/ / AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıblar
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıblar
17.06.2016 [10:03]
İyunun 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olublar.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitənin sədri Mübariz Qurbanlı görüşdə Avropa Şurası ilə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu, Avropa Şurasının ölkəmizin qarşısına qoyduğu öhdəliklərin yerinə yetirildiyini və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğunu bildirib.
Həmməruzəçi Stefan Şennak Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın dini məsələlərlə bağlı tolerant ölkə olduğunu deyən qonaq buna əyani şahid olduqlarını bildirib.
Görüşdə ölkəmizdəki dini vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. Bu gün Azərbaycanın tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biri olduğunu deyən Mübariz Qurbanlı adıçəkilən dəyərlərin dövlət səviyyəsində qorunduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda dini durum sabitdir, müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər.
Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini bildirən komitə sədri ölkəmizdə məscid, sinaqoq, kilsələrin insanların ixtiyarına verildiyini və ibadət evlərinin bir qisminin təmir və bərpasının Azərbaycan hökuməti hesabına həyata keçirildiyini deyib. Bildirilib ki, bu gün Azərbaycanda 13 kilsə (pravoslav, Alban-Udi və katolik), 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, bu gün də Bakıda qorunub saxlanılan erməni kilsəsi mövcuddur.
Komitə sədri dini radikalizm və ekstremizm sahəsində dövlət tərəfindən aparılan qabaqlayıcı tədbirlər və mübarizə üsulları barədə də qonaqlara məlumat verib.
Sezar Florin Preda Azərbaycandakı dini vəziyyətin normal olduğunu vurğulayaraq dövlət-din münasibətləri, konfessiyalararası münasibətlərin vəziyyəti, qeyri-hökumət təşkilatları ilə əlaqələr və digər maraq doğuran məsələlər barədə fikirlərini bildirib.
Mübariz Qurbanlı ingilis və Azərbaycan dillərində nəşr olunmuş “Azərbaycanın seçilmiş İslam abidələri” kitabını qonaqlara təqdim edib.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin katibi Delfin Freyman, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

