Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / AzərTAc-ın Baş direktoru Aslan Aslanov Bişkekdəki Beynəlxalq Aytmatov Akademiyasının akademiki adına layiq görülüb

AzərTAc-ın Baş direktoru Aslan Aslanov Bişkekdəki Beynəlxalq Aytmatov Akademiyasının akademiki adına layiq görülüb

15.07.2010 [08:15]

Nüsrət Məmmədov: Aslan Aslanova bu ad Azərbaycan ilə Qırğızıstan arasında KİV sahəsində əlaqələrin inkişafına verdiyi töhfəyə görə verilib
Bişkekdəki Türkdilli ölkələrin Siyasətinə Dəstək Fondunun təqdimatı və Qırğızıstan Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Baş direktoru Aslan Aslanov Azərbaycanın Milli Mətbuat Günü ərəfəsində türkdilli ölkələrin ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki adına layiq görülüb. Fondun sədri Nüsrət Məmmədov müxbirimizə bildirib ki, Aslan Aslanova bu ad Azərbaycan ilə Qırğızıstan arasında KİV sahəsində əlaqələrin inkişafına verdiyi töhfəyə, “Kabar” informasiya agentliyi ilə informasiya mübadiləsinə və səmərəli əməkdaşlığa, həmçinin, AzərTAc vasitəsilə Qırğızıstanın ictimai-siyasi həyatı, ədəbiyyatı, incəsənəti, mədəniyyəti haqqında müntəzəm yayılan və həqiqəti əks etdirən materiallara görə verilib. Biz bu münasibətlə Aslan Aslanovu təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.
Akademiyanın prezidenti Abdildacan Akmataliyevin imzası ilə Aslan Aslanovun ünvanına göndərilmiş məktubda bildirilir ki, müvafiq diplom ona Bakıda təqdim olunacaq.

Paylaş:
Baxılıb: 1159 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30