Azərbaycan və İtaliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
12.04.2017 [09:49]
Bakıda Azərbaycan və İtaliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, İtaliya Respublikasını isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi xanım Elisabetta Belloni təmsil edib.
X.Xələfov Azərbaycan və İtaliya arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirərək, siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsi baxımından qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edən X.Xələfov enerji sahəsi ilə paralel olaraq qeyri-neft sektorunda da əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb. Bu xüsusda, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, sənaye, turizm sahələrində İtaliyanı təmsil edən şirkətlərin xidmətlərini təqdim etməsi və layihələrdə yaxından iştirak etməsinin qarşılıqlı faydalı olacağını əlavə edib.
Nazir müavini strateji xarakterə malik TAP layihəsinin tamamlanıb istifadəyə verilməsinin, həmçinin ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və səylərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Xanım Elisabetta Belloni bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və keçən müddət ərzində əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini deyən E.Belloni İtaliyanın kənd təsərrüfatı, nəqliyyat, xüsusilə də dəmiryol nəqliyyatı, həmçinin turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. İqtisadiyyat sahəsində hökumətlərarası komissiya və biznes forumların keçirilməsi ənənəsinin gələcəkdə də davam etdirilməsinin vacib olduğunu vurğulayıb.
E.Belloni humanitar sahədə əlaqələrə toxunaraq, bu xüsusda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyada mədəni irsin qorunması sahəsində xidmətlərini xüsusi qeyd edib.
Sonda X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi barəsində qonağı məlumatlandırıb. 2016-cı ilin aprel döyüşlərinin, həmçinin Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəsin pozulmasının Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini, yeni ərazilərin işğalına, əlavə qaçqın və məcburi köçkün axınının yaranmasına cəhd göstərdiyini bir daha sübut etdiyini vurğulayıb. Azərbaycan üçün qəbulolunmaz sayılan hazırkı “nə hərb, nə sülh” vəziyyətinin mövcudluğunun regional təhlükəsizlik və inkişafa ciddi təhdid olduğunu qeyd edib. Həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə alternativin olmadığını əlavə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

