Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ha­mı­nın can at­dı­ğı çə­tin pe­şə: döv­lət qul­lu­ğu

Ha­mı­nın can at­dı­ğı çə­tin pe­şə: döv­lət qul­lu­ğu

24.06.2017 [09:31]

Əlik­ram Ab­dul­la­yev
Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti
ya­nın­da Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sı­nın
I pro­rek­to­ru, Fəl­sə­fə elm­lə­ri dok­to­ru, pro­fes­sor

 

İyu­nun 22-də Hol­lan­di­ya­nın Haa­qa şə­hə­rin­də Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın Döv­lət Qul­lu­ğu Gü­nü­nə həsr olun­muş bey­nəl­xalq konf­rans işə baş­la­yıb. Ənə­nə­vi ola­raq BMT hə­min ta­ri­xi iki­gün­lük xü­su­si fo­rum­la qeyd edir və bu təd­bir­lər­də döv­lət qul­lu­ğu­nun ak­tu­al prob­lem­lə­ri­nə da­ir el­mi mə­ru­zə­lər din­lə­ni­lir, təc­rü­bə mü­ba­di­lə­si apa­rı­lır. Bun­dan əla­və, hə­min gün­lər­də hər ötən ilin ye­kun­la­rı­na əsa­sən bü­tün dün­ya­da döv­lət qul­lu­ğu­nun in­ki­şa­fı­na ver­di­yi töh­fə­yə gö­rə üzv öl­kə­lə­rin döv­lət qu­rum­la­rı­na BMT İq­ti­sa­di və So­si­al Şu­ra­sı tə­rə­fin­dən mü­ka­fat­lar da ve­ri­lir. Bu mü­ka­fat döv­lət qul­lu­ğu sa­hə­sin­də ən nü­fuz­lu mü­ka­fat­dır və onun ve­ril­mə­sin­də baş­lı­ca məq­səd dün­ya miq­ya­sın­da döv­lət qul­lu­ğu sa­hə­sin­də əl­də edil­miş ən yax­şı təc­rü­bə­lə­rə diq­qət cəlb et­mək və üzv döv­lət­lər­də onun ya­yıl­ma­sı­na tə­kan ver­mək­dır. Fə­rəh­li hal­dır ki, Azər­bay­ca­nın döv­lət qul­lu­ğu 2 də­fə bu yük­sək mü­ka­fa­ta la­yiq gö­rül­müş­dür. Öl­kə­mi­zin döv­lət qul­lu­ğu ilk mü­ka­fa­tı­nı 2007-ci il­də al­mış­dı. O za­man Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Neft Fon­du döv­lət qul­lu­ğun­da şəf­faf­lı­ğın, ca­vab­deh­li­yin və mə­su­liy­yə­tin ar­tı­rıl­ma­sı üz­rə mü­ka­fat­la təl­tif olun­muş­du. Xü­su­si məm­nun­luq his­si do­ğu­ran bu­dur ki, Döv­lət Neft Fon­du Şər­qi Av­ro­pa və MDB öl­kə­lə­ri­nin döv­lət qu­rum­la­rı ara­sın­da BMT-nin Döv­lət Qul­lu­ğu Mü­ka­fa­tı­na la­yiq gö­rü­lən ilk döv­lət qu­ru­mu­dur. İkin­ci də­fə isə BMT-nin Döv­lət Qul­lu­ğu Mü­ka­fa­tı ilə öl­kə­mi­zin di­gər bir döv­lət or­qa­nı - Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Və­tən­daş­la­ra Xid­mət və So­si­al İn­no­va­si­ya­lar üz­rə Döv­lət Agent­li­yi təl­tif edil­miş­dir.
“Bu gün­dən baş­la­nan gə­lə­cək: 2030-cu ilə­dək gün­də­lik üçün ic­ti­mai xid­mət­lər sa­hə­sin­də in­no­va­si­ya­la­rın sü­rət­lən­di­ril­mə­si” möv­zu­su­na həsr olu­na­caq bu­il­ki konf­rans da­vam­lı in­ki­şaf məq­səd­lə­ri­nə na­il ol­maq üçün ic­ti­mai xid­mət­lər gös­tə­ril­mə­si sa­hə­sin­də ye­ni stra­te­gi­ya­lar ba­rə­də ge­niş fi­kir mü­ba­di­lə­si plat­for­ma­sı ola­caq və bir növ bey­nəl­xalq in­no­va­si­ya­lar sər­gi­si funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rə­cək. La­kin mü­ka­fat­la­rın ve­ri­lə­cə­yi no­mi­na­si­ya­la­rın 2030-cu ilə­dək olan müd­dət ər­zin­də da­vam­lı in­ki­şaf sa­hə­sin­də gün­də­li­yin məq­səd­lə­ri­nə uy­ğun­laş­dı­rıl­ma­sı üzə­rin­də ha­zır­lıq iş­lə­ri get­di­yi­nə gö­rə bu də­fə mü­ka­fat­lar ve­ril­mə­si göz­lə­nil­mir.
BMT-nin bu gü­nü be­lə ge­niş miq­yas­da və tən­tə­nə­li su­rət­də qeyd et­mə­si hər şey­dən əv­vəl döv­lət qul­luq­çu­la­rı­nın cə­miy­yət qar­şı­sın­da gös­tər­dik­lə­ri xid­mə­tin dün­ya bir­li­yi üçün çox də­yər­li ol­du­ğu­nu vur­ğu­la­maq, on­la­rın ümu­mi in­ki­şa­fa, sül­hə, de­mok­ra­ti­ya­ya bö­yük töh­fə ver­dik­lə­ri­nə diq­qə­ti cəlb et­mək məq­sə­di da­şı­yır. BMT he­sab edir ki, döv­lət qul­lu­ğun­da ça­lı­şan­la­rın əmə­yi dün­ya bir­li­yi üçün, ha­be­lə üzv döv­lət­lə­rin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı üçün ol­duq­ca əhə­miy­yət­li­dir. Mil­yon­lar­la döv­lət qul­luq­çu­su öz gün­də­lik pe­şə və­zi­fə­lə­ri­ni ic­ra et­mək­lə əs­lin­də prob­lem­lər­lə, mü­na­qi­şə­lər­lə do­lu olan dün­ya öl­kə­lə­rin­də cə­miy­yə­tin sa­bit­li­yi­ni, tə­rəq­qi­si­ni, in­san­la­rın haq­qı­nı, ri­fa­hı­nı tə­min et­mək üçün ən çə­tin, ən mə­su­liy­yət­li bir işin ağır yü­kü­nü öz çi­yin­lə­rin­də da­şı­yır. Bu, hə­lə döv­lət qul­luq­çu­la­rı­nın mil­li dəs­tə­lə­ri­nin ta­le­yi­dir. Am­ma bey­nəl­xalq və re­gio­nal təş­ki­lat­lar­da mü­əy­yən ka­te­qo­ri­ya­dan olan bir çox şəxs­lər ça­lı­şır­lar ki, on­lar da döv­lət qul­luq­çu­la­rı, da­ha doğ­ru­su, bey­nəl­xalq döv­lət qul­luq­çu­la­rı he­sab olun­sun­lar. Tək­cə Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı sis­te­min­də dün­ya­nın müx­tə­lif böl­gə­lə­rin­də 150-dən çox xid­mət ye­rin­də 100 min nə­fər­dən çox yük­sək və­zi­fə­li əmək­daş var ki, on­lar çə­tin şə­ra­it­də, bir çox hal­lar­da böh­ran­lı, mü­na­qi­şə­li, bə­zən hət­ta föv­qə­la­də və­ziy­yət­lər­də təh­lü­kə ilə üz-üzə da­ya­na­raq öz və­zi­fə borc­la­rı­nı ye­ri­nə ye­ti­rir­lər. İc­ti­mai rəy­də isə on­la­ra mü­na­si­bət heç də hə­mi­şə adek­vat ol­mur.
Hə­lə so­vet dö­nə­min­də Neft­çi­lər gü­nü­nü, şax­ta­çı, in­şa­at­çı, də­mir­yol­çu, mü­əl­lim və s. gün­lə­ri­ni qeyd et­miş, on­la­rın əmə­yi­nə la­yiq ol­duq­la­rı də­yə­ri ver­miş, hə­min pe­şə­lə­rin sa­hib­lə­ri­nə hör­mət­lə ya­naş­ma­ğa vər­diş et­mi­şik. Döv­lət ida­rə­çi­li­yi­nin ən müx­tə­lif sa­hə­lə­ri və sə­viy­yə­lə­rin­də ça­lı­şan­la­ra mü­na­si­bət­də isə ne­qa­tiv yük­lə yük­lən­miş “bü­rok­rat”, “par­tok­rat” və s. ki­mi “epi­tet­lər” iş­lət­mək adi hal ol­muş­dur. Doğ­ru­dur, bu­nu on­lar qis­mən də ol­sa öz əməl­lə­ri ilə - zo­ra­kı kol­lek­tiv­ləş­mə, aman­sız rep­res­si­ya­lar, şəx­siy­yə­tə pə­rəs­tiş, azad sö­zün, azad fik­rin tə­qib edil­mə­si si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də iş­ti­rak et­mək­lə qa­zan­mış­dı­lar. Am­ma xa­tır­la­yaq ki, rep­res­si­ya qur­ban­la­rı­nın bö­yük bir his­sə­si məhz elə mə­mur­lar küt­lə­sin­dən olub. Çox vaxt on­lar səhv­lə­ri­nə, ci­na­yət­lə­ri­nə gö­rə yox, sa­də­cə “xalq düş­mən­lə­ri”nin, “ək­sin­qi­la­bi qüv­və­lər”in məh­vi­nə da­ir mər­kəz­də ha­zır­la­nıb təs­diq olu­nan və ic­ra üçün yer­lə­rə gön­də­ri­lən pla­na əsa­sən gül­lə­lə­nir və ya sür­gü­nə gön­də­ri­lir­di­lər. Bu pro­ses Azər­bay­can­dan da yan keç­mə­miş­dir. Ədə­biy­yat­da olan mə­lu­mat­la­ra gö­rə hə­min rep­res­si­ya­lar za­ma­nı 20 xalq ko­mis­sa­rı və ya ko­mis­sar müa­vi­ni, 52 ra­yon par­ti­ya ko­mi­tə­si ka­ti­bi, 34 ra­yon ic­ra­iy­yə ko­mi­tə­si səd­ri, bir çox baş­qa par­ti­ya, so­vet iş­çi­si gül­lə­lən­miş və ya sür­gün edil­miş­di.
BMT Baş As­samb­le­ya­sı­nın 2005-ci il 20 de­kabr ta­ri­xin­də qə­bul et­di­yi “Döv­lət ida­rə­çi­li­yi və in­ki­şaf” ad­lı qət­na­mə­si ilə iyun ayı­nın 23-nü BMT-nin Döv­lət Qul­lu­ğu Gü­nü elan et­mə­si və üzv döv­lət­lə­rə hə­min gün döv­lət qul­lu­ğu­nun ümu­mi in­ki­şa­fa ver­di­yi töh­fə­ni əks et­di­rən xü­su­si təd­bir­lər ke­çir­mə­yi töv­si­yə et­mə­si əs­lin­də döv­lət qul­luq­çu­la­rı­nın mə­nə­vi haq­qı­nın on­la­ra qay­ta­rıl­ma­sı de­mək­dir.
Azər­bay­can Res­pub­li­ka­sı BMT-nin töv­si­yə­si­nə uy­ğun mü­va­fiq təd­bir­lər gö­rən ilk üzv döv­lət­lər­dən ol­du. Öl­kə­də de­mok­ra­tik, hü­qu­qi və dün­yə­vi döv­lət qu­ru­cu­lu­ğun­da döv­lət qul­lu­ğu­nun mü­hüm rol oy­na­dı­ğı­nı nə­zə­rə ala­raq döv­lət qul­lu­ğun­da yax­şı xid­mə­ti mə­nə­vi cə­hət­dən sti­mul­laş­dır­maq məq­sə­di­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev “Döv­lət qul­luq­çu­la­rı­nın pe­şə bay­ra­mı gü­nü­nün tə­sis edil­mə­si haq­qın­da” 2006-cı il 25 may ta­rix­li Sə­rən­ca­mı im­za­la­dı və hə­min il ilk də­fə öl­kə­miz­də döv­lət qul­luq­çu­la­rı­nın pe­şə bay­ra­mı döv­lət sə­viy­yə­sin­də qeyd edil­di. Bay­ram ərə­fə­sin­də Pre­zi­dent İl­ham Əli­yev döv­lət qul­luq­çu­la­rı­na bu mü­na­si­bət­lə təb­rik də ün­van­la­mış­dı. O za­man­dan eti­ba­rən öl­kə­miz­də hər il döv­lət qul­luq­çu­la­rı­nın pe­şə bay­ra­mı qeyd olu­nur. Bu il də Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti Ad­mi­nist­ra­si­ya­sı rəh­bə­ri­nin xü­su­si sə­rən­ca­mı ilə bu gü­nün qeyd olun­ma­sı ilə əla­qə­dar təd­bir­lər pla­nı təs­diq edil­miş­dir və hə­min pla­na uy­ğun ola­raq əla­qə­dar döv­lət or­qan­la­rı və ali təh­sil mü­əs­si­sə­lə­ri mü­va­fiq təd­bir­lər hə­ya­ta ke­çi­rir­lər.
Döv­lət Qul­lu­ğu Gü­nü­nün be­lə ge­niş miq­yas­da qeyd olun­ma­sı­nın bir ənə­nə­yə çev­ril­mə­si əs­lin­də is­tər bey­nəl­xalq, is­tər­sə də mil­li miq­yas­lar­da döv­lət qul­lu­ğu tə­si­sat­la­rı­nın hü­qu­qi, ins­ti­tu­sio­nal, pe­şə­kar­lıq və mə­nə­vi-əx­la­qi po­ten­sia­lı­nın üzə çı­xa­rıl­ma­sı, mü­qa­yi­sə olun­ma­sı və rə­qa­bət qa­bi­liy­yə­ti­nin ar­tı­rıl­ma­sı­nı tə­min et­mək üçün də çox sə­mə­rə­li bir plat­for­ma­dır. O, ha­mı­nın öz təc­rü­bə­si­nə “kə­nar­dan” bax­ma­sı­na, ona da­ha ob­yek­tiv qiy­mət ve­rə bil­mə­si­nə kö­mək edir.
Bu gün biz öl­kə­miz­də müs­tə­qil­lik il­lə­rin­də döv­lət qul­lu­ğu ins­ti­tu­tu­nun keç­di­yi yo­la nə­zər sa­lar­kən məm­nu­niy­yət his­si ilə qeyd edə bi­lə­rik ki, biz bu müd­dət ər­zin­də bir çox döv­lə­tin əsr­lər ər­zin­də keç­di­yi yo­lu cə­mi 2 onil­li­yə ke­çə bil­mi­şik. Doğ­ru­dur, bu­ra­da bi­zim ix­ti­ya­rı­mız­da bey­nəl­xalq təc­rü­bə və onun sa­hib­lə­ri­nin hə­min təc­rü­bə­ni bö­lüş­mə­si ami­li də mü­əy­yən rol oy­na­yıb. Müx­tə­lif bey­nəl­xalq təş­ki­lat­la­rın dəs­tə­yi ilə hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­lər bu­na yax­şı nü­mu­nə­dir. La­kin bu amil yal­nız yar­dım­çı rol oy­na­yıb. Əl­də edi­lən nə­ti­cə­lər öl­kə­miz­də məhz Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin döv­lət ida­rə­çi­li­yi sa­hə­sin­də ge­niş­miq­yas­lı is­la­hat­lar proq­ra­mı­nın hə­ya­ta ke­çi­ril­mə­si sa­yə­sin­də müm­kün ol­muş­dur. Məhz Onun uzaq­gö­rən si­ya­sə­ti sa­yə­sin­də cəb­hə­də atəş­kə­sə, öl­kə da­xi­lin­də si­ya­si sta­bil­li­yə və bü­tün bun­la­rın sa­yə­sin­də isə “Əs­rin mü­qa­vi­lə­si”nin im­za­lan­ma­sı­na na­il ol­maq, ge­niş­miq­yas­lı və çox­cə­hət­li si­ya­si, hü­qu­qi, in­zi­ba­ti is­la­hat­la­ra baş­la­maq müm­kün ol­du. 1995-ci il­də Hey­dər Əli­ye­vin Sədr­li­yi ilə ha­zır­la­nan Kons­ti­tu­si­ya la­yi­hə­si hə­min il no­yabr ayı­nın 12-də ümum­xalq səs­ver­mə­si yo­lu ilə qə­bul edil­di və no­yab­rın 27-də qüv­və­yə min­di. Bu­nun­la da müa­sir döv­lət ida­rə­çi­li­yi və döv­lət qul­lu­ğu sis­te­mi­nin ya­ra­dıl­ma­sı­nın hü­qu­qi özü­lü qo­yul­muş ol­du. Öl­kə Pre­zi­den­ti­nin “Döv­lət ida­rə­et­mə sis­te­min­də is­la­hat­lar apa­rıl­ma­sı üz­rə döv­lət ko­mis­si­ya­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da” Fər­ma­nı (1998) ilə isə döv­lət ida­rə­et­mə­si sa­hə­sin­də is­la­hat­la­ra güc­lü tə­kan ve­ril­di və be­lə­lik­lə də hər­tə­rəf­li dü­şü­nül­müş, el­mi cə­hət­dən əsas­lan­dı­rıl­mış, Av­ro­pa öl­kə­lə­ri­nin döv­lət ida­rə­et­mə sis­te­mi­nin üs­tün­lük­lə­ri­ni və mil­li döv­lət­çi­lik ənə­nə­lə­ri­ni özün­də cəm­ləş­di­rən döv­lət ida­rə­çi­li­yi sis­te­mi qu­rul­ma­sı­na baş­lan­dı.
Hə­ya­ta ke­çi­ri­lən kök­lü də­yi­şik­lik­lər pro­se­sin­də Azər­bay­ca­nın tə­bii ki, müa­sir döv­lət qul­lu­ğu ins­ti­tu­tu­nun for­ma­laş­ma­sı mü­hüm yer tu­tur­du. Çün­ki bu sis­tem bü­töv­lük­də nə­həng ida­rə­çi­lik ma­şı­nı­nı hə­rə­kə­tə gə­ti­rən güc­lü bir mü­hər­rik­dir. Bun­suz nə ida­rə­çi­lik, nə də döv­lət müm­kün de­yil. “Döv­lət qul­lu­ğu haq­qın­da” 2000-ci il 21 iyul ta­rix­li Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu bu sis­te­min nor­ma­tiv-hü­qu­qi ba­za­sı­nın ya­ra­dıl­ma­sı­nın və be­lə­lik­lə də res­pub­li­ka­da döv­lət qul­lu­ğu sa­hə­sin­də va­hid döv­lət si­ya­sə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı­nın əsa­sı­nı qoy­du. Bu­nun ar­dın­ca qə­bul edil­miş çox­say­lı nor­ma­tiv hü­qu­qi sə­nəd­lər döv­lət qul­lu­ğu­na mü­sa­bi­qə yo­lu ilə qə­bul və qul­luq­keç­mə, qul­luq­da irə­li çə­kil­mə, fəa­liy­yə­tin mad­di və mə­nə­vi sti­mul­laş­dı­rıl­ma­sı, döv­lət qul­luq­çu­la­rı­nın etik dav­ra­nış qay­da­la­rı­na əməl edil­mə­si­nə nə­za­rət, döv­lət qul­lu­ğu­na rəh­bər­lik me­xa­niz­mi­nin ya­ra­dıl­ma­sı və s. ki­mi mə­sə­lə­lə­rin həl­li­ni tə­min et­di.
2003-cü il­də cə­nab İl­ham Əli­yev döv­lət baş­çı­sı se­çil­dik­dən son­ra da döv­lət qul­lu­ğu­nun ida­rə olun­ma­sı­nın tək­mil­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də iş­lər uğur­la da­vam et­di­ril­di. Bu məq­səd­lə Pre­zi­dent İl­ham Əli­ye­vin 2005-ci il 19 yan­var ta­rix­li Fər­ma­nı əsa­sın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Döv­lət Qul­lu­ğu Mə­sə­lə­lə­ri üz­rə Ko­mis­si­ya ya­ra­dıl­dı, döv­lət qul­lu­ğu­na mü­sa­bi­qə yo­lu ilə qə­bul, döv­lət qul­lu­ğun­da irə­li çə­kil­mə, qul­lu­ğa xi­tam ve­ril­mə­si ki­mi qul­luq­keç­mə tex­no­lo­gi­ya­la­rı, döv­lət qul­lu­ğun­da etik dav­ra­nış qay­da­la­rı­na əməl edil­mə­si, ona nə­za­rət me­xa­niz­mi və s. mə­sə­lə­lə­rin həl­li hü­qu­qi zə­min üzə­ri­nə qal­dı­rıl­dı. Ötən il­lər­də Pre­zi­den­tin im­za­la­dı­ğı çox­say­lı fər­man və sə­rən­cam­lar­da döv­lət qul­luq­çu­la­rı­nın əmə­yi­nin mad­di və mə­nə­vi cə­hət­lər­dən sti­mul­laş­dı­rıl­ma­sı sa­hə­sin­də mü­hüm təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir. Döv­lət qul­luq­çu­la­rı­nın əmə­yi­nin mad­di və mə­nə­vi cə­hət­lər­dən sti­mul­laş­dı­rıl­ma­sı sa­hə­sin­də mü­hüm təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir. Döv­lət qul­luq­çu­la­rı­nın əmə­yi­ni la­yi­qin­cə qiy­mət­lən­dir­mək məq­sə­di­lə “Döv­lət qul­lu­ğun­da fərq­lən­mə­yə gö­rə” me­da­lı tə­sis edil­miş­dir və hər il döv­lət qul­luq­çu­la­rı­nın pe­şə bay­ra­mı mü­na­si­bə­ti­lə on­lar­la döv­lət qul­luq­çu­su bu me­dal­la təl­tif olu­nur. Döv­lət qul­lu­ğun­da fərq­lən­mə­yə gö­rə on­lar res­pub­li­ka­nın di­gər or­den və me­dal­la­rı ilə, “Əmək­dar döv­lət qul­luq­çu­su” fəx­ri adı ilə mü­ka­fat­lan­dı­rı­lır­lar.
Döv­lət qul­lu­ğu­na rəh­bər­lik, qul­lu­ğun fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya mə­sə­lə­lə­ri də da­im tək­mil­ləş­di­ri­lir. Son za­man­lar bu is­ti­qa­mət­də atı­lan ye­ni ad­dım­lar sı­ra­sın­da Bi­rin­ci vit­se-pre­zi­dent ins­ti­tu­tu­nun tə­sis edil­mə­si və bu yük­sək və­zi­fə­yə Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, UNES­CO-nun və ISES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban xa­nım Əli­ye­va­nın tə­yin olun­ma­sı xü­su­si əhə­miy­yət kəsb edir. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Və­tən­daş­la­ra Xid­mət və So­si­al İn­no­va­si­ya­lar üz­rə Döv­lət Agent­li­yi­nin “ASAN” xid­mət sis­te­mi­nin, Tə­lə­bə Qə­bu­lu üz­rə Döv­lət Ko­mi­tə­si və Döv­lət Qul­lu­ğu Mə­sə­lə­lə­ri üz­rə Ko­mis­si­ya­nın ba­za­sın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət İm­ta­han Mər­kə­zi pub­lik hü­qu­qi şəxs tə­si­sa­tı­nın ya­ra­dıl­ma­sı ins­ti­tu­sio­nal də­yi­şik­lik­lə­rin və be­lə­lik­lə də za­ma­nın ça­ğı­rış­la­rı­na ca­vab ola­raq bu döv­lət qul­lu­ğu sis­te­mi­nin ida­rə olun­ma­sı sa­hə­sin­də is­la­hat­la­rın da­vam et­mə­si və ye­ni key­fiy­yət mər­hə­lə­si­nə yük­səl­mə­sin­dən xə­bər ve­rir.
Döv­lət qul­lu­ğu­nun hü­qu­qi ba­za­sı, ins­ti­tu­sio­nal sis­te­mi­nin tə­min edil­mə­si nə də­rə­də əhə­miy­yət­lə ol­sa da, onun uğur­lu fəa­liy­yə­ti üçün ki­fa­yət et­mir. XX əs­rin fi­kir nə­həng­lə­rin­dən bi­ri Erix From­mun be­lə bir müd­dəa­sı ge­niş ya­yıl­mış­dır ki, gə­lə­cə­yin in­ki­şaf re­surs­la­rı in­sa­nın ix­ti­ya­rın­da nə­lə­rin ol­ma­sın­dan da­ha çox onun özü­nün kim ol­ma­sın­dan, ix­ti­ya­rın­da olan­lar­la onun nə­lə­ri edə bi­lə­cə­yin­dən ası­lı­dır. Tə­sa­dü­fi de­yil ki, döv­lə­tin in­zi­ba­ti is­la­hat­lar proq­ra­mın­da ida­rə­çi­li­yin kadr tə­mi­na­tı mə­sə­lə­lə­ri də əhə­miy­yət­li yer tu­tur­du. Bu gün ida­rə­et­mə, xü­su­si­lə də döv­lət ida­rə­çi­li­yi sa­hə­sin­də müa­sir, sis­tem­li, də­rin el­mi bi­lik­lə­rə, di­na­mik in­ki­şaf edən iq­ti­sa­diy­ya­tı­mı­zın, for­ma­laş­maq­da olan in­for­ma­si­ya cə­miy­yə­ti­nin tə­ləb­lə­ri­nə uy­ğun krea­tiv dü­şün­cə­yə ma­lik, rə­qa­bət qa­bi­liy­yət­li kadr­lar­la tə­min olun­ma­sı hə­ya­ti zə­ru­rət­dir və ta­ma­mi­lə tə­bii ola­raq döv­lət ida­rə­çi­li­yi sa­hə­sin­də kadr ha­zır­lı­ğı və əla­və təh­si­li üçün öl­kə­də çox ge­niş şə­bə­kə fəa­liy­yət gös­tə­rir. Bir sı­ra döv­lət ali təh­sil mü­əs­si­sə­lə­ri, o cüm­lə­dən xü­su­si tə­yi­nat­lı ali mək­təb­lər döv­lət ida­rə­çi­li­yi­nin ən müx­tə­lif sa­hə­lə­rin­də ça­lış­maq üçün döv­lət təh­sil stan­dart­la­rı­na uy­ğun kadr ha­zır­lı­ğı­nı hə­ya­ta ke­çi­rir­lər. On­la­rın çox­say­lı mə­zun­la­rı, Azər­bay­can gənc­lə­ri­nin xa­ri­ci öl­kə­lər­də təh­si­li üz­rə Döv­lət Proq­ra­mı­nın ic­ra­sı nə­ti­cə­sin­də dün­ya­nın qa­baq­cıl ali mək­təb­lə­rin­də təh­sil alıb Və­tə­nə qa­yıt­mış yüz­lər­lə gənc döv­lət ida­rə­çi­li­yi­nin ən müx­tə­lif sa­hə­lə­ri və sə­viy­yə­lə­rin­də uğur­la ça­lı­şır. Bü­tün bun­la­rın nə­ti­cə­si­dir ki, son za­man­lar döv­lət qul­lu­ğu­nun kadr tə­mi­na­tı cid­di su­rət­də yax­şı­laş­mış­dır.
Heç şüb­hə­siz, ya­ra­dıl­mış bü­tün bu struk­tur­lar, o cüm­lə­dən ay­rı-ay­rı döv­lət qu­rum­la­rı­nın təş­kil et­dik­lə­ri tə­lim mər­kəz­lə­ri kadr­la­rın bi­lik və ba­ca­rıq­la­rı­nın ar­tı­rıl­ma­sın­da əhə­miy­yət­li rol oy­na­yır­lar və Döv­lət Qul­lu­ğu Gü­nün­də on­la­rın da bu sa­hə­də­ki xid­mət­lə­ri­ni hör­mət­lə yad et­mək əda­lət­li olar­dı. Bu­nun­la be­lə, eti­raf olun­ma­lı­dır ki, bu sa­hə­də döv­lət ida­rə­çi­li­yi is­la­hat­la­rı­nın üz­vi tər­kib his­sə­si ki­mi, Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin 1999-cu il 3 yan­var ta­rix­li Fər­ma­nı ilə döv­lət ida­rə­çi­li­yi və ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı üçün mü­tə­xəs­sis ha­zır­lan­ma­sı və əla­və təh­si­li sa­hə­sin­də apa­rı­cı təd­ris, me­to­di­ki, elm və ana­li­tik in­for­ma­si­ya mər­kə­zi ki­mi tə­sis olu­nan Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sı­nın xü­su­si ro­lu var­dır. Zən­gin va­ris­lik xət­ti­nə, güc­lü pro­fes­sor-mü­əl­lim he­yə­ti­nə, ge­niş bey­nəl­xalq əla­qə­lər şə­bə­kə­si­nə ma­lik, Pre­zi­dent ya­nın­da ye­ga­nə ali təh­sil mü­əs­si­sə­si olan Aka­de­mi­ya uzun il­lər­dir ki, öz ni­zam­na­mə və­zi­fə­lə­ri­ni uğur­la ye­ri­nə ye­ti­rir. Aka­de­mi­ya ya­ran­dı­ğı vaxt­dan bu gü­nə­dək hər təd­ris ilin­də 75 nə­fər döv­lət qul­lu­ğu­na ye­ni qə­bul olun­muş şəx­si xü­su­si proq­ram­la əya­ni və qi­ya­bi for­ma­lar­da əla­və təh­si­lə cəlb edir. Son il­lər isə on­lar ey­ni sa­yı sax­la­maq­la döv­lət və bə­lə­diy­yə ida­rə­et­mə­si is­ti­qa­mə­ti­nin müx­tə­lif ix­ti­sas­laş­ma­la­rı üz­rə ma­gistr proq­ra­mı­na qə­bul edi­lir­lər. Bun­dan əla­və, hər təd­ris ilin­də təx­mi­nən 25-30 is­ti­qa­mət üz­rə 2000 nə­fə­rə ya­xın döv­lət qul­luq­çu­su, bə­lə­diy­yə iş­çi­si müx­tə­lif müd­dət­li kurs­lar­da, tə­lim­lər­də, se­mi­nar­lar­da, o cüm­lə­dən so­nun­cu­la­rın səy­yar for­ma­la­rın­da öz bi­lik və ba­ca­rıq­la­rı­nı ar­tı­rır­lar. Bu­ra­ya Hey­dər Əli­yev Mər­kə­zi, ay­rı-ay­rı döv­lət qu­rum­la­rı ilə bir­lik­də, Aka­de­mi­ya­nın sis­te­min­də fəa­liy­yət gös­tə­rən Qa­ra­bağ Araş­dır­ma­lar Mər­kə­zi­nin xət­ti ilə ha­zır­la­nıb ke­çi­ri­lən tə­lim­lə­ri də əla­və et­sək, döv­lət qul­luq­çu­la­rı­nın ol­duq­ca ge­niş bir dai­rə­si­nin əha­tə olun­du­ğu­nu aş­kar gör­mək olar. Ya­ra­dıl­mış ye­ni tex­ni­ki im­kan­la­rı­mız­dan is­ti­fa­də et­mək­lə növ­bə­ti il­lər­də kurs, se­mi­nar və tə­lim­lər dis­tant for­ma­da da hə­ya­ta ke­çi­ri­lə bi­lə­cək və nə­ti­cə­də da­ha çox döv­lət qul­luq­çu­su öz iş ye­rin­dən ay­rıl­ma­dan tə­lim­lə­rə cəlb olu­na bi­lə­cək.
Din­lə­yi­ci­lər qar­şı­sın­da Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti Ad­mi­nist­ra­si­ya­sı­nın rəh­bə­ri, aka­de­mik Ra­miz Meh­di­yev, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin İc­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si-şö­bə mü­di­ri, pro­fes­sor Əli Hə­sə­nov, Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin de­pu­tat­la­rı, na­zir­lər, döv­lət ko­mi­tə­lə­ri­nin sədr­lə­ri, qa­nun­ve­ri­ci və ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı­nın rəh­bər iş­çi­lə­ri, Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sı­nın və öl­kə­nin di­gər ali mək­təb­lə­ri­nin alim­lə­ri, Azər­bay­can­da akk­re­di­ta­si­ya olun­muş dip­lo­ma­tik kor­pu­sun nü­ma­yən­də­lə­ri çı­xış edir­lər.
Döv­lət qul­lu­ğun­da ça­lı­şan­la­rın təh­si­lin­dən baş­qa, Aka­de­mi­ya­da in­di­yə­dək onun öz pro­fi­li­nə uy­ğun is­ti­qa­mət­lər­də 4000 nə­fə­rə ya­xın ba­ka­lavr, 1000 nə­fər­dən çox ma­gistr ha­zır­lan­mış­dır. Dok­to­ran­tu­ra və dis­ser­tan­tu­ra va­si­tə­si­lə yük­sək ix­ti­sas­lı kadr ha­zır­lı­ğı yo­lu ilə də Aka­de­mi­ya döv­lət ida­rə­çi­li­yi sis­te­mi­nə öz töh­fə­si­ni ver­mək­də­dir.
Aka­de­mi­ya­nın in­ki­şa­fın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin “Döv­lət qul­luq­çu­la­rı­nın əla­və təh­si­li ilə bağ­lı bə­zi mə­sə­lə­lər haq­qın­da” 2014-cü il 11 de­kabr ta­rix­li Fər­ma­nı­nın xü­su­si ro­lu ol­muş­dur. Fər­man döv­lət qul­luq­çu­la­rı­nın ha­zır­lan­ma­sı və əla­və təh­si­li­nin təş­ki­li ilə bağ­lı or­ta­ya çı­xan müx­tə­lif su­al­la­ra bir­də­fə­lik ca­vab ve­rə­rək, bu sa­hə­də va­hid kadr ha­zır­lı­ğı si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ri­lə­cə­yi­nə qə­rar ver­di və mü­əy­yən et­di ki, döv­lət qul­luq­çu­la­rı üçün ix­ti­sa­sar­tır­ma və ye­ni­dən ha­zır­lan­ma növ­lə­ri üz­rə əla­və təh­sil Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sın­da təş­kil edi­lə­cək. Fər­man­da, həm­çi­nin Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Ad­mi­nist­ra­si­ya­sı­na hə­va­lə edi­lib ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sı ilə bir­lik­də ix­ti­sa­sar­tır­ma və ye­ni­dən­ha­zır­lan­ma növ­lə­ri üz­rə əla­və təh­si­lin hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək üçün la­zı­mi təd­bir­lər gör­sün. Fər­ma­nın im­za­lan­ma­sın­dan ke­çən müd­dət ər­zin­də təş­kil olu­nan tə­lim­lər­də iş­ti­rak edən din­lə­yi­ci­lə­rin sa­yı əv­vəl­ki dövr­lə­rə nis­bə­tən da­ha çox ol­muş­dur. Bu ya­xın­lar­da Aka­de­mi­ya­da hə­ya­ta ke­çi­ril­mə­si ba­şa çat­mış BMT İn­ki­şaf Proq­ra­mı­nın Av­ro­pa İt­ti­fa­qı tə­rə­fin­dən ma­liy­yə­ləş­di­ri­lən “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət qul­lu­ğu üz­rə tə­lim­lə­rə dəs­tək” la­yi­hə­si çər­çi­və­sin­də Döv­lət Qul­lu­ğu üz­rə Tə­lim Mər­kə­zi­nin ya­ra­dıl­ma­sı, la­yi­hə çər­çi­və­sin­də döv­lət ida­rə­çi­li­yi­nin, o cüm­lə­dən döv­lət qul­lu­ğu­nun çox­say­lı prob­lem­lə­ri­nə da­ir mü­tə­xəs­sis­lə­rin ha­zır­la­dı­ğı mü­ha­zi­rə mətn­lə­ri, təq­di­mat­lar, keys­lər, vi­deo­çarx­lar və di­gər tə­lim ma­te­ri­al­la­rı da bu is­ti­qa­mət­də irə­li­yə doğ­ru da­ha bir ad­dım at­ma­ğa kö­mək edə­cək.
Aka­de­mi­ya­nın kol­lek­ti­vi Azər­bay­can­da və elə­cə də bü­tün dün­ya­da tən­tə­nə ilə qeyd edi­lən döv­lət qul­luq­çu­la­rı­nın pe­şə bay­ra­mı gü­nü­nü həm də özü­nün bay­ra­mı he­sab edir və hər il bu gü­nü xü­su­si el­mi-prak­tik konf­rans­la və di­gər təd­bir­lər­lə qar­şı­la­yır və bu təd­bir­lə­ri özü­nün in­ki­şa­fı üçün də mü­hüm bir sti­mul he­sab edir. Bu gö­zəl für­sət­dən is­ti­fa­də edə­rək kol­lek­ti­vi­mi­zin təb­rik­lə­ri­ni və xoş ar­zu­la­rı­nı öl­kə­mi­zin bü­tün döv­lət qul­luq­çu­la­rı­na ün­van­la­yı­ram. Bay­ra­mı­nız mü­ba­rək, əziz döv­lət qul­luq­çu­la­rı!

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30