Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyanın Azərbaycandakı səfirliyində mərhum səfir Andrey Karlovun xatirəsi anılır

Rusiyanın Azərbaycandakı səfirliyində mərhum səfir Andrey Karlovun xatirəsi anılır

22.12.2016 [10:17]

Rusiyanın Azərbaycandakı səfirliyində bu ölkənin Ankarada qətlə yetirilmiş səfiri Andrey Karlovun xatirəsinin yad edilməsi üçün başsağlığı kitabı açılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov başsağlığı kitabına ürək sözlərini yazıb. Yaqub Eyyubov Azərbaycan hökuməti adından Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinə başsağlığı verib. Baş nazirin birinci müavini ölkələrimizi sıx dostluq əlaqələrinin birləşdirdiyini vurğulayıb.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri, Mili Məclisin deputatları da səfirliyə gedərək başsağlığı verirlər.
Başsağlığı kitabı dekabrın 21-də saat 10.00-dan 13.00-dək, dekabrın 22-də saat 10.00-dan 13.00-dək açıq olacaq.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30