/ / Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
02.07.2016 [09:52]
İyulun 1-də Azərbaycan Nazirlər Kabinetində Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın XI iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun və Ukrayna Baş nazirinin birinci müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun görüşü keçirilib.
Sonra həmsədrlər Yaqub Eyyubovun və Gennadi Zubkonun başçılıq etdikləri Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası olub.
Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanın iqtisadi göstəricilərindən, ölkəmizdə aparılan islahatlardan, biznesin inkişafına yaradılan şəraitdən danışıb. O, Azərbaycan-Ukrayna münasibətlərinə toxunaraq, iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinin və genişlənməsinin əhəmiyyətini vurğulayıb, yaxın, dost və tərəfdaş ölkələrdən biri adlandırdığı Ukrayna ilə əlaqələrin inkişafında Azərbaycanın maraqlı olduğunu bildirib.
Ukrayna Baş nazirinin müavini Gennadi Zubko bildirib ki, bugünkü görüşün əsas məqsədi qarşılıqlı iqtisadi fəaliyyətin prioritetlərini müəyyən etmək, ticari-iqtisadi əməkdaşlıq göstəricilərini yaxşılaşdırmaq və biznesi inkişaf etdirmək üçün yollar axtarmaqdır.
Görüşün yekunlarına görə, gələcək iqtisadi əməkdaşlığın energetika, nəqliyyat, aqrar-sənaye kompleksi və maşınqayırma kimi dörd prioritet istiqaməti müəyyən olunub.
İclasın yekunlarına əsasən, Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın XI iclasının Protokolu imzalanıb. Sənədi Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Ukrayna Baş nazirinin müavini Gennadi Zubko imzalayıblar.
Ukrayna hökumət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkəmizin müxtəlif idarə və nazirliklərində görüşlər keçiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16

