraq dövlətlərarası münasibətlər, medianın prinsipləri və baş verən hadisələr barədə Azərbaycan auditoriyasına məlumat çatdırır. Ona görə də ölkəmizdə “Sputnik Azərbaycan”ın və eləcə də digər media orqanlarının fəaliyyətlərinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Ancaq təkrar edirəm ki, Avropa Birliyinin həmin media orqanlarının fəaliyyətini məhdudlaşdırması nə beynəlxalq media prinsiplərinə, nə də hazırkı geosiyasi qarşıdurmanın obyektiv tələblərinə uyğun olan addımdır. Bütün hallarda medianın və jurnalistlərin fəaliyyəti məhdudlaşdırıla bilməz”.
“Sputnik Azərbaycan”ın direktoru Əziz Əliyev isə suallarımıza cavab olaraq bu barədə heç bir məlumatının olmadığını bildirdi.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

