Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi daimidir və bundan sonra da artacaqdır
12.05.2017 [10:12]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 11-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu əlaqələri daha da inkişaf etdirməyin və bu birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Baş nazirin müavini 16 aprel tarixdə Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilmiş referendumda hakim Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi ilə bağlı öz təbriklərini çatdırıb. Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün tədbirlər görürdü. Xüsusilə torpaqlarımız işğal olunan zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxartmaq olmaz və burada qardaş Türkiyənin dəstəyi çox böyük olmuşdur.
Baş nazirin müavini Əli Həsənov deyib ki, Prezident İlham Əliyev hər zaman müsəlman ölkələrinin həmrəyliyini, onların bir olmasının vacibliyini qeyd edir. Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil.
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərara toxunan Əli Həsənov bunun əsassız və ədalətsiz qərar olduğunu bildirib: “Türkiyə bizə qonşu, qardaş dövlətdir. Qardaş ölkədə güclü islahatlar həyata keçirilir. Beynəlxalq təşkilatlar bu cür ədalətsiz qərar qəbul etdikdə onlara olan inam və etibar, demək olar ki, itir. Bu cür təşkilatlar əgər düzgün yol tutmasalar, onların özlərinə ziyan olacaqdır. Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var. 25 ildir ki, bizim problemimiz həll olunmur. Əgər beynəlxalq təşkilatlar qərar qəbul edib onu icra etmirlərsə, onda bu, kimə lazımdır?”
Əli Həsənov səfirə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, mayın 12-dən başlayacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, bu həm idman yarışı olmaqla yanaşı, həm ölkəmizi tanıtmaq, həm də İslam həmrəyliyi ilə bağlı keçirilən ən böyük tədbirdir.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirib. Səfir Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən tədbiri qeyd edərək Ümummilli lider haqqında xoş sözlərini çatdırıb.
O, AŞPA-da Türkiyəyə qarşı ədalətsiz qərar qəbul edilərkən Prezident İlham Əliyev tərəfindən Türkiyəyə göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşdə Erkan Özoral Ramazan bayramı ərəfəsində Türkiyənin Qızıl Ay beynəlxalq humanitar təşkilatı tərəfindən ölkəmizdə olan məcburi köçkünlərə yardım edilməsi ilə bağlı bəzi fikirlərini çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

