Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb
31.05.2017 [10:26]
Mayın 30-da Nazirlər Kabinetində Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun MAPS Missiya (Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək) ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və BMT missiyasının rəhbəri Ben Sley nümayəndə heyəti ilə iştirak edib.
Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən ibarət qlobal proqramına qoşulub. Azərbaycan hökuməti öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb.
Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Baş nazirin müavininin Milli Əlaqələndirmə Şurasına sədr təyin olunması bu məsələyə olan diqqətin göstəricisidir. Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində çox fəal tərəfdaşlardan biri olacaq.
“Son 10-12 il ərzində Azərbaycanın iqtisadiyyatı 3,5 dəfə artıb, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu uğurları yeni bir şəraitdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün müəyyən edilmiş 2015-2030-cu illərdə yenidən təkrarlayıb, Azərbaycan iqtisadiyyatının və hökumətin inkişafını daha yüksək səviyyəyə qaldırmaq niyyətindəyik”, - deyə Ə.Əhmədov vurğulayıb.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan qlobal əməkdaşlıqlara çox böyük əhəmiyyət verir. Qarşıdakı illərdə bu cür əməkdaşlıqların yaradılması və möhkəmləndirilməsi əsas məqsəd və vəzifələrdən biridir.
Görüş zamanı Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərin reallaşmasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və ofisinin verdiyi dəstək qeyd edilib. Bildirilib ki, yaranan səmərəli əməkdaşlıq modeli mühüm tədbirlərin həyata keçirilməsinə çox ciddi dəstəkdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və BMT missiyasının rəhbəri Ben Sley Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı daim Azərbaycana dəstək olacaqlarını deyib, səmərəli tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Daha sonra 2017-ci ilin Yüksək Səviyyəli Siyasi Forumu üçün Azərbaycanın Könüllü Milli Hesabatının hazırlanmasının cari vəziyyəti, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə əlaqədar mövcud vəziyyət və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün gələcək addımlar barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

