Tbilisidə NATO PA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
31.05.2017 [10:04]
Mayın 27-də Tbilisidə NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində qurumun Müdafiə və Təhlükəsizlik komitəsinin iclası keçirilib. İclasda Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Gürcüstanın müdafiə naziri Levan İzoria iclasda çıxış edərək ölkəsinin Avratlantik strukturlara inteqrasiyası, Silahlı Qüvvələrdə islahatlar, beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərdən danışıb.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iclasda çıxış edərək bildirib ki, Azərbaycan dövləti və xalqı Gürcüstanın Avropaya və NATO-ya inteqrasiyasını dəstəkləyir. Beynəlxalq terrorizm və separatizm təhlükələrindən danışan S.Novruzov deyib ki, Gürcüstan kimi, Azərbaycanın da əraziləri işğal olunub. Ermənistan silahlı birləşmələri Azərbaycanın ərazisinin 20 faizini işğal edib. Təhlükələr bu gün də davam edir.
Siyavuş Novruzov nazirə sualla müraciət edərək deyib: “Məlumdur ki, Gürcüstan ərazisindən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu keçir. 2008-ci ildə bu kəmərləri partlatmaq cəhdi olub. ASALA terror təşkilatı dəfələrlə bu kəmərləri partlatmaqla hədələyib. Gürcüstan Silahlı Qüvvələri bu layihələrin mühafizəsi üçün hansı tədbirlər görür?”
L.İzoria deyib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Mən də nazir kimi ilk səfərimi Azərbaycana etmişəm. Bu gün həqiqətən də terrorizm və separatizm təhlükəsi var. Gürcüstan bunlara qarşı mübarizə aparır. Enerji və infrastruktur layihələrinin təhlükəsizliyinin təminatı Gürcüstanın prioritetlərindəndir. Lakin bu cür təhlükələrə qarşı birgə mübarizə daha böyük səmərə verə bilər. Ona görə də biz üçtərəfli əməkdaşlığa üstünlük veririk. Bu günlərdə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin 5-ci görüşü oldu. Bu görüşdə bir sıra çox mühüm məsələlər müzakirə edildi. Üçtərəfli əməkdaşlığımız çərçivəsində yaxın vaxtlarda bizim hərbi təlimlərimiz olacaq. Sentyabrda hər üç ölkənin hərbçilərinin iştirakı ilə daha bir hərbi təlim keçirəcəyik. Düşünürəm ki, üçtərəfli əməkdaşlığımız sayəsində biz qlobal layihələrin səmərəli mühafizəsini və təhlükəsizliyini effektiv təmin edə biləcəyik”.
Qeyd edək ki, mayın 27-də NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik, Elm və Texnologiyalar komitələrinin də iclasları keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

