Azərbaycan Diplomatiyası Günü münasibətilə silsilə tədbirlər Naxçıvanda davam etdirilib
08.07.2009 [11:02]
Sonra Ulu öndərin dövlətçilik fəaliyyətini əks etdirən muzeylə tanış olan qonaqlar oradan xoş təəssüratlarla ayrılıblar.
Konfransda Xarici İşlər Nazirliyinin məsul işçiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri və konsulları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfrans iştirakçılarını və diplomatları təbrik edərək deyib ki, qədim dövlətçilik ənənələrinə malik Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiya tarixi olduqca zəngindir. Qədim Azərbaycan dövlətləri olan Ağqoyunlu və Səfəvilərin Azərbaycan diplomatiyasının inkişafında xidmətləri böyükdür. Bu dövlətlərin Vatikan, Venesiya və Macarıstan kimi nüfuzlu dövlətlərlə münasibətləri diplomatiya tariximizin “qızıl fondu”na daxil olub.
Naxçıvanın muxtariyyət əldə etməsindən sonra xarici dövlətlərlə əlaqələr sahəsində formalaşmış təcrübəsi Azərbaycan dövlətçilik ənənələrinin daha da zənginləşməsinə xidmət edib.
ötən əsrin 20-ci illərində Azərbaycanın himayəsi altında muxtariyyət qazanmış Naxçıvanın Maku, Xoy və Təbrizdə konsulluqları, Bakı, Tiflis və İrəvanda nümayəndəlikləri yaradılıb, Rusiya Federasiyasının Qarsdakı konsulluğu yanında müvəkkilliyi təşkil olunub. 1924-cü ilədək Naxçıvanda Türkiyənin hərbi nümayəndəliyi, 1938-ci ilədək isə İranın konsulluğu fəaliyyət göstərib.
Müstəqillik illərində Azərbaycan diplomatiyası əldə etdiyi ciddi nailiyyətlərə görə ümummilli lider Heydər Əliyevə borcludur. Böyük dövlət xadiminin ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizin təklənməsinə səbəb olan kortəbii xarici siyasətə son qoyulub. Mehriban qonşuluq münasibətlərinin və tarazlaşdırılmış xarici siyasətin tətbiqi Azərbaycanı beynəlxalq birliyin və Avropa ailəsinin nüfuzlu üzvünə çevirib.
Ulu rəhbərimizin siyasi xəttini davam etdirən Prezidentimiz İlham Əliyevin 2005-ci il 31 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi təşkil olunub. ötən il Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yeni inzibati binasının açılış mərasimində dövlətimizin başçısı İlham Əliyevin şəxsən iştirak etməsi, bu il isə Azərbaycanın diplomatik xidmətinin 90 illiyi münasibətilə konfransın Naxçıvanda keçirilməsi barədə tapşırıq verməsi, Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalaması muxtar respublikanın tarixi keçmişinə, Azərbaycan diplomatiyası və dövlətçilik tarixində oynadığı müstəsna rola verilən yüksək qiymətin əyani ifadəsidir.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan dövlətinin çoxəsrlik tarixinin vacib siyasi və mədəni mərkəzlərindən biri olan Naxçıvanda Azərbaycan diplomatiyasının 90 illiyi münasibətilə keçirilən konfransda iştirakından məmnunluğunu ifadə edib, bu tədbirin yüksək səviyyədə təşkilinə görə diplomatik korpus adından minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycan diplomatiyasının 90-cı ildönümü deyəndə biz dövlətimizin peşəkar diplomatik xidmətinin məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair qərarın qəbul edilməsindən ötən müddəti nəzərdə tuturuq. Bildiyiniz kimi, bu tarixi fakt əsasında Prezident İlham Əliyev 2007-ci il 24 avqust tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı elan edilib.
XX əsrin sonunda Azərbaycan öz müstəqilliyini bərpa edib. Həmin vaxt Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb. Belə bir mürəkkəb şəraitdə Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın ali rəhbərliyinə gəlməsi tarixi əhəmiyyətli hadisə idi.
Məhz Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın milli maraqlarının təmin edilməsinə yönələn xarici siyasətin prioritet istiqamətləri müəyyənləşdirilib və onların həyata keçirilməsi təmin olunub. Böyük diplomatik məharət tələb edən uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın dünya birliyində geosiyasi əhəmiyyəti xeyli artıb. Fəal xarici siyasətin nəticəsi olaraq, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində səyləri güclənib.
ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi və sosial-iqtisadi, hərbi və enerji strategiyası sahələrində yeni tərəqqi əldə edib.
Azərbaycan diplomatiyası fəaliyyətini gücləndirərək BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarların qəbul edilməsinə nail olub. Biz Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə, Minsk qrupu həmsədrlərinin vasitəçiliyi əsasında həll edilməsi istiqamətində səylərimizi davam etdiririk. Azərbaycanın mövqeyi birmənalıdır, münaqişə yalnız beynəlxalq hüquq prinsipləri, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll oluna bilər.
Konfransdan sonra Azərbaycan Respublikası diplomatik korpusunun nümayəndələri Naxçıvan şəhərindəki “Gənclik” mərkəzinə gələrək yubiley münasibətilə təşkil olunmuş konsert proqramını seyr ediblər. Naxçıvan Muxtar Respublikası Dövlət Filarmoniyasının müğənniləri klassik və müasir bəstəkarların mahnılarını ifa ediblər.
Sonra qonaqlar Naxçıvanın görməli yerlərini gəzib, təbiət və tarixi abidələri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14

