Erik Rudenşold: Azərbaycan olmasa, Mərkəzi Asiya ilə Avropa arasında bağlantı mümkün deyil
23.04.2025 [20:28]
Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında Trans-Xəzər bağlantısında əvəzolunmaz rol oynadığını deyib.
O, AZƏRTAC-a verdiyi açıqlamada Azərbaycanın Trans-Xəzər dəhlizinin əsas dayağı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizi üzərindən hərəkəti təmin etməklə yanaşı, Gürcüstan və Türkiyə vasitəsilə Qara dənizə çıxışı birləşdirir. E.Rudenşold əlavə edib ki, Azərbaycan həm yükdaşıma, həm də enerji sahəsində bu proseslərin əsas hərəkətverici qüvvəsidir.
Avropa üçün strateji enerji tərəfdaşı kimi Azərbaycanın rolundan danışan Rudenşold ölkəmizin neft-qaz sahəsində əsas oyunçu olduğunu qeyd edərək deyib: “Azərbaycan Avropada sabit enerji təchizatçısı kimi çıxış edən və bu ölkələrin Rusiyadan asılılığını azaltmağa köməklik göstərən mühüm tərəfdaşdır”.
Erik Rudenşold, həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birlikdə yaşıl enerji sahəsində əməkdaşlıq etdiyini və bu istiqamətdə inkişafın bölgə üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Orta Dəhlizin uğuru baxımından Azərbaycanın logistika və infrastruktur imkanlarını dəyərləndirən E.Rudenşold Azərbaycanın bu dəhlizin ən vacib elementlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, Qazaxıstandan və Türkmənistandan gələn bütün yüklər Bakı Limanında cəmləşir. Bakı Limanının inkişafı isə yüklərin daha sürətli və səmərəli şəkildə tranzitini mümkün edir. Rudenşoldun fikrincə, əgər Ermənistanla sülh əldə olunarsa, bu, Orta Dəhliz üzrə yükdaşımaların iki dəfə artmasına imkan verəcək əlavə bir dəmir yolu xəttinin istifadəyə verilməsi ilə nəticələnə bilər. O, Azərbaycanın bölgədəki digər ölkələr üçün də yeni imkanlar yaradaraq regional inkişafın önündə getdiyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

