Xıdır Nəbi bayramının qəribə adətləri: bayram mətbəxi və inancları
21.02.2024 [10:35]
Qərbi Azərbaycan Xronikası
Milli kimliyimizin, mövcudluğumuzun ən vacib sütunlarından biri tarixi yaddaşımızdır. Qədim ənənətə söykənən tarixi-mədəni irsin öyrənilməsi, tədqiqi, təbliği və tədrisi tarixi yaddaşı möhkəmləndirməyin, milli varlığı qorumağın ən əhəmiyyətli hissəsidir. Böyük elm, maarif, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapan Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikasında) ata-babalarımızın yaratdıqları tarixi abidələri, zəngin ədəbi-mədəni mühiti, milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edən təhsil ocaqlarının öyrənilməsi və gələcək nəsillərə çatdırılması xalqımızın tarixi yaddaşının zənginləşməsinə xidmət edib. Hər bir Azərbaycan vətəndaşı böyük tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalı, onu öyrənib yaşatmalıdır.
Ata-babalarımız ölkəmizin indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə min illər boyu zəngin maddi və mənəvi mədəniyyət nümunələri ərsəyə gətiriblər. Mövcud çətinliklərə baxmayaraq, sənədlərə, mənbələrə, arxiv materiallarına çevrilən bu mədəniyyət nümunələri, çox təəssüf ki, siyasi mülahizələr ucbatından zaman və məkan axarında itib-batıb, elmi dövriyyədən kənarda qalıb.
Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın orada yaratdığı maddi və mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, dövlətçilik ənənələrinin öyrənilməsi, tədqiq və təbliğ olunması hazırkı dövrdə çox mühüm əhəmiyyət daşıyır. Hər şeydən əvvəl bu, Ermənistan adlanan təcavüzkar dövlətin son 30 ildə apardığı yalan və böhtan siyasətinə cavab olaraq onun özünün uydurma tarixinə yenidən baxılmasını şərtləndirir. Bu, həm də Azərbaycan tarixinin mühüm bir mərhələsinin, siyasi sərhədlərimizdən kənarda qalan torpaqlarımızda (İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz) millətimizin əsrlər boyu yaratdıqları maddi və mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, ədəbi-bədii irsin, dövlətçilik ənənələrinin öyrənilməsinə dövlət səviyyəsində çağırışın təzahürüdür.
Bu gün Qərbi Azərbaycanın elmi və mədəni mühitinin tanıdılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Onlardan biri də Qərbi Azərbaycan Xronikası layihəsidir. Bu yaxınlarda layihə çərçivəsində növbəti süjet hazırlanıb. “Türk dünyasında geniş yayılan Xıdır Elləz bayramı” adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər mahalında, hər kəndində qeyd olunan Xıdır İlyas, Xıdır Elləz və ya Xıdır Nəbi adlanan bayramın necə keçirildiyi xatırladılır.
Bildirilir ki, Xıdır Elləz qədim tarixə malikdir və el arasında geniş yayılıb. Bütün türk dünyasında bu mərasim qeyd olunur. Xıdır Nəbi “su, külək və havanın” himayəçisi” kimi təqdim edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir. Xıdır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır yer, su, umay kimi bir Vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir.
İnanclara görə, əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaq. “Xızır” türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, gətirən kişi, qəhrəman deməkdir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması ilə bağlı həqiqətlərin yayılması, təbliğ olunması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olmasını təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, layihə həm də Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaq xarakteri daşıyır.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

