Nəzəri yanaşma və inkişafın Azərbaycan modeli
18.05.2023 [11:19]
Günel ABBAS
İqtisadiyyatın liberal mahiyyəti tarixən formalaşmış klassik yanaşmaların ən maraqlı istiqamətlərindən biri hesab olunur. Dünya üzrə aparılan araşdırmalar aşağıdakı nəticələrə gəlməyə əsas verir: davamlı iqtisadi inkişaf insanların uğur qazanmaları üçün əsas yoldur; dövlətin müdaxiləsi olmadan mövcud olan azad bazarlar sərvətlərin səmərəli və ən uyğun formada paylaşdırılması üçün effektiv üsuldur; iqtisadi qloballaşma hər kəsə fayda gətirir; özəlləşmə ictimai sektordakı səmərəsizlik mühitini aradan qaldırır; dövlət daha çox mülkiyyət hüququna hörmətlə yanaşmaqla qanun çərçivəsində özəl sektorun fəaliyyəti üçün zəruri infrastrukturu yaratmaq funksiyasını yerinə yetirməlidir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında toplaşıb: “Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir”.
Onun sözlərinə görə, dünyanın yüksək inkişaf etmiş ölkələrinin də üzləşdiyi iqtisadi böhran “İnkişafın Azərbaycan modeli”ni gündəmə gətirir: “Prezident İlham Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü iqtisadiyyatın şaxələndirilməsi konsepsiyası məhz bu modelin əsas elementlərindən olan davamlı iqtisadi inkişafa aparan amildir. Son illərin təcrübəsi iqtisadiyyatın şaxələndirilməsinin ən səmərəli yolu kimi sahibkarlığın inkişafını ön plana çıxarır. Sahibkarlığın inkişaf səviyyəsi iqtisadiyyatın şaxələnməsinə və təsərrüfat sisteminin bir sahədən asılılığının aradan qalxmasına zəmin yaradır. Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir”.
Azərbaycanın nail olduğu davamlı inkişaf modeli digər heç bir dövlətin inkişaf yoluna bənzəməyən, mövcud təcrübələri təkrarlamayan milli inkişaf modelidir. Belə bir konsepsiyanın daha hansı elementlərlə təkmilləşdirilməsi üzərində araşdırmalar aparılarkən müxtəlif yanaşmalar ortaya çıxır. Qeyd olunan xüsusiyyətləri ölkəmizin mövcud iqtisadi inkişaf əlamətləri ilə uyğunlaşdıraraq tətbiq etmək müsbət nəticələr verə bilər. Xüsusi vurğulamaq lazımdır ki, iqtisadiyyatın heç bir elmi əsaslandırma olmadan, kortəbii şəkildə liberallaşdırılması iqtisadi inkişafa təkan vermir. Eyni zamanda, iqtisadi fəaliyyətə hədsiz dövlət müdaxiləsi də tərəqqiyə aparmır. Bu məsələdə hər bir ölkənin milli xüsusiyyətləri, mövcud imkanları ön plana çıxarılmaqla ən optimal modelin müəyyənləşdirilməsi zəruridir. Azərbaycan, bütün qeyd olunan məqamlar nəzərə alınmaqla artıq öz mütərəqqi inkişaf modelini müəyyənləşdirib. Bu modelin gələcəkdə daha da təkmilləşdirilərək ölkəmizin davamlı tərəqqisinə, xalqımızın rifahına xidmət edəcəyi şübhə doğurmur.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

