/ / Siyavuş Novruzov: Dünyada mürəkkəb proseslərin baş verdiyi şəraitdə ölkəmizdə iqtisadi sahədə müsbət nəticələr əldə olunur
Siyavuş Novruzov: Dünyada mürəkkəb proseslərin baş verdiyi şəraitdə ölkəmizdə iqtisadi sahədə müsbət nəticələr əldə olunur
01.06.2017 [10:07]
“Dünyada mürəkkəb proseslərin baş verdiyi şəraitdə ölkəmizdə iqtisadi sahədə müsbət nəticələr əldə olunur. Bu da həyata keçirilən düzgün siyasətin nəticəsidir”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov bildirib ki, bu ilin mart ayında 2016-cı ilin dövlət büdcəsinin hesabatı qiymətləndirilib. Onun sözlərinə görə, bu, bir daha dövlətin şəffaf işləməsinə nümunədir. Müzakirələr zamanı bəzi deputatların ölkədə devalvasiyadan sonra banklarda yaranan problemlərlə bağlı fikirlərinə münasibət bildirən S.Novruzov qeyd edib ki, Azərbaycandan qat-qat böyük dövlətlər var ki, onlarda da devalvasiya, eləcə də ÜDM-in aşağı düşməsi halları baş verir: “Dünyada cərəyan edən hadisələr təbii ki, Azərbaycana da müəyyən mənada təsir edir. Ara-sıra nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər. Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətli oxumalı, problem olduqda da məhkəməyə müraciət etməlidirlər. Ümumilikdə isə kredit götürəndə vətəndaşlar onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub sonradan çox böyük problem yaşamağa ehtiyac yoxdur”.
Bu gün ölkəmizdə ən böyük tədbirlər keçirildiyini deyən millət vəkili Azərbaycanda tikinti sektorunun canlandığını da xatırladıb. “Bu günlərdə Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlər üçün Qaradağ rayonunda yeni binanın tikintisinin təməlinin qoyulduğuna şahidlik etdik. Bundan əlavə, Nərimanov rayonunda da binaların tikilməsi prosesinə başlanılıb, Nəsimi rayonunda böyük mikrorayon köçürülür. Bütün bunlar həm yeni iş yerlərinin açılması, həm də vətəndaşlarımızın güzəştli şəkildə mənzilə sahib olmasına imkan yaradacaq. Bu proses Nizami və digər rayonlarda gedir. Təkcə Bakı şəhərində 300-ə yaxın binanın tikilməsi nəzərdə tutulur. Bu işlər dövlət tərəfindən Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilir”, - deyə S.Novruzov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

